«magistratura hazirliği məRKƏZİ» Əlyazması hüququnda



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə45/65
tarix02.06.2023
ölçüsü0,52 Mb.
#127580
1   ...   41   42   43   44   45   46   47   48   ...   65
G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.

50 
 
Məsələn, maddi-texniki təxhizatın yaxşılaşdırılması anbardan olan xammal və 
materialların normativdən artıq ehtiyyatlarını ixtisar etməyə, materialların istehsal 
prosesindəki dövranını sürətləndirməyə və s. gətirib çıxarır. Ciddi qrafik əsasında 
xammal və materialların müəssisələrə göndərilməsi bir çox hallarda materialların 
anbarda mədaxil edilməsindən birbaşa istehsala verilməsinə şərait yaradır. Belə bir 
təcrübə material ehtiyyatları normalarının kəskin surətdə ixtisar olunmasına, 
anbara boşaltma, cərgələrə yığmaq ə s. kimi çox zəhmət tələb edən çoxsaylı 
əməliyyatların azaldılmasına gətirib çıxarır. 
Hazırda müəssisələrdə bunu geniş müzakirə etmək mümkündür. Bəzi 
iqtsiadçıların hesablamalarına əsasən bir ton hazır məhsul istehsal etmək üçün 50 
tona yaxın materialı yükləmək, boşaltmaq və yerlərini dəyişmək lazım gəlir. Buna 
görə də, təchizat fəaliyyətinin təkmilləşdirilməsi, nəqliyyat, yükləmə-boşaltma 
işlərinin səmərəliliyi materialların uçotu ilə əlaqədar ağır zəhmət tələb edən işlərin 
ixtisar edilməsinə kömək edir. Ədədlə sayılan yüklərin daşınması üçün 
konteynerlərdən istifadə edilməsi yükləmə-boşaltma işlərinə çəkilən xərcləri 
azaldır və uçot işlərinin keyfiyyətini yüksəldir. Konteynerlər, poddonla, habelə 
xüsusi şkaflarda materialların saxlanması, anbarlarda mexanikləşdirmə və 
avtomatlaşdırma işlərinin səmərəliliyinin yüksəldilməsi ilə müşayət olunur. 
Materialların uçotunun ən mühüm tərkib hissələrindən birini anbar-növ uçotu 
hesab olunur. Bu zaman uçot maddi-məsul şəxslər və yaxud kartoçka dolduranlar 
tərəfindən aparılır. Uçot bu qaydada aparıldıqda başlıca informasiya daşıyıcısı 
xammal və materialların miqdar-növ uçotunun kartoçkaları hesab olunur. 
Kartoçkaların məcmusu kartotekanı təşkil edir. kartoçkalarda uçotun təşkili 
aşağıdakı məqsədləri güdür: 
1. material qiymətlilərinin daxil olması və çıxmasının analitik və növlərinə 
görə miqdarca əks etdirilməsi; 
2. həmin anda müəssisənin anbarında olan material qiymətlilərinin 
mövcudluğuna nəzarət; 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin