G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.
60 Materialların tədarükü və əldə edilməsi hesabının «Malların satın alınması»
subhesabı debet və kredit dövriyyələri arasındakı fərq 603 «Verilmiş güzəştlər»
hesabına aid edilir.
603 “Verilmiş güzəştlər” hesabında mallara düşən ticarət əlavələri əks
etdirilir. Onlara müəssisənin müvafiq hesablarında satış dəyərilə əks etdirilir və
bura aksizlər və əlavə dəyər vergisi əlavə olunur.
Satılmış və anbarlardan buraxılmış mallara aid edən ticarət əlavəsi məbləğinin
hissəsi yazılan hesab-faktura əsasında müəyyənləşdirilir və anoloji qaydada silinir.
Satılmamış mallara aid olunan ticarət güzəştinin məbləği inventarlma siyahısı
əsasında dəqiqləşdirilir. Pərakəndə ticarət müəssisələrində satılmamış malların
qalığına düşən güzəşt məbləği aşağıdakı qaydada hesablanılan orta faiz göstəricisi
ilə müəyənləşdirilir:
malların ayın əvvəlinə olan qalığına düşən güzəştin üzərinə 601 “Verilmiş
güzəştlər” hesabının kredit dövriyyəsinin məbləği gəlinir və həmin hesabın
debet dövriyyəsinin məbləği çıxılır;
ay ərzində satılan malların (satış qiyməti ilə) dəyərinin üzərinə ayın axırına
mal qalığının məbləği (həmçinin satış qiyməti ilə) gəlinir;
güzəştin tapılan məbləği 100-ə vurulur, alınan nəticə satışın dəyərinin və mal
qalığının məbləğinə bölünür. Bu hesablama vasitəsilə həmin malların satış
dəyərinə düşən orta faiz məbləği tapılır;
satılmamış mallara düşən mütləq məbləğ ayın axırına mal qalığının məbləğinə
vurulur.
Misal. Satılmış mallara düşən ticarət güzəştinin hesablanılması qaydası:
Hesabat dövrünün əvvəlinə mal qalığına
düşən ticarət güzəştinin məbləği
4800 min manat
Hesabat dövrü ərzində ticarət güzəşti
məbləği daxil olmuşdur
106400 min manat
Hesabat dövrü ərzində satış qiymətilə mallar satılmışdır 308000 min manat
Hesabat dövrünün sonuna satış qiymətilə malların qalığı
90500 min manat