Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə1/93
tarix16.09.2023
ölçüsü6,67 Mb.
#128989
  1   2   3   4   5   6   7   8   9   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya



Mövzu 1:
 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” 
fənninin predmeti, məqsədi və vəzifələri 
İcmal:

1. Azərbaycan dili haqqında ümumi məlumat. Azərbaycan dili türk dillərindən biri 
kimi.
2. Azərbaycan dilinin yayılma və istifadə coğrafiyası.
3.Azərbaycan dilində istifadə olunan əlifbalar. Ərəb əlifbası, əlifbanın 
dəyişdirilməsi. Latın qrafikalı əlifbaya keçid.
4. Kiril qrafikalı əlifbaya keçidin problemləri.
5. Latın qrafikalı Azərbaycan əlifbasının yenidən tətbiqi.
1. Azərbaycan dili haqqında ümumi məlumat. Azərbaycan dili türk dillərindən biri 
kimi.
Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasının
 
rəsmi dövlət dilidir. Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin Qərb 
qrupuna daxildir. 
Azərbaycan 
dilindən Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya ərazi
sində istifadə olunur. 
Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti vardır: 
1.
Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri 
2.
 
Qərb dialekti — Qarabağ və Qarabağətrafı rayonların dialektləri 
3.
Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri 
4.
Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri
[13]
 
Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Başqa dil 
qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji 
və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə 
görə fərqlənirlər. 
Azərbaycan Respublikasının dövlət dili, onun əhalisinin əsas ünsiyyət vasitəsidir: 
Azərbaycan dili eləcə də İran İslam Respublikasında yaşayan 30 milyon 
azərbaycanlının ana dilidir. Bu dildən vaxtilə İraqa köçmüş 200 minə yaxın insan 
da ana dili kimi istifadə edir. Onlar özlərini kərkük və ya türkman adlandırır və 
əksəriyyəti Kərkük vilayətində yaşayır. 


ABŞ-da, xüsusən Qərbi Avropa ölkələrində (daha 
çox Almaniya, Danimarka, Hollandiya, Norveç, Fransa) xeyli azərbaycanlı yaşayır. 
Çoxu İrandan işləmək üçün gedənlərdir. Türkiyədə də azərbaycanlılar çoxdur. 
Onlar 1920 ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan və İkinci dünya 
müharibəsindən sonra gedənlər və onların nəsilləridir. 20-ci əsrin 90-cı illərindən 
başlayaraq Rusiyaya gedən və indi orada qalıb yaşayan azərbaycanlılar daha 
çoxdur. Beləliklə, dünyada hazırda Azərbaycan dilində danışan 50 mln.-dan çox 
adam yaşayır. 
Azərbaycan dili Ural-Altay dilləri ailəsinin türk dili qrupunun oğuz yarımqrupuna 
daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə türk 
dilləri arealının cənub-qərb qolunu təşkil edir. 
[14]
 dillərin yaranması ağacın qol-
budağa ayrılmasına bənzəyir. Məsələn, qədim ulu türk dili bu dillərə ayrılır: oğuz 
dili, qıpçaq dili, qarluq dili və s. Sonra isə bu dillər də öz növbəsində ayrı-ayrı 
dillərə ayrılır. 
Eyni zamanda yazı dili də olan Azərbaycan dili yazı dili ənənəsinə sahib 
olma baxımından Türk dili ilə paraleldir. Türkmən dili və qaqauz dilinin nisbətən 
daha gec yazı dili kimi formalaşmasına baxmayaraq Azərbaycan dili köklü bir yazı 
dili ənənəsinə malikdir.
Əsrlər boyu işğallar nəticəsində Azərbaycan dilinin adı dəyişdirilmişdir. 
Azərbaycan dili uzun müddət "türki", "türk dili", "Azərbaycan türkcəsi", bəzən isə 
"tatar dili", "Qafqaz tatarlarının dili" (xüsusən rus dilində yazılmış əsərlərdə) 
adlandırılmışdır 
XX əsrin əvvəllərində ilk olaraq, Türk dillərini təsnifatlaşdıran tarixçi alimlərdən 
biri Armin Vamberi olmuşdur. Belə ki , onun 1908-ci ildə müəllifi olduğu "Dünya 
tarixçilərinin Dünya tarixi" adlı Londonda nəşr olunmuş çoxcildlik 
ensiklopediyanın 24-cü cildində Azərbaycan dili türk dillərinin 3 qrupundan qərb 
qrupuna aid edilir və dialekt deyil , müstəqil dil kimi göstərilir.
Azərbaycan dilinin yayılma və istifadə coğrafiyası. 
Azərbaycan dili tarixən geniş bir ərazidə ünsiyyət vasitəsi olmuşdur. Azərbaycan 
dilinin yayılma coğrafiyası Azərbaycanın sərhədlərindən geniş olmuşdur. X əsr 
ərəb coğrafiyaşünas səyyahı İbn Hövqəl Azərbaycan və Qafqazın başqa yerlərini 
gəzdikdən sonra Azərbaycan, Arran və Ermənistanın ümumi xəritəsini çəkmiş 
tərtib etmiş və Dərbəndədək sahilboyu bütün ərazini Azərbaycan adlandırmışdır
Azərbaycan dilinin XI-XII əsrlərdən formalaşmaqda olan məhəlli dialektləri 
sonralar Şirvanşahlar, Atabəylər, Hülakilər, Cəlairilər, Qaraqoyunlular, 
Ağqoyunlular və Səfəvilər dövlətləri dövründə qarışma və eyni zamanda 
müəyyənləşmə prosesi keçirmişdir. XVI əsrdə vahid, mərkəzləşmiş Səfəvilər 
dövlətinin inzibati-ərazi bölgüsü Azərbaycan dilinin ənənəvi məhəlli 
diferensiasiyasını möhkəmləndirir. Səfəvilər dövlətində on üç bəylərbəylik var idi 


ki, bunlardan da dördü Azərbaycan ərazisini əhatə edirdi: 1) Şirvan bəylərbəyliyi; 
2) Qarabağ (və ya Gəncə) bəylərbəyliyi; 3) Çuxursəd (və ya İrəvan) bəylərbəyliyi; 
4) Azərbaycan (və ya Təbriz) bəylərbəyliyi 
Belə inzibati ərazi bölgüsü XVII əsrdə də davam etmişdir. XVIII əsrin ikinci 
yarısında Azərbaycanda bir sıra xanlıqların və sultanlıqların yaranması məhəlli 
dialekt əlamətlərinin inkişafını daha da gücləndirir. 
Azərbaycan dilinin əsas ləhcələrinin və ayrı-ayrı şivələrinin 
formalaşmasında fiziki-coğrafi sədlər, inzibati bölgülər, ətraf əhalini birləşdirən 
mərkəzlər, substrat təsir, əhalinin köçməsi və tarixi təcridolunma kimi amillər 
müəyyən rol oynamışdır. 
Azərbaycan dilinin əsas ləhcələri (şimal-şərq, qərb, cənub) və qarışıq tipli 
şimal-qərb şivələri fonetik, qrammatik və leksik cəhətdən bir sıra fərqləndirici 
əlamətlərə malikdir. 
3.Azərbaycan dilində istifadə olunan əlifbalar. Ərəb əlifbası, əlifbanın 
dəyişdirilməsi. Latın qrafikalı əlifbaya keçid.

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin