Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri


Mədəni nitqin əsas xüsusiyyətləri və tələbləri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə5/93
tarix16.09.2023
ölçüsü6,67 Mb.
#128989
1   2   3   4   5   6   7   8   9   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Mədəni nitqin əsas xüsusiyyətləri və tələbləri 


MƏDƏNI NİTQƏ VERĠİLƏN BAġŞLICA TƏLƏBLƏR Xalqın müstəqillik 
qazandığı, Azərbaycan dilinin sözün həqiqi mənasında dövlət dili olduğu və geniş 
ünsiyyətə xidmət etdiyi indiki zamanda düzgün, aydın, məntiqli, yığcam, canlı, 
sadə, dəqiq və təsirli danışa və yaza bilmək, başqa sözlə, yüksək nitq 
mədəniyyətinə yiyələnmək mühüm tələb kimi qarşıya qoyulur. Müasir dövrümüz 
gənc nəslin qarşısında yüksək nitq mədəniyyətinə yiyələnmək vəzifəsini qoyur. 
Dövlət qurumlarından dəfələrlə narazılıq eşidilmişdir ki, gənclərimiz, xüsusən 
Bədən Tərbiyəsi və İdman Akademiyasının Olimpiya oyunlarında, dünya və 
Avropa çempionatlarında öz gücü, iradəsi, dözümlülüyü ilə fərqlənərək medallar 
qazanmış tələbə və məzunları efir və ekran qarşısında, dövlət başçısı Prezidentə 
məlumat verəndə öz uğurlu nəticələri haqqında olduqca sönük çıxış edir, 4-5 
cümlədən ibarət fikrini gözəl, rəvan, səlis dillə ifadə etməkdə çətinlik çəkirlər, 
yüksək idman nəticələri ilə bütün dünyanı heyran qoymuş çempionlarımız öz 
rabitəsiz və sönük çıxışları ilə dinləyiciləri çox təəccübləndirirlər. Doğrudanmı 
səlis, rəvan, gözəl danışmağı bacarmaq belə çətindir? Axı gözəl danışığa 
yiyələnmək həyatda qazanılır və hər kəsin özündən asılıdır. Hələ eramızdan əvvəl 
yunan və Roma natiqlik məktəblərinin görkəmli nümayəndələri Diogen və 
Demetriy nitqin beş keyfiyyətini - təmizliyini, aydınlığı, yığcamlığı, 
məqsədəuyğunluğu və gözəlliyini əsas sayaraq mədəni nitqi müəyyənləşdirən 
məziyyətlərin həlledici olduğunu önə çəkirdilər.
NĠTQĠN DÜZGÜNLÜYÜ.
Nitqin düzgünlüyü eyni dərəcədə onun forması və 
məzmununa hesablanmış anlayışdır, yəni düzgün nitq formaca və məzmunca 
düzgün qurulmuş nitqdir. Düzgün nitqə yiyələnmək üçün təkcə qrammatik 
qaydalara riayət etmək azdır, ədəbi dilin digər normaları da nəzərdə 
saxlanılmalıdır. İlk növbədə cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, dilin 
fonetik, leksik və qrammatik normaları pozulmamalıdır. Hadisələr, faktlar, onların 
səbəb-nəticə əlaqələri bilərəkdən təhrif olunmuş şəkildə dilə gətirilməməli, 
reallıqdan uzaqlaşma hallarına, yalan məlumatlara, layiq olmayan təriflərə, 
nöqsanların ört-basdır edilməsinə yol verilməməlidir. Deməli, düzgün nitq ifadə 
olunan fikrin həqiqiliyindən, doğrudürüstlüyündən çox asılıdır. Tarixi reallığı 
düzgün qiymətləndirə bilməyən natiqin, mühazirəçi, məruzəçi, icmalçının çıxışı dil 
normalarına cavab versə də, düzgün nitq sayıla bilməz. Nitqin düzgünlüyü yalnız o 
zaman təmin oluna bilər ki, nitq söyləyən şəxs bədii təsvir vasitələrindən, 
sinonimlərdən, obrazlı ifadələrdən, yeri gəldikcə atalar sözləri, zərb-məsəllərdən, 
aforizmlərdən məqamında da bəhrələnsin. Deməli, nitqin düzgünlüyü üçün məntiqi 
və qrammatik cəhətdən düzgün qurulmuş cümlələr əsas götürülməklə ədəbi 
tələffüz qaydaları gözlənilməli, normal diksiya, nitq fasilələri, məntiqi vurğu 
nəzərdə saxlanılmalıdır. Deməli, nitqin düzgünlüyü dedikdə cümlələrin qrammatik 


cəhətdən düzgün qurulması, sözlərin yerliyerində işlədilməsi, fikrin aydın, dəqiq, 
məntiqi ardıcıllıqla və ədəbi tələffüz normalarına uyğun ifadə olunması başa 
düşülür. 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin