21
oksigen, karbon, hidrogen, azot, kalsium və fosfor aiddir;
2)
oliqobiogen
elementlər
–
miqdarı 0,01%-dən 1%-ə
qədər olan ele-
mentlər (natrium, kalium, xlor, kükürd, maqnezium, dəmir);
3)
mikrobiogen
elementlər
–
miqdarı 0,01%-dən az olan elementlər (sink,
mis, molibden, vanadium, manqan, kobalt, flüor, brom, yod, bor);
4)
ultramikrobiogen
elementlər
–
bu qrupa orqanizmdəki miqdarı
10
-4
–
10
-6
% olan elementlər daxildir. Bunlardan bəzilərinin (litium, selen,
arsen, alüminium, titan, nikel, xrom və s.) heyvan və bitki orqanizmində
mühüm bioloji funksiyaları yerinə yetirdiyi sübut edilmişdir, lakin onların
orqanizmə təsirinin konkret mexanizmləri hələlik tam aydın deyil.
Qeyd etmək lazımdır ki, biogen elementlərin daha geniş yayılmış təsnifatına
görə, bu elementlər 2 qrupa bölünür: 1) makroelementlər (miqdarı 0,001%-dən
artıq olanlar) və 2) mikroelementlər (miqdarı 0,001%-dən az olanlar). Bu
təsnifatda elementlərin kütləsinə görə miqdarı əsas götürülür: oksigen, hidrogen,
karbon, azot, kükürd, fosfor, natrium, kalium, kalsium, maqnezium, xlor, yod,
flüor və dəmir makroelementlərə, digər biogen elementlər (manqan, sink, mis,
molibden, kobalt, bor, sink, stronsium, litium və s.) isə mikroelementlərə aiddir.
Canlı
orqanizmlərdə civə, lantan, qızıl, bismut, sezium, indium, tallium,
germanium, sirkonium, prazeodium, neobium, neodium kimi elementlər
olduqca az (10
-4
-10
-12
%), bəzi radioaktiv elementlər isə daha az miqdarda olur.
Kimyəvi elementlər orqanizmdə qeyri-üzvi və üzvi maddə molekullarının
tərkibində olur. Bu baxımdan yalnız oksigen, azot qazı və təsirsiz qazlar müstəs-
nalıq təşkil edir, yəni onlara sərbəst şəkildə də təsadüf edilir;
orqanizmdə
oksigenin əsas hissəsi hemoqlobin, mioqlobin və digər maddələrlə birləşmə
halında olur, lakin qan plazmasının tərkibində az da olsa, sərbəst oksigenə
təsadüf edilir və oksigenin sərbəst hissəsi mübadilə prosesində daha asanlıqla
iştirak edə bilir. Oksigendən fərqli olaraq, orqanizmin bioloji mayelərində məh-
lul halında olan azot qazı və təsirsiz qazlar biokimyəvi reaksiyalarda iştirak
etmir.
Canlı orqanizminin tərkibinə daxil olan molekullar arasında
su və üzvi
maddə molekulları üstünlük təşkil edir. Su orqanizmdə olan qeyri-üzvi
maddələr və bir sıra üzvi birləşmələr üçün həlledici olmaqla bərabər, hüceyrə-
lərin protoplazmasının kolloid vəziyyətində saxlanılmasında mühüm rolu olan
dispers mühitdir. Üzvi maddə molekulları strukturlarına görə bir-birindən
fərqlənir. Onların bir hissəsi toxuma və hüceyrələrin strukturunu təşkil edir, bir
hissəsi hüceyrələri enerji ilə təmin edir, digərləri isə hüceyrədaxili proseslərin
tənzimlənməsinə təsir göstərir. Hüceyrələrdə baş verən biokimyəvi proseslərdə
iştirak edən üzvi maddə molekullarına b i o ü z v i m o l e k u l l a r adı
verilmişdir. Karbohidratlar, lipidlər, zülallar və nuklein turşuları bioüzvi
molekulların ən mühüm tipləridir.
Karbohidratlar
və lipidlər demək olar ki, bütün orqanizmlər üçün enerji
mənbəyi rolu oynayır. Zülallar həm hüceyrələrin struktur elementlərinə daxil
olur, həm də hüceyrədaxili proseslərdə katalizator (ferment) və tənzimedici
kimi iştirak edir; nuklein turşuları isə orqanizmin spesifik zülallarının və digər
mürəkkəb maddələrinin sintezi üçün lazım gələn irsi məlumatı özündə toplayır.
Bioüzvi maddələrin kimyəvi strukturlarına və fəza konfiqurasiyalarına görə
22
bir-birindən kəskin surətdə fərqlənən saysız-hesabsız növləri vardır. Lakin bu
maddələrin strukturlarında oxşar cəhətlər də müşahidə edilir. Adətən mürəkkəb
bioüzvi maddələr bir-birilə birləşib, uzun zəncirlər əmələ gətirən nisbətən sadə
quruluşlu molekulların çoxsaylı kombinasiyalarından ibarət olur. Məsələn,
irimolekullu karbohidratların (polisaxaridlər) əsas nümayəndələri olan nişasta
və qlikogen çoxlu sayda qlükoza molekullarının polikondensasiyasından törə-
nən
maddələrdir; zülal molekulları bir-birilə kovalent rabitəyə girmiş amin-
turşuların polimerləridir. Zülalların tərkibində cəmi 20 aminturşu növü aşkar
edilmişdir. Lakin onların müxtəlif kombinasiyalarda birləşməsi nəticəsində
əmələ gələn zülal molekullarının növləri təsəvvürəgəlməz dərəcədə çoxdur.
Nuklein turşularının da saysız-hesabsız növləri yalnız 5 növ nukleotidin müx-
təlif miqdarda və müxtəlif kombinasiyada birləşməsi nəticəsində törənir. Qeyd
edək ki, bütün canlı növlərinin spesifik zülallarının tərkibinə daxil olan 20
aminturşu növü və nuklein turşularının tərkibinə daxil olan 5 nukleotid növü
eynidir.
Orqanizmin makromolekullarının (zülallar, nuklein turşuları, polisaxa-
ridlər) strukturuna daxil olan sadə bioüzvi molekullar adətən hüceyrələrdə bir
neçə funksiyanı yerinə yetirir. Məsələn, aminturşular zülal molekullarının
struktur komponentlərinə
daxil olmaqla bərabər, həm də başqa bioüzvi
molekulların (hormonlar, alkaloidlər, porfirinlər) sintezi üçün ilkin material
kimi istifadə edilir; mononukleotidlər həm nuklein turşularının strukturuna
daxil ola bilir, həm də koferment və enerji mənbəyi funksiyası daşıyırlar.
Hüceyrələrdə müxtəlif kimyəvi maddələrin miqdarı canlı materiyanın
struktur mütəşəkkilliyinin yüksək səviyyəsini təmin
edə biləcək molekulyar
nisbətdə olur. Məsələn, qaraciyər hüceyrəsinin quru kütləsi onun ümumi
kütləsinin 30%-ni təşkil edir, bu kütlənin isə yalnız 3%-ə qədəri qeyri-üzvi
ionların və xırdamolekullu birləşmələrin (metabolitlər, irimolekullu üzvi
maddələrin monomerləri, kofermentlər) payına düşür; hepatositlərin quru küt-
ləsinin 27%-ə qədərini makromolekullar və onlardan 70%-ə
qədərini zülallar
təşkil edir. Beləliklə, hüceyrələrdə makromolekulların sintezinə sərf edilə bilən
xırdamolekullu monomerlərin (aminturşular, mononukleotidlər, qlükoza, üzvi
turşular, qliserin) miqdarı olduqca azdır. Lakin onların həmin kiçik miqdarı
canlı orqanizminin konkret mühit şəraitinə uyğunlaşmasını və özünə xas olan
həyat tərzi keçirməsini təmin edə bilir.
Müxtəlif hüceyrələrdə zülalların, nuklein turşularının, lipidlərin və polisa-
xaridlərin miqdarı bir-birindən fərqlənir. Məsələn, bitki hüceyrələrində zülal
heyvan toxumalarındakından xeyli azdır, nuklein turşuları isə bitki hüceyrə-
lərində daha çox olur; bitki hüceyrələri və hepatositlər özlərində nisbətən çox
polisaxarid saxlayır, piy toxumalarında isə daha çox lipid toplanır.
Müxtəlif
hüceyrələrdə və orqanizmlərdə suyun da nisbi miqdarı fərqli olur. Məsələn,
bitki hüceyrələrində və piy toxumasında yalnız 40%-ə qədər su olduğu halda,
qaraciyər hüceyrələrinin ümumi kütləsinin 70%-ə qədərini, meduza orqaniz-
minin isə 99%-ə qədərini su təşkil edir. Sümük toxuması tərkibindəki suyun
azlığına görə digər toxumalardan fərqlənir. Bu toxumanın ümumi kütləsinin
yalnız 25%-ə qədərini su təşkil edir. Hüceyrələrdə olan qeyri-üzvi ionların
növləri o qədər də çox deyil, lakin onlar orqanizmin çox mühüm və müxtəlif
həyati funksiyalarının yerinə yetirilməsində iştirak edirlər.