Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə135/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   137
Biokimyanın əsasları I cild

a

bir-birindən asılı olmayan 
müstəqil fermentlərdir. Lakin müvafiq elmi tədqiqatlar göstərmişdir ki, bu 
sitoxromlar eyni ferment kompleksinə daxil olur. Buna görə həmin kompleksə 
sitoxrom 
a, a
3
və ya sitoxromoksidaza adı verilmişdir. Sitoxromoksidazanın 
tərkibində 2 ədəd hem və 2 ədəd mis ionu vardır; mis ionlarının hemlə 
qarşılıqlı təsiri nəticəsində burada olan dəmir ionları ikivalentli vəziyyətdən 
üçvalentli vəziyyətə və əksinə keçə bilir. Sianidlər, karbon-2-oksid (dəm qazı) 
və hidrogen-sulfid sitoxromoksidazaya inaktivləşdirici təsir göstərir.
Katalaza və peroksidaza fermentlərinin kofaktoru protoporfirin IX-la 
dəmirin birləşməsindən (protohem) ibarətdir. Lakin katalazanın kofaktorunda 
olan dəmir üçvalentlidir və apofermentlə möhkəm birləşmişdir; peroksidazanın 
kofaktorunun apofermentlə əlaqəsi nisbətən zəif olur. Bu fermentlərdən 
birincisi (katalaza) toxumalarda aerob dehidrogenazaların və flavoprotein 
tərkibli oksidazaların (monoaminoksidaza, ksantinoksidaza, qlükozaoksidaza 
və s.) fəaliyyəti nəticəsində əmələ gələn hidrogen-peroksidi parçalayaraq, suya 
və molekulyar oksigenə çevirir: 


195 
2H
2
O
2
2H
2
O+O
2
Peroksidazanın katalizatorluğu ilə baş verən reaksiya zamanı hidrogen-
peroksiddən elektron akseptoru kimi istifadə edilir. Bu fermentin iştirakı 
şəraitində gedən reaksiyaları aşağıdakı ümumi tənliklə ifadə etmək olar. 
RH

+ H
2
O
2
R + 2H
2

Katalaza hidrogen-peroksidi parçalamaqla, hüceyrələri bu birləşmənin 
oksidləşdirici təsirindən mühafizə edir; peroksidazanın bioloji əhəmiyyəti 
mitoxondrilərin membranlarında və mikrosomlarda toplanan müxtəlif substrat
-
ların oksidləşməsi ilə əlaqədardır. 
Protoporfirinin bioloji cəhətdən mühüm törəmələrindən biri də bitkilərin 
yaşıl rəngli piqment maddəsi olan xlorofildir. 
Xlorofil 
bitkilərin yaşıl hissəsinin 
hüceyrə orqanoidlərindən biri olan xloroplastlarda toplanır və günəş enerjisinin 
təsiri altında qeyri-üzvi maddədən (karbon qazı və sudan) üzvi maddələrin 
sintezində iştirak edir. Bu proses işığın təsiri altında həyata keçdiyinə görə
fotosintez adlanır (yunanca: photos

işıq+
sintez
). Üzvi maddələri fotosintez 
prosesindən əldə edən bütün canlılarda xlorofil aşkar edilmişdir. Hazırda bu 
birləşmələrin 10-dan artıq növü məlumdur. Məsələn, yaşıl bitkilərin hamısında 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin