Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə133/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   137
Biokimyanın əsasları I cild

Mioqlobin. 
Heyvanların əzələlərində oksigenlə birləşmək və onu ehtiyat 
üçün saxlamaq xassəsinə malik olan zülal vardır. Kimyəvi tərkibinə görə 
hemoqlobinə yaxın olduğundan, əvvəllər bu zülalı əzələ hemoqlobini 

mio-
hemoqlobin adlandırırdılar. Hazırda ona mioqlobin deyilir (
myoglobinum:
yu-
nanca: 
myos 

 
əzələ, + latınca: 
globus

kürə). Beləliklə, “mioqlobin” adı bu 


193 
zülalın əzələlərdə yayıldığını və qlobulinlər sinfinə daxil olduğunu ifadə edir.
Mioqlobin kimyəvi tərkibinə görə, xromoproteinlərin nümayəndəsidir. 
Hemoqlobindən fərqli olaraq, mioqlobinin molekulunda yalnız 1 ədəd dəmir 
atomu olur. Lakin mioqlobinin molekuluna da dəmir atomu hemoqlobindəki 
kimi, IX protoporfirinin birləşməsi (hem) şəklində daxil olur. Mioqlobin 
molekulunun zülal hissəsi həm kütlə ədədinə, həm də tərkibindəki aminturşu 
qalıqlarının ardıcıllığına görə, hemoqlobindən fərqlənir. Müxtəlif heyvanların 
əzələlərində olan mioqlobinlərin orta molekul kütləsi 17500, molekul struk-
turuna daxil olan aminturşu qalıqlarının sayı isə 153-dür. Mioqlobinin birincili 
strukturu növ spesifikliyinə malik olur, yəni müxtəlif heyvan növlərinin 
mioqlobinləri aminturşu qalıqlarının ardıcıllığına görə həm bir-birindən, həm 
də insan mioqlobinindən fərqlənir. Hemoqlobindən fərqli olaraq, mioqlobinin 
tərkibində sistein və sistin qalıqlarına təsadüf edilmir. Mioqlobinin ikincili 
strukturunun 70%-ə qədəri spirallaşmış vəziyyətdədir. Onun molekuluna 8 
ədəd sağ istiqamətli 

-spiraldan ibarət olan seqment daxildir. Mioqlobin hemo-
qlobinin eyni birləşmələrinə uyğun gələn oksimioqlobin, karboksimioqlobin və 
metmioqlobin kimi birləşmələr əmələ gətirə bilir. 
Mioqlobinin oksigenə həssaslığı hemoqlobindən artıqdır. Hemoqlobinin 
50%-nin oksihemoqlobinə çevrilməsi üçün oksigenin parsial təzyiqi 20 
mm.c.st. təzyiqinə bərabər (2,6 kPa) olmalıdır, mioqlobinin eyni miqdarı isə 
pO
2
=3,3mm/c.st. (0,43 kPa) olduqda oksimioqlobinə çevrilir. 
Mioqlobinin qanla əzələlərə gətirilən oksigeni özünə birləşdirmək və 
ehtiyat üçün saxlamaq xassəsi qısamüddətli oksigen çatışmazlığı şəraitində 
maddələr mübadiləsinin gedişinin təmin edilməsinə şərait yaradır. Suda 
yaşayan məməlilərin (suiti, balina və s.) orqanizmində mioqlobinin miqdarının 
çox olmasının böyük bioloji əhəmiyyəti vardır. İtin ürək əzələsində 0,5% (quru 
kütləyə görə) mioqlobin olduğu halda, suitinin ürək əzələsində bu zülalın miq
-
darı 7,7%-ə qədərdir. Suiti orqanizmində toplanan oksigenin təxminən yarısı 
hemoqlobinlə, yarısı isə mioqlobinlə birləşmiş vəziyyətdə olur. Oksimio-
qlobinin miqdarının çox olması suda yaşayan məməlilərə uzun müddət suyun 
altında qalmaq imkanı verir. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin