asılı olacaqdır. Bütün vətəndaşlar,
o cümlədən də tələbələr, ilk tibbi yardım
göstərilməsi üsullarına tam yiyələnməlidir.
İlk yardım göstərmək üçün aşağıdakı müxtəlif üsulları bilmək tələb olunur: adamın
əynindəki yanan paltarın söndürülməsi, süni tənəffüs verilməsi,
tənəffüs üzvlərinin
(əleyhqaz, pambıq-tənzif sarğısı geyməklə) və bədənin açıq hissələrinin zəhərləyici
və radioaktiv maddələrdən, bakterial vasitələrdən
mühafizəsi, qanaxmanın
müvəqqəti olaraq dayandırılması, yara və yaxud yanıq yerinin sonrakı kirlənmədən
qorumaq üçün yaraya və yanıq yerlərinə sarğı qoyulur, sınıq baş verdikdə
zədələnmiş sümüklərin immobilizasiyası həyata keçirilir (sümüklərin hərəkətsiz
hala salınması), zəhərləyici maddələr olduqca əleyhqaz geydirilir və zəhərə qarşı
xüsusi antidot verilir. Lazım gəldikdə zəhərlənmələri müəyyən
qədər sanitar
tənzimləmədən keçirir, zədələnmiş adamları təhlükəsiz yerə çıxarır və tibb
məntəqələrinə və ya ilk tibbi yardım dəstələrinə aparırlar. Bu tədbirlərin ardıcıllığı
zədələnmənin ağırlığından, xarakterindən və başqa şərtlərdən asılı olacaqdır. Bütün
hallarda ilk tibbi yardım tez və qətiyyətlə, bir dəqiqə belə itirmədən göstərilməlidir.
İlk tibbi yardımın mümkün qədər tez göstərilməsi yaralanmanın son
nəticəsinə,
zədələnmiş şəxsin həyatının xilas edilməsinə həlledici təsir göstərir. Güclü
qanaxma zamanı, elektrik cərəyanı vurarkən, boğulma,
ürəyin fəaliyyəti dayanan
və tənəffüs kəsilən hallarda ilk tibbi yardım dərhal göstərilməlidir. Əgər eyni
zamanda çoxlu zədələnmişlərə ilk tibbi yardım göstərmək tələb
olunarsa, onda
yardımı birinci növbədə uşaqlara, məhv ola biləcək zədələnənlərə göstərmək
lazımdır. Belə halda yüngül zədələnmişlər özləri də özünə yardım və qarşılıqlı
yardım göstərməlidirlər. İlk tibbi yardımın bütün üsulları ciddi sürətdə və çox
ehtiyatla icra edilməlidir. Ehtiyatsız, kobud ilk yardım zədələnmişə əlavə əziyyət
verib, onun halını ağırlaşdıra bilər.
Dostları ilə paylaş: