Nur təFSİRİ


Ayə 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə105/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   101   102   103   104   105   106   107   108   ...   317
NUR-TƏFSİRİ-12

Ayə 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34: 
 ِح اَم ِرْدَأ ْمَل َو﴿﴾ْهیِباَتِك َتوُأ ْمَل يِنَتْیَل اَی ُلوُقَیَف ِهِلاَمِشِب ُهَباَتِك َيِتوُأ ْنَم ا مَأ َو﴿
 َس
 اَی﴿﴾ْهیِبا
مُث﴿﴾ُهوُّلُغَف ُهوُذُخ﴿﴾ْهیِناَطْلُس يِ نَع َكَلَه﴿﴾ْهیِلاَم يِ نَع ىَنْغَأ آَم﴿﴾َةَی ِضاَقْلٱ ِتَناَك اَهَتْیَل
 َمی ِحَجْلٱ 
 َعْلٱ ِ لِلّاِب ُنِمْؤُی َلً َناَك ُه نِإ﴿﴾ُهوُكُلْساَف ااعاَرِذ َنوُعْبَس اَهُع ْرَذ ٍةَلِسْلِس يِف مُث﴿﴾ُهوُّلَص
َلً َو﴿﴾ ِمیِظ
﴾ ِنیِكْسِمْلٱ ِماَعَط ىَلَع ُّضُحَی
 
“Amma əməl naməsi sol əlinə verilmiş kəs deyər: “Ey kaş, naməm mənə 
verilməyəydi və bilməyəydim hesabım nədir. Ey kaş, ölümlə işim bitəydi (bir daha 
dirilməyəydim). Onlarım ehtiyacımı ödəmədi. Gücüm əldən çıxdı. (Deyilər) Onu 
tutun, buxovlayın. Sonra onu şölələnən oda daxil edin. Sonra yetmiş zira uzunluqda 
zəncirlə bağlayın. Həqiqətən, o böyük Allaha iman gətirməz, ehtiyaclılara təam 
verilməsinə rəğbətləndirməz.” 
 
Nöqtələr 
 
◘”Zira” dirsəkdən barmağın ucunadək olan məsafədir. Qədimdə ziradan ölçü 
vasitəsi kimi istifadə olunurdu. “Yetmiş” dedikdə ya həqiqətən də say nəzərdə tutulur, ya 
da zəncirin uzunluğuna işarə olunur. 
◘”Səhmə” sözündən olan “səhim” sözü şölələnən od mənasını bildirir. 
◘İmam
 
Sadiq (ə) buyurur: “Cəhənnəm əhlinin bağlandığı zəncirin bir halqası 
dünyaya gətirilsə, dünya istidən yanıb kül olar.
1
1
“Təfsiri-nurus-səqleyn” 


107 
◘Bu ayədə küfr və xəsislik behiştdən məhrumların sifəti kimi yanaşı zikr olunur. 
◘Tutmaq, bağlamaq, çəkmək, cəhənnəmə atmaq cəhənnəm əhlinin zillətinin 
ağırlığını göstərir. 
Bildirişlər 
 
1. Yaxşı və pis insanların aqibətinin müqayisəsi Quranın bəyan üsullarındandır. 
2. Tərbiyə və hidayət prosesində həm xəbərdarlıq, həm də müjdəyə ehtiyac var. 
3. Gələcəkdən xəbərdarlıq bəzən bu günkü qərarların düzgün çıxarılmasına təsir 
göstərir. 
4. Dünyada qaçdığımız ölüm qiyamətdə sorağımıza gələr. 
5. Axirətdə günahkarların ümid bacası bağlanar. Əməl naməsini görənədək ümid 
edənlər onu görəndən sonra yalnız həsrət çəkər. 
6. Var-dövlət və gücün qiyamətdə faydası yoxdur. 
7. Dünyada var-dövlət toplamaq qiyamətdə peşimançılıq səbəbidir. 
8. Dünyada hər günaha uzanan əlin cəzası qiyamətdə buxov və zəncirdir. 
9. Bəzilərinin imanı, bəzilərinin iman gətirmək məqsədi yoxdur. Onlar inadkarlıq 
göstərdiyindən cəzaları daha ağırdır. 
10. Qəlbində Allaha mərifət nuru, əməlində xalqa xidmət olmayan yansa yaxşıdır. 
11. Aclara diqqət Allaha imanla yanaşı zikr olunur. 
12. Əgər özümüzün ətrafdaklılara yardım etmək gücümüz yoxsa, heç olmaya 
başqalarını bu işə təşviq edək. 
13. Kömək göstəriləcək fəqirin mömin olması şərt deyil. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin