110
“MƏARİC” SURƏSİ
(70-Cİ SURƏ; 44 AYƏ)
İYİRMİ DOQQUZUNCU CÜZ
“MƏARİC” SURƏSİNİN SİMASI
Bu surə 44 ayədən ibarətdir və Məkkə surələrindən sayılır. Amma onun ilk ayələri
Mədinədə nazil olmuşdur.
Surənin adı onun 3-cü ayəsindən götürülmüşdür. “Məaric” dedikdə mələklərin
qalxdığı məhəl nəzərdə tutulur.
Digər Məkkə surələrində olduğu kimi “Məaric” surəsində də ayələrin əsas mövzusu
məad, müşriklərin və müxaliflərin qorxudulmasıdır. Kafirlərin qiyamət halı, behişt və
cəhənnəm əhlinin sifətləri bu surədə açıqlanan mövzulardandır.
Surənin ilk ayələri Əli-ibn Əbu-Talibin (ə) vilayətini inkar edənlərdən birinin dünya
əzabı haqqındadır.
Dostları ilə paylaş: