Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə49/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   45   46   47   48   49   50   51   52   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Dini hökmlər üçün təyin olunmuş vaxta diqqətli olmaq lazımdır. (İddənin həm 
başlanğıc, həm də son vaxtı bildirilir.) 
2. Hər bir iş üçün öncədən proqram, vaxt təyin olunmalıdır. 
3. Həm həyatın davamında, həm də boşanmada bəyənilmiş şəkildə rəftar etmək, 
hörməti gözləmək lazımdır. 
4. Xoş rəftar həm barışıq, həm də boşanma gedişində həyat yoldaşının 
haqlarındandır. 
5. Ailə həyatının davamı boşanmadan üstündür. 
6. İstər ailə həyatı, istərsə də boşanma şəriətin müəyyənləşdirdiyi yolla, bəyənilmiş 
şəkildə olmalıdır. 
7. Qadınların fiziki baxımdan zəifliyi, ictimai adət-ənənələr, onların haqlarının daha 
çox tapdanması ilə nəticələnmişdir. Bu səbəbdən də Qurani-kərimdə daha çox kişilərə 
tövsiyə olunur ki, qadınların haqlarını qorusunlar. 
8. Boşanma qarşı tərəfə ehtiram göstərməklə, təhqirə yol vermədən həyata 
keçməlidir. 
9. Boşanmanın həyata keçməsi üçün iki ədalətli şahidə ehtiyac var. 
10. Tərəflərin haqlarını qorumaq üçün iki ədalətli şahid seçilməsi bu işə diqqətdən 
danışır. 
11. Boşanma ədalətli insanların iştirakı ilə həyata keçməlidir. 
12. Ədalətli fərdlər də xatırlatmaya ehtiyaclıdır. 
13. Nə məhəbbət, nə də düşmənçilik mühakimənin nəticəsinə təsir göstərməməlidir. 
14. İki ədalətli şəxsin şəhadəti haqların qorunması və ixlasla müşayiət olunmalıdır. 
15. İnsanların haqqı dini haqlarla bir çəkidədir. Qurani-kərimdə həm namaz, həm 
din, həm şəhadət, həm də ölçüdə diqqətli olmaq tövsiyə edilir.
1
1
“Təfsiri-məcməul-bəyan” 
2
“Təfsiri-nurus-səqəleyn” 
3
“Təlaq”, 3; “Həşr”, 2 
4
“Təfsiri-nurus-səqəleyn” 


55 
16. Moizə dedikdə təkcə əxlaqi tövsiyələr yox, həm də fiqhi göstərişlər nəzərdə 
tutulur. 
17. Nəsihətin qəbulu həqiqi iman nişanəsidir. 
18. İnsan üçün ən üstün moizə və tərbiyə yolu dolaşıq ürfan yoluna üz tutmaq yox, 
dini hökmlərə yetərincə əməl etməkdir. 
19. Problemlərin günah yolla həlli azğınlığa aparır. Təqva və Allah qorxusu insanı 
problemlərdən xilas edir. 
20. Təqva bütün çətinliklərdən xilas yoludur. 
21. Böhranları və fitnələri aradan qaldırmaq üçün iki yol var: təqva və Qurana 
sarılmaq.
2
22. Boşanmaq qərarına gəlmiş ərlə arvad təqvalı olarsa Allahın xüsusi lütfündən 
bəhrələnər. 
23. Günah yolla ehtiyaclarını təmin edənlər Allahın gözlənilməyən yolla yetirəcəyi 
ruzidən məhrum olur. 
24. Allahın istəkləri insanın hesabatlarından asılı deyil. 
25. Mənəvi nöqtələrin gözələnilməsi maddi həyatda təsirlidir. (Qeybi yardımlar 
insanın həyatında mühüm rol oynayır) 
26. Təqvalı insan öz istəklərini yox, Allahın istəklərini əsas götürür. Allahın iradəsi 
qarşısında maneə olmadığından təqvalı insan çıxılmaz vəziyyətə düşmür. 
27. Ruzinin bolluğu çox işləməkdən asılı deyil. İmam Sadiq (ə) hazırkı ayə ilə bağlı 
buyurur ki, Allah ona veriləni bərəkətli edər.
3
28. Çətin vəziyyətdən çıxmaq üçün təqva və təvəkkül iki mühüm vasitədir. 
29. Bu günkü həyatın təmini üçün təqvaya, gələcəyin təmini üçün təvəkkülə ehtiyac 
var. 
30. Təqva təvəkküldən öndə gəlir. 
31. Allahın lütfü olmayan yerdə bütün amillər yetərsizdir. 
32. Bütün fərdlər və hökumətlər üçün məğlubiyyət, uğursuzluq ehtimalı var. Yalnız 
Allahın istək və iradəsi yenilməzdir. 
33. Allaha təvəkkül Allahın sonsuz qüdrətinə əsaslanır. 
34. Allahın qüdrət sahibi olması və bizim ona təvəkkülümüz bütün arzuların həyata 
keçməsi kimi qəbul olunmamalıdır. Çünkü həyatda qanunlar, hesab-kitab var. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin