“Musiqi və onun tədrisi metodikası”


Muğam sənəti klassik poeziya ilə qırılmaz tellərlə bağlıdır



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə39/66
tarix16.10.2023
ölçüsü1,52 Mb.
#130376
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   66
Musiqi-və-onun-tədrisi-metodikası-fənnindən-mühazirələr

Muğam sənəti klassik poeziya ilə qırılmaz tellərlə bağlıdır
Muğamlarda bir sıra melodiyalar məsnəvi, saqinamə, səmai, şəhraşub, dübeyti şer formalarının 
adlarını daşıyır ki, bu da həmin melodik formaların eyniadlı şer formaları ilə bağlılığını, yaxud, 
hətta ola bilsin onların mənşəyini göstərir. Vokal muğam melodiyaları əruzun Azərbaycan dilinin 
xüsusiyyətlərinə uyğunlaşdırılmış kvantitativ ölçüsündə yazılmış şerlərlə oxunur. 
Klassik poeziya janrı olan qəzəl muğamlarda ifa olunan əsas şer formasıdır. Keçmişin 


xanəndələri orta əsr Azərbaycan şairlərindən Nizami Gəncəvi və Xaqani Şirvani (XII yüzil), 
İmadəddin Nəsimi (XIV yüzil), Şah İsmayıl Xətai və Məhəmməd Füzuli (XVI yüzil), Molla 
Pənah Vaqif (XVIII yüzil), Xurşid Banu Natəvan, Seyid Əzim Şirvaninin (XIX yüzil) qəzəllərinə 
daha çox üstünlük verirdilər. İndiki dövrün xanəndələri daha çox Əliağa Vahidin (XX əsr) - 
Azərbaycanın klassik şairlərindən sonuncusunun qəzəllərinə daha çox üz tuturlar. 
Qəzəllərlə yanaşı, muğamlarda (əsas etibarilə zərbi-muğamlarda), eləcə də qoşma və ya bayatı 
poetik formalarında xalq şeirlərindən də istifadə edə bilərlər. Xanəndə özünün şer seçimində 
sərbəstdir, lakin bununla bərabər o, ifa etdiyi muğamın musiqi xarakterini də nəzərə almalıdır, 
məsələn, onun işıqlı musiqi koloritinə malik "Rast" muğamı üçün seçilən qəzəllər 
Ü.Hacıbəyovun verdiyi xarakteristikaya görə, "dərin kədər hissi" doğuran "Hümayun" muğamı, 
yaxud dini və matəm mərasimlərində tez-tez ifa olunan "Şüştər" muğamı üçün yararlı deyil. 
XX yüzilin əvvəllərinədək Azərbaycan xanəndələri farsdilli şerlərlə muğam melodiyalarını ifa 
etmək ənənəsinə riayət edirdilər. Bu ənənəyə görkəmli Azərbaycan xanəndəsi Cabbar 
Qaryağdıoğlu (1861-1944) son qoydu. Onunla başlayaraq, muğamların Azərbaycan dilində ifası 
Azərbaycanda, eləcə də Azərbaycan muğamlarının çox geniş populyarlığa malik olduğu bütün 
Güney Qafqazda ənənəyə çevrildi. 
Muğamın instrumental növlərinin əsasında vokal-instrumental növlərindəki formanı 
genişləndirmənin eyni struktur və prinsipləri dayanır, fərq yalnız bundadır ki, instrumental 
kompozisiyalarda bir qayda olaraq Dəraməd, Bərdaşt və Təsniflər ifa edilmirlər. 
Muğamın instrumental növləri XX yüzilin əvvəllərində Azərbaycanda istedadlı instrumentali 
ifaçıların meydana gəlməsi və instrumental ifaçılığın çiçəklənməsi ilə geniş yayılmışdır. 
Azərbaycanda tarda aparılmış islahat da (Mirzə Sadıq Əsəd oğlu) xeyli rol oynadı ki, bunun 
nəticəsində bir zaman İrandan Azərbaycana gəlmiş bu musiqi aləti İran tarı ilə müqayisədə daha 
güclü, konsert səsi əldə etdi. Bizim günlərdə dəstgahlar digər ənənəvi alətlərdə, məsələn, 
kamançada, udda, kanonda (simli), zurnada, balabanda, neydə (nəfəsli) də solo ifa edilə bilərlər. 
XX yüzildən başlayaraq bəzi Avropa musiqi alətləri (klarnet, qoboy, qarmon) ənənəvi musiqiyə 
daxil olmuş və muğamların onlarda ifa edilməsi milli publika tərəfindən autentik qəbul edilir. 
Janrın həm vokal-instrumental, həm də instrumental növləri ya lad sikli fomasında (dəstgah), ya 
da bir ladda bir hissəlik melodik improvizasiyada ifa edilə bilərlər. 
Kiçik muğamlar
(vokal-instrumental və instrumental növlər) - "Rahab", "Qatar", "Şahnaz", 
"Sarənc", "Bayatı-Kürd", "Nəva", "Dəşti", "Hicaz" və digərləri dəstgahlarla müqayisədə daha 
kiçikmiqyaslı müstəqil musiqi kompozisiyaları olmuşlar. Əgər dəstgahlar təsnifləri və rəngləri 
hesaba almasaq, 5-dən 10-12-dək şöbəni özündə birləşdirə bilərsə, muğamlar adətən 3-dən çox 
olmayan şöbələrdən ibarətdir. Yalnız 5 şöbədən ibarət olan "Rahab" muğamı istisna təşkil edir. 
Vokal muğam
(instrumental müşayiət olmadan) mərasim və ya matəmlərdə tətbiq edilir, qəzəl və 
qəsidə poetik formalarında yazılmış dini və ya matəm məzmunlu şerlərlə ifa olunur. 
Zərbi-muğamlar
(onlara ritmik muğamlar da deyilir) bir ladda bir hissəli vokal-instrumental 
kompozisiyadan ibarətdir və müstəqil kiçik muğam formaları qrupuna aid edilirlər. Bu janrın 
XIX yüzilin musiqi təsrübəsində bəlli olan 18 nümunəsindən hazırda "Qarabağ şikəstəsi", 
"Şirvan şikəstəsi", "Kəsmə şikəstə", "Zərbi-Simayi-Şəms", "Zərbi-Mənsuriyyə", "Arazbarı", 
"Ovşarı", "Maani", "Heyratı" öz populyarlığını qoruyub saxlamışdır. Bu kompozisiyaların 
xarakterik xüsusiyyətləri vəzn baxımdan sərbəst vokal melodiyalarının (adətən yüksək registrdə) 
ritmik instrumental müşayiətlə uyğunlaşdırılmasıdır. Lakin bu janrın müəyyən vəzn çərçivəsində 
saxlanan ("bəhrli hava") ayrıca sırf instrumental nümunələri də mövcuddur ("Heydəri"). 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin