formalar dastanlara da daxil ola bilərlər.
Aşıq yaradıcılığında ən geniş yayılmış şeir vəzni hecadır. Aşıq mahnılarının
çoxunun quruluşu
dördlük (kuplet) formasındadır. Hər kupletin əvvəlində instrumental giriş olur və hər kuplet bir-
birindən instrumental solo ilə ayrılır.
Qədim dövrlərdə və orta əsrlərdə aşıqlara "ozan", "varsaq", "dədə" deyirdilər.
Müasir Azərbaycan aşıqlarının əcdadı olan qədim ozanların həyatına, məhəbbətinə,
vətənpərvərliyinə, igidliklərinə həsr edilmiş ən qədim yazılı mənbə, yeddinci əsrə aid olan
"Kitabi Dədə Qorqud" xalq dastanıdır.
Tarixən musiqi folklorunun bəstəkarların yaradıcılığına böyük təsiri olmuşdu. İlk dəfə aşıq
musiqisinin xüsusiyyətlərindən bəstəkar Ü.Hacıbəyov "Koroğlu" operasında istifadə etmişdir.
Müasir musiqinin texniki vasitələriylə aşıq musiqisinin xüsusiyyətlərini birləşdirən digər
bəstəkar Qara Qarayev üçüncü simfoniyasının ikinci hissəsində onların
vəhdətini yarada
bilmişdir.
Aşıq yaradıcılığı yığma (toplum) sənət kimi özündə bir neçə sənət növünü birləşdirsə də, bu
topluda başlıca yer ənənəvi havacatındır. Musiqili təsvir vasitələri və bədii ümumiləşdirmələrlə
zəngin olan ənənəvi aşıq havacatı öz dəyişməz estetik dəyəri, cilalanmış dil-üslubu, dərin fəlsəfi
mənalanma, əxlaqi yönümü ilə səciyyələndirilir.
Şifahi xalq şeirinin ("barmaqhesabı"nın-heca vəzninin) və yazılı poeziyanın (əruzun) ifadəliliyi
aşıq havacatının şeir əsasını təşkil edir.
Havacatın
tərkib hissəsi kimi, klassik aşıq şeiri qaydaqoyuculuq (normativ) vəzifəsini yerinə
yetirir.
Ənənəvi klassik aşıq havaları bayatı, gəraylı, qoşma, təcnis və b. poetik formalara əsaslanır. 80-
dən artıq ("Kərəmi", "Əfşarı", "Kürdü", "Dilqəmi", "Yanıq Kərəmi") aşıq havalarının ayrı-ayrı
ərazi variantları mövcuddur.
Aşıq havalarında musiqilə poetik mətnin qarşılıqlı əlaqəsi onların melodik-ritmik, forma
xüsusiyyətlərinin yaranmasına önəmli təsir göstərir. Aşıq poeziyasının əsas vəzni heca vəznidir.
Havaların quruluşu şeirin forma və heca tərkibi, bölgü xüsusiyyətləri ilə əlaqədə yaranır. Qurbani
(16-cı yüzillik), Abbas Tufarqanlı, Sarı Aşıq (17-ci yüzillik), Xəstə Qasım, Aşıq Valeh, Aşıq
Dilqəm (18-ci yüzillik), Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli (19-cu yüzillik) və b.
Aşıq sənətinin klassikləri hesab olunurlar. Müasir dövr aşıqları arasında Aşıq
Hüseyn
Bozalqanlı, Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq İslam, Aşıq Şəmşir, Hüseyn Saraclı, Əmrah
Gülməmmədov, Hüseyn Cavan, Aşıq Kamandar, İmran Həsənov, Mikayıl Azaflı,
Əkbər Cəfərov
və b. fərqlənir. Aşıq sənəti Azərbaycanın Qazax, Tovuz, Şamaxı rayonlarında, həmçinin tarixi
Göyçə və Borçalı mahallarında xüsusilə vüsət tapmışdır.