20
Quran tilavətinin fəziləti barəsində onlarla hədis və rəvayət nəql
olunmuşdur. Biz burada onlardan yalnız bir neçəsini təqdim edirik.
İmam Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir: Peyğəmbər (s)
Quran tilavətinin fəziləti haqda buyurmuşdur:
«Hər axşam on ayə
Quran oxuyan şəxslər, qafil və Allahını unutmuş kəslərdən hesab
olunmazlar, əlli ayə oxuyanların adı əməl dəftərinə daim Allahı
yad edən şəxslər kimi yazılar, yüz ayə oxuyan ibadət edənlərdən, iki
yüz ayə oxuyan qəlbən ibadətə qapılan və xalisanə bəndəlik
edənlərdən, üç yüz ayə oxuyan səadətə nail olanlardan, beş yüz ayə
oxuyan (məhşərdə) ibadətə tələsən və bu yolda qalmış kəslər kimi
tanınarlar. Min ayə oxuyan kəslər isə, sanki Allah yolunda saysız-
hesabsız qızıl-gümüş sədəqə vermiş olarlar.»
(Üsuli-kafi, «Quranın
fəziləti).
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir:
«Quran
bəşəriyyətin səadət və xoşbəxtliyini təmin edən həyat qanunudur.
Dostları ilə paylaş: