MüƏLLİFDƏN


Bu qanun toplusu Allah tərəfindən tərtib olunmuş və ən mükəmməl



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə14/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   10   11   12   13   14   15   16   17   ...   182
EL-BEYAN 1 Cİ CİLD

Bu qanun toplusu Allah tərəfindən tərtib olunmuş və ən mükəmməl 
şəkildə onların ixtiyarına qoyulmuşdur. Həqiqi müsəlman o kəsdir 
ki, bu həyat proqramına diqqət yetirməklə, hər gün ən azı əlli ayə 
oxumuş olsun.» 
(Üsuli-kafi, «Quranın fəziləti
). 
Yaxşı olar ki, hər bir tacir gecə evinə qayıdarkən yatmazdan əvvəl 
Quran ayələrindən birini tilavət etsin. Əgər belə edərsə, oxuduğu hər bir 
ayənin müqabilində əməl dəftərinə on savab iş yazılar və o miqdarda da 
günahlarından bağışlanar. 
(Üsuli-kafi, «Quranın fəziləti).
 
Quran oxumağı sizlərə tövsiyə edirəm. Bilin ki, cənnətin sarayları 
Quran ayələrinin sayı qədərdir. Qiyamət günü Quran qarilərinə Quran 
oxumaq əmr olunar. Onlar nə qədər çox oxuyarlarsa məqamları bir o qədər 
ucalar və öz əməllərinə layiq dərəcələrlə mükafatlanarlar. 
(Üsuli-kafi).
 
Bir çox hədis kitablarında, o cümlədən «Biharul-ənvar»ın 19-cu 
cildində Quran oxumağın fəzilətləri barəsində kifayət qədər hədis 
nəql olunmuşdur. Bu kitablarda Quran oxumağın fəzilətlərindən 
başqa digər mühüm mətləblərə də işarə olunmuşdur. 


21 
1. QURANIN ÜZÜNDƏN OXUNMASI 
Nəql olunmuş hədislərin bir qismi, Quranın üzündən 
oxunmasının onun əzbər oxunmasından daha fəzilətli olduğuna 
dəlalət edir. Bu məzmunda nəql olunmuş rəvayətlərdən birində 
deyilir: İshaq ibni Əmmar imam Sadiq (ə)-dan soruşur. Mən Quranı 
artıq hifz etmişəm (əzbərləmişəm), onu əzbər olaraq oxusam 
yaxşıdır, yoxsa üzündən? İmam (ə) buyurdu: 
«Üzündən oxu, bunun 
savabı daha çoxdur. Və bil ki, Quranın yazılarına baxmaq özü bir 
ibadətdir.» 
İmam Sadiq (ə)-dan nəql olunmuş başqa bir hədisdə deyilir: 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin