33
peyğəmbərlərin, haqla batilin yalançı şəxslər tərəfindən tanınıb üzə
çıxarılması hətta, Əşərilər üçün də qaranlıq qalmayacaqdır.
Ruzbəhanın verdiyi bu cavaba isə bir neçə nöqsan və irad
tutulmuşdur:
1. Ruzbəhanın burada Allah-taalaya nisbət
verdiyi işlər heç bir
hiss orqanı ilə dərk olunmayır. Bunu yalnız əql və şüur yolu ilə
dərk etmək olar və bu yolu isə, Əşərilər öz üzlərinə bağlamışlar.
Çünki, əgər əql yaxşı ilə pisi ayırd etməyə qadir olmasa, onda
Allahın da verdiyi vədlərə əməl etməməsinə,
heç də qeyri-adi hal
kimi baxılmayacaqdır.
2. Bütün bunlarla yanaşı Ruzbəhan, keçmiş peyğəmbərlərin
hamılıqla möcüzəyə malik olduqlarına əsaslanaraq, möcüzənin
iftiraçı şəxslər tərəfindən həyata keçə bilməməsini bəyan edir.
Amma bu məsələyə tərəddüdlə yanaşan şəxslər Allahın,
möcüzənin əməli-saleh və sadiq
insanlar vasitəsilə həyata
keçirməsinə qətiyyətlə inanmırlar. Nəticədə onlar möcüzəni,
peyğəmbərliyi sübuta yetirən meyar kimi qəbul etmirlər.
3. Ruzbəhan deyir: Əgər əql baxımından hər hansı bir işin
görülməsi və ya tərk olunması eyni səviyyədə olarsa və əql
onlardan hansının yaxşı və ya pis
olduğunu dərk etməyə qadir
olmazsa, hər şeyə qadir olan və görəcəyi işlər üçün məsuliyyət
daşımayan (kimsə tərəfindən nəzərdə olmayan) bir varlıq, (Allah)
öz adətini dəyişərək möcüzəni əməli-saleh insanların ixtiyarına
qoyduğu kimi, onu yalançı və fırıldaqçı şəxslərin də ixtiyarına qoya
bilər.
4. Adət, dəfələrlə təkrar olunan işlərin nəticəsində meydana gəlir.
Və təkrar olaraq baş verən işlərin də təbii ki, müəyyən zamana
ehtiyacı vardır.
Belə olduğu bir halda, iş və hadisələr adət halını
almazdan əvvəl ilk peyğəmbərin həqqaniyyətini hansı dəlillərlə
sübuta yetirmək olar?
Gələcək fəsillərdə Əşərilər və onların bu barədə irəli sürdükləri
nəzəriyyələr haqda söhbət açacağıq.