23. Quranın qeyb barəsində verdiyi xəbərlər;
24. Quranın yaradıcılıq [xilqət] sirləri.
27
MÖCÜZƏNİ TANIMAQ
Möcüzənin mənası:
Möcüzə – «ecaz» kəlməsindən götürülmüşdür və ecaz
kəlməsinin özünün bir neçə mənası vardır:
1. Nəyi isə əldən vermək; Məsələn, ərəblər bir şeyi əldən
verdikdə deyirlər «əcəzəhul əmrul fulani» yəni, filankəs bu işi
əldən verdi.
2. Bir başqasının acizliyini və ya çarəsizliyini hiss etmək;
Məsələn, əgər Əhməd hər hansı bir işin müqabilində aciz qalarsa,
bu halda deyilir: «əcəztu əhmədən» yəni, Əhmədin aciz və çarəsiz
qaldığını gördüm.
3. Bir başqasını görülən iş və deyilən ifadələrlə heyrətə gətirərək
aciz etmək; Burada artıq, ecaz kəlməsi «təciz» mənasını daşıyır
(təciz – yəni kimisə aciz etmək). Məsələn, əgər bir şəxs Əhmədi
acizliyə vadar edərsə, bu halda deyəcəkdir: «əcəztu Əhmədən»
yəni, Əhmədi aciz və çarəsiz etdim.
Kəlam alimləri isə bu kəlməni tam başqa mənada işlədirlər.
Onlar möcüzəni tərif edərək deyirlər: Allah-taala tərəfindən
peyğəmbərliyə təyin olunmasını iddia edən şəxs, gərək öz
sözlərinin həqiqətini sübuta yetirmək üçün zahirdə xilqət
qanunlarının ziddinə olan və adi insanların icra etməkdə aciz
qaldıqları qeyri-təbii və qeyri-adi işlər görsün. Belə bir xariquladə iş
möcüzə adlanır və bu işin icrası isə ecaz sayılır.
MÖCÜZƏ HANSI ŞƏRAİTDƏ YERİNƏ YETİRİLMƏLİDİR
Möcüzəyə lazım olan şərtlər:
Xariquladə iş yalnız o zaman möcüzə adlana bilər ki, aşağıdakı
xüsusiyyətlərə malik olsun:
1. Peyğəmbərlik iddiası edən şəxs həmin əməli öz risalətinin
haqq olmasını sübuta yetirmək üçün həyata keçirməlidir;
2. İddia etdiyi şey, bəşər əqli baxımından qəbul ediləsi bir iş
olmalıdır. Əgər onun müddəasını əqli yolla inkar və ya təkzib
etmək mümkün olsa, gördüyü xariquladə işlərin düzlüyünə etibar
28
etmək olmaz və bu işə başqaları qadir olmasalar da belə, onu
möcüzə adlandırmaq olmaz;
Məsələn, Allahlıq iddiası edən şəxsin dedikləri təbii ki, yalan və
iftira olmalıdır. Çünki, belə bir iddianı təkzib edəcək kifayət qədər
əqli dəlillər vardır. Demək, onun irəli sürdüyü iddia tamamilə
yalandır.
3. İrəli sürdüyü iddia şəriət baxımından da məqbul olmalıdır.
Yəni, əgər onun müddəası şəri dəlillərlə təkzib olunsa, yerinə
yetirdiyi xariquladə işlər onun sözlərinin həqiqətini sübuta
yetirməyəcək və gördüyü işlər də möcüzə adlandırılmayacaq.
Məsələn, bir şəxs həzrət Məhəmməddən (s) sonra peyğəmbərlik
iddiası edir. Təbii ki, onun iddiası tamamilə batil və əsassızdır.
Çünki, həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olduğunu
təsdiqləyəcək kifayət qədər Quran ayələri və o həzrətin özündən və
məsum imamlardan nəql olunmuş hədislər vardır. Peyğəmbərlik
həzrət Məhəmmədlə (s) başa çatmış və ondan sonra bəşəriyyətə
peyğəmbər göndərilməyəcəkdir. İrəli sürülən iddia əql və sənəd
yolu ilə batil olunarsa, daha iddia edən şəxsin gətirdiyi dəlil və
sübutlara heç bir ehtiyac qalmayacaqdır. Və belə olduqda, Allah-
taalanın onun əməllərini batil etməyə heç bir ehtiyac
duyulmayacaqdır.
4. Möcüzənin digər şərtlərindən biri də, göstərilən möcüzənin
iddia olunan məsələni təsdiq etməsidir. Belə ki, peyğəmbərlik
iddiası edən şəxsin göstərdiyi möcüzələr bu ilahi məqamı
(peyğəmbərliyini) təkzib etməməlidir. Əgər təkzib edərsə, artıq biz
onu möcüzə adlandırmamalıyıq. Məsələn, Peyğəmbərlik iddiası
edən Museyləmə adlı bir şəxs möcüzə göstərmək məqsədilə, suyu
azalmış quyunun suyunu çoxaltmaq üçün oraya tüpürür, amma
gözlənilən nəticənin tam əksinə olaraq, quyunun suyu tamamilə
quruyur. Amma bütün bunlara baxmayaraq o, yenə də
peyğəmbərlik iddiası edir və yaxın qəbilələri özünə cəlb etməyə
çalışır. O, günlərin bir günündə Hənifə qəbiləsinin yanına gəlir və
əlini onların uşaqlarının başına çəkir. Bu uşaqların bir qismi keçəl
xəstəliyinə tutuldu, digər bir qisminin isə dilində pəltəklik yarandı.
(İbni Əsir, 2-ci cild, 138-ci səh).
29
Belə bir halda Allah-talanının onun gördüyü işlərin batil olmasını
başqa yollarla aşkara çıxarmağa heç bir ehtiyac qalmır.
5. Möcüzə bəşəriyyətə məlum olan elmi anlayışlar vasitəsilə
həyata
keçirməməli
və
eyni
zamanda
öyrədib-öyrəniləsi
olmamalıdır. Əgər bir şəxs müxtəlif elmlərdən istifadə edərək,
(hətta başqaları buna qadir olmasalar da belə) qeyri-adi işlər
görərsə, bunu möcüzə adlandırmaq olmaz.
Sehirbaz və cadugərlərin müxtəlif elm və fənlərə yiyələnərək
göstərdikləri bir çox qeyri-adi işlərini dediklərimizə misal çəkmək
olar. Onların gördükləri bu kimi işləri möcüzə adlandırmaq olmaz
və onların əməllərinin Allah-taala tərəfindən batil olunmasına heç
bir lüzum da yoxdur. Allah, öz batil iddialarını sübuta yetirmək
üçün müxtəlif elm və fənlərdən istifadə edən şəxslərin niyyətlərini
batil, özlərini isə xar və rüsvay edər. Çünki, onlar bütün bunları
dəqiq elmi qanunlardan istifadə edərək həyata keçirirlər. Və məlum
məsələdir ki, bu işlərə yiyələnən və təcrübə halında həyata keçirən
hər bir şəxs belə bir nəticələrə nail olacaqdır.
Təbabət elmi ilə məşğul olan bəzi alimləri buna misal çəkmək
olar. Onların təbabət haqda olan bəzi məlumatları təkcə adi
insanlara deyil, hətta bir çox həkimlərə də naməlumdur. Amma
buna baxmayaraq biz onların məharətini möcüzə adlandıra
bilmərik.
Hətta, əgər Allah-taala insanlardan yalnız birini, tövbənin
sirlərindən və elmi qanunlardan agah edərsə və bundan sui-istifadə
olunmadığı təqdirdə Allah-taalanın yaradılış qanununa heç bir eyb
və nöqsan tutmaq olmaz. Çünki, bütün bunlar möcüzə deyil və eyni
zamanda irəli sürülən iddia üçün də dəlil hesab olunmayır.
Möcüzənin hər hansı bir yalançı şəxs tərəfindən göstərilməsi və
batil iddianın sübuta yetirilməsi isə qeyri-mümkündür. Belə
olduqda insanlar haqq yoldan azır və cəmiyyətdəki hərc-mərclik
birə on artmağa başlayır. Bu isə Allah-taalanın müqəddəs zatından
uzaq və münəzzəhdir.
Dostları ilə paylaş: |