«Əgər o, [peyğəmbər] özündən bəzi sözlər uydurub Bizə istinad
etsəydi Biz ondan mütləq şiddətli intiqam alardıq! Sonra onun şah
damarını qoparardıq.» (Əl-haqqə, 69-44/46).
Yəni, «Məhəmmədi» peyğəmbərliyə seçərək bir çox möcüzələri
ixtiyarına qoysaq da o, istədiyi şeyləri Bizim adımızdan bəyan edə
bilməz. Belə bir şey fərz olunduqda, Biz bu itaətsizliyin əvəzini
çıxar və onu şiddətlə cəzalandırarıq (şah damarını qırarıq). Çünki,
din və şəriətin həqiqi qoruyucusu və haqq ilə batili bir-birindən
ayıran da Bizik.
ƏŞƏRİLƏRİN NƏZƏRİYYƏSİ
Diqqət yetirmək lazımdır ki, möcüzəni peyğəmbərliyin sübutu
kimi qəbul edən şəxslər, əqlin yaxşı və pisi ayırd etmək qbiliyyətinə
malik olmasına etiqadlı olmalıdırlar ki, bu mərhələdə də əqlin
hakimliyini qəbul edə bilsinlər.
Əşərilər isə bu həqiqəti qətiyyətlə rədd edir və bəşər əqlini pisi-
yaxşıdan ayıran əsas meyar hesab etmirlər. Bu səbəbdən də
peyğəmbərliyin sübutu məsələsi hələ də onlar üçün qaranlıq olaraq
qalmışdır.
Çünki, möcüzənin peyğəmbərin haqq olmasını sübuta yetirməsi,
insanın möcüzəni dərk etməsi və bunun yalançı iddiaçılar
tərəfindən mümkün olmadığına yəqinlik hasil etməsindən irəli
gəlir. İnsan, hansı işlərin Allaha aid olub-olmamasını ayırd
etmədikdə təbii ki, kimin haqq, kimin nahaq olmasını dərk edə
bilməyəcəkdir.
Əqlin yaxşını-pisdən ayıra bilməməsi nəzəriyyəsi «peyğəmbər
tanıma» (həqiqətlə yalan arasında fərq qoyma) məsələsində böyük
çətinliklər meydana gətirir.
Fəzl ibni Ruzbəhan, Əşərilərin əql haqda irəli sürdükləri
nəzəriyyəyə bir neçə əsaslı irad tutmuşdur. O, verdiyi cavabların
birində deyir: Xoşagəlməz işləri Allah-taala üçün fərz etmək qeyri-
mümkün olmasa da, bunu bilmək lazımdır ki, O, möcüzəni daim
haqq peyğəmbərlərin ixtiyarına qoyur və belə bir mühüm işi heç
vaxt yalançı və fırıldaq adamlara həvalə etməz. Demək
33
peyğəmbərlərin, haqla batilin yalançı şəxslər tərəfindən tanınıb üzə
çıxarılması hətta, Əşərilər üçün də qaranlıq qalmayacaqdır.
Ruzbəhanın verdiyi bu cavaba isə bir neçə nöqsan və irad
tutulmuşdur:
1. Ruzbəhanın burada Allah-taalaya nisbət verdiyi işlər heç bir
hiss orqanı ilə dərk olunmayır. Bunu yalnız əql və şüur yolu ilə
dərk etmək olar və bu yolu isə, Əşərilər öz üzlərinə bağlamışlar.
Çünki, əgər əql yaxşı ilə pisi ayırd etməyə qadir olmasa, onda
Allahın da verdiyi vədlərə əməl etməməsinə, heç də qeyri-adi hal
kimi baxılmayacaqdır.
2. Bütün bunlarla yanaşı Ruzbəhan, keçmiş peyğəmbərlərin
hamılıqla möcüzəyə malik olduqlarına əsaslanaraq, möcüzənin
iftiraçı şəxslər tərəfindən həyata keçə bilməməsini bəyan edir.
Amma bu məsələyə tərəddüdlə yanaşan şəxslər Allahın,
möcüzənin əməli-saleh və sadiq insanlar vasitəsilə həyata
keçirməsinə qətiyyətlə inanmırlar. Nəticədə onlar möcüzəni,
peyğəmbərliyi sübuta yetirən meyar kimi qəbul etmirlər.
3. Ruzbəhan deyir: Əgər əql baxımından hər hansı bir işin
görülməsi və ya tərk olunması eyni səviyyədə olarsa və əql
onlardan hansının yaxşı və ya pis olduğunu dərk etməyə qadir
olmazsa, hər şeyə qadir olan və görəcəyi işlər üçün məsuliyyət
daşımayan (kimsə tərəfindən nəzərdə olmayan) bir varlıq, (Allah)
öz adətini dəyişərək möcüzəni əməli-saleh insanların ixtiyarına
qoyduğu kimi, onu yalançı və fırıldaqçı şəxslərin də ixtiyarına qoya
bilər.
4. Adət, dəfələrlə təkrar olunan işlərin nəticəsində meydana gəlir.
Və təkrar olaraq baş verən işlərin də təbii ki, müəyyən zamana
ehtiyacı vardır. Belə olduğu bir halda, iş və hadisələr adət halını
almazdan əvvəl ilk peyğəmbərin həqqaniyyətini hansı dəlillərlə
sübuta yetirmək olar?
Gələcək fəsillərdə Əşərilər və onların bu barədə irəli sürdükləri
nəzəriyyələr haqda söhbət açacağıq.
|