Cabir bu tərifə layiqdir. Çünki o, bu ayənin təfsirini çox gözəl dərk
etmişdir.
«[Ya Məhəmməd!] Quranı [oxumağı və təbliğ etməyi, yaxud
hökmlərinə əməl etməyi] sənə vacib buyuran Allah, qayıdacağın
yerə [hicrət edərək çıxdığın Məkkəyə] səni yenə də qaytaracaqdır.»
(Qəsəs-85).
25
Əllamə Məclisi bu məzmunda nəql olunmuş hədis və rəvayətləri
toplamış və Biharul-ənvarda ayrıca fəsil ayırmışdır.
Quran bəşəriyyətin dünya və axirət həyatının səadət və
xoşbəxtliyini təmin etdiyi üçün hər zaman ona müraciət etməli və
yetkin nəticəyə oradan gəlməlidir. Bu həqiqəti insanın əql və fitrəti
təsdiqləyir, təəssüb, inadkarlıq hissi olmadıqda isə, ona doğru meyl
edir.
Zəhəri, imam Səccad (ə)-dan nəql etdiyi hədisdə deyir:
«Quranın
hər bir ayəsi sənin üçün tükənməz bir xəzinədir. Qarşında açılan
bütün xəzinə qapılarına diqqət yetirməli və mahiyyətini dərk
etməyə cəhd etməlisən.»
(Üsuli-kafi, 2-ci cild, Quranın fəziləti fəsli).
26
İKİNCİ FƏSİL
QURANIN MÖCÜZƏSİ
13. Möcüzəni tanımaq;
14. Möcüzə, peyğəmbərliyi təsdiq edən amillərdən biridir;
15. Möcüzələr arasında olan oxşarlıq;
16. Quran ilahi möcüzədir;
17. Quran əbədi möcüzədir;
18. Quranın əql və fəlsəfə baxımından möcüzəliyi;
19. Quranın Tövrat və İncil ilə müqayisəsi;
20. Quranın həmahəngliyinin möcüzəsi;
21. Quranın qanunvericilik möcüzəsi;
22. Quranın dəyişilməzliyi və daimi sabitliyi;
Dostları ilə paylaş: |