38
O, iddiaçıların uğursuzluqlarını görüb Qurana oxşar on ayə
gətirmələrini
təklif
etdi.
Bunun
da
öhdəsindən
gələ
bilməyəcəklərini görüb, yalnız bir ayə gətirmələrini istədi.
Bu mübarizə əsrlər boyu davam etmiş və qiyamət gününədək
davam edəcəkdir.
İlk baxışda şer və ədəbiyyatın, fəsahət və bəlağət elmlərinin
dərinliklərinə yol tapan ərəblər üçün Qurana oxşar ikinci bir kitabın
tərtib olunması heç də çətin bir iş deyildi. Onlar belə bir kitab
yazmaqla həm öz adlarını əbədi olaraq tarixə zəbt edər, həm də
ərəb millətini gələcək sarsıntı və çətinliklərdən xilas edə bilərdi.
Amma fəsahətli ərəblər Quran ayələrini tilavət etdikləri ilk
gündən onun ilahi möcüzə olduğunu dərk etdilər. Onlar artıq başa
düşürdülər ki, Quranla mübarizə aparmaq yalnız onların
məğlubiyyəti və rüsvayçılığı ilə nəticələnə bilər. Bu səbəbdən də
Quranın əzəmətinin qarşısında aciz olduqlarını etiraf etdilər.
Beləliklə onlardan bəziləri İslamı qəbul edərək Məhəmməd (s)-a
iman gətirdi, bəziləri isə inadkarlıq edərək mübarizəni qılınc-qalxan
ilə davam etdirməyi hər şeydən üstün tutdular.
Fəsahətli ərəblərin Quranı ilahi möcüzə kimi qəbul etmələri və
onun qarşısında özlərinin aciz olduqlarını etiraf etmələri, Quranın
bir daha ilahi vəhy olduğunu sübuta yetirir.
Dostları ilə paylaş: