MüƏLLİFDƏN


«İctimaiyyət içinə daxil olduqdan sonra ömrünüzün son



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə32/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   28   29   30   31   32   33   34   35   ...   182
EL-BEYAN 1 Cİ CİLD

«İctimaiyyət içinə daxil olduqdan sonra ömrünüzün son 
gününədək şərab için.» 
Qəribədir, görəsən tövratda və incildə şərabın haramlığı haqda 
kifayət qədər dəlil və sübutlar olduğu bir halda, həzrət Məsihi 
şərabxorluqda günahlandırmaq hansı məqsəd daşıyır? 
NƏTİCƏ 
«Əhdeyn»dəki xurafatlarla az da olsa tanış oldunuz. Göründüyü 
kimi peyğəmbərlərə və Allaha yaxılan iftiralar əql və məntiqlə tam 
ziddiyyət təşkil edir. Biz bütün nümunələri siz əziz oxucuların 
ixtiyarına qoyuruq. Diqqətlə mütaliə etdikdən sonra, vicdan və 
ədalətlə yetgin nəticəyə gəlib hökm çıxarın. Deyin görək həzrət 
Məhəmmədin (s) bəşəriyyət üçün əbədi olaraq gətirdiyi hikmətlə 
dolu və heç bir nöqsana yol verilməyən Quran, xurafat əsasında 
yazılan tövrat və incildən götürülə bilərdimi? Digər tərəfdən, bütün 
xurafat, yalan və iftiraları nəzərə alaraq, Əhdeyni həqiqi səmavi 
kitab və ilahi vəhy adlandırmaq olarmı? 


54 
QURANIN UYĞUNLUQ ECAZI 
Quranın bir neçə möcüzəvi xüsusiyyətləri haqda söhbət açdıq və 
bir qədər əvvəl, əql və fəlsəfi ecazına da müxtəsər işarə etdik. 
Haqqında söhbət açmaq istədiyimiz mövzu, Quranın həmahəng və 
uyğunluq ecazıdır. Yəni, Quran ayələrində azacıq da olsun ixtilaf və 
tərtib baxımından nöqsan nəzərə çarpmayır. 
Hər bir normal insan əldə etdiyi həyati təcrübələrdən belə bir 
qənaətə gəlməlidir ki, yalan və iftira əsasında qurulan qanun və 
nizamnamələr çox keçmədən öz etibarını itirib aradan getməlidir. O 
ki qaldı etiqadi və əxlaqi məsələlərə, burada bu məsələ daha 
qabarıq nəzərə çarpır. Yalançı şəxslər nə qədər səy etsələr də, öz 
ifadələrində ziddiyyət və nöqsanlara yol verməlidir. Necə deyərlər, 
«yalançının yaddaşı az olar». 
Amma Qurani-kərim, insanların həyatına daxil olmaqla onların 
ictimai, siyasi, dini və s. məsələlərinə toxunmuş, azacıq da olsun 
nöqsan və çatışmamazlıqlara yol verməmişdir. 
Allah-taala peyğəmbərlik, siyasət, ictimaiyyət, şəhər və ölkələrin 
idarəetmə üsulları, əxlaq və s. qanunlar haqda ətraflı mülahizələr 
aparmışdır. Burada astronomiya, tarix, müharibə və sülh qanun-
qaydalarına ümumi şəkildə olsa da, toxunulur. Mələk və insanlar, 
heyvanlar, yağış, külək, bitkilər aləmi və bu kimi yer və səmavi 
varlıqlar haqda da maraqlı məlumatlar verilir. Bütün bunlarla 
yanaşı, Quranda, qiyamətin qorxunc səhnəsi, insanların məhşərdəki 
sorğu-sualı da öz əksini tapmış və qeyd etdiyimiz kimi, mövzu və 
qanunların heç birində ziddiyyət, nöqsan və çatışmamazlıqlara yol 
verilməmişdir. 
Quran bəzən bir mövzu ətrafında iki dəfə və ya daha artıq söhbət 
açır, amma buna baxmayaraq onların heç birində çatışmamazlıq 
nəzərə çarpmayır. Məsələn, götürək Musa (ə)-ın əhvalatını. Biz 
Quranda bu əhvalatla dəfələrlə qarşılaşsaq da, onların heç birində 
nöqsan və ziddiyyətlərlə qarşılaşmırıq. Növbəti ayə özündən 
əvvəlki ayələri təsdiqləyir və onu daha da təkmilləşdirir. 
Quranın 23 il ərzində müxtəlif hadisə və münasibətlər əsasında 
nazil olduğunu nəzərə aldıqda, onun həqiqətən ilahi vəhy 


55 
olduğunun, insanın elm və qüdrətindən xaric olduğunun bir daha 
şahidi oluruq. Quranın 23 il ərzində nazil olmasını yaranmış 
ictimai, siyasi, dini şərait tələb edirdi. Bu müqəddəs kitab ayə-ayə 
nazil olmasına baxmayaraq, öz həmahəngliyini qoruyub saxlaya 
bilmişdir. Bu da Quranın möcüzəvi xüsusiyyətlərindən biridir. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin