54
QURANIN UYĞUNLUQ ECAZI
Quranın bir neçə möcüzəvi xüsusiyyətləri haqda söhbət açdıq və
bir qədər əvvəl, əql və fəlsəfi ecazına da müxtəsər işarə etdik.
Haqqında söhbət açmaq istədiyimiz mövzu, Quranın həmahəng və
uyğunluq ecazıdır. Yəni, Quran ayələrində azacıq da olsun ixtilaf və
tərtib baxımından nöqsan nəzərə çarpmayır.
Hər bir normal insan əldə etdiyi həyati
təcrübələrdən belə bir
qənaətə gəlməlidir ki, yalan və iftira əsasında qurulan qanun və
nizamnamələr çox keçmədən öz etibarını itirib aradan getməlidir. O
ki qaldı etiqadi və əxlaqi məsələlərə,
burada bu məsələ daha
qabarıq nəzərə çarpır. Yalançı şəxslər nə qədər səy etsələr də, öz
ifadələrində ziddiyyət və nöqsanlara yol verməlidir. Necə deyərlər,
«yalançının yaddaşı az olar».
Amma Qurani-kərim, insanların həyatına daxil olmaqla onların
ictimai, siyasi, dini və s. məsələlərinə toxunmuş, azacıq
da olsun
nöqsan və çatışmamazlıqlara yol verməmişdir.
Allah-taala peyğəmbərlik, siyasət, ictimaiyyət, şəhər və ölkələrin
idarəetmə üsulları, əxlaq və s. qanunlar haqda ətraflı mülahizələr
aparmışdır. Burada astronomiya, tarix, müharibə və sülh qanun-
qaydalarına
ümumi şəkildə olsa da, toxunulur. Mələk və insanlar,
heyvanlar, yağış, külək, bitkilər aləmi və bu kimi yer və səmavi
varlıqlar haqda da maraqlı məlumatlar verilir. Bütün bunlarla
yanaşı, Quranda, qiyamətin qorxunc səhnəsi, insanların məhşərdəki
sorğu-sualı da öz əksini tapmış
və qeyd etdiyimiz kimi, mövzu və
qanunların heç birində ziddiyyət, nöqsan və çatışmamazlıqlara yol
verilməmişdir.
Quran bəzən bir mövzu ətrafında iki dəfə və ya daha artıq söhbət
açır, amma buna baxmayaraq onların heç birində çatışmamazlıq
nəzərə çarpmayır. Məsələn, götürək Musa (ə)-ın əhvalatını. Biz
Quranda bu əhvalatla dəfələrlə qarşılaşsaq da, onların heç birində
nöqsan və ziddiyyətlərlə qarşılaşmırıq.
Növbəti ayə özündən
əvvəlki ayələri təsdiqləyir və onu daha da təkmilləşdirir.
Quranın 23 il ərzində müxtəlif hadisə və münasibətlər əsasında
nazil olduğunu nəzərə aldıqda, onun həqiqətən ilahi vəhy
55
olduğunun, insanın elm və qüdrətindən xaric olduğunun bir daha
şahidi oluruq. Quranın 23 il ərzində nazil olmasını yaranmış
ictimai, siyasi, dini şərait tələb edirdi. Bu müqəddəs kitab ayə-ayə
nazil olmasına
baxmayaraq, öz həmahəngliyini qoruyub saxlaya
bilmişdir. Bu da Quranın möcüzəvi xüsusiyyətlərindən biridir.
Dostları ilə paylaş: