59
məhəbbətlə əvəz etdi. Qarətçi və pərakəndə ərəb qəbilələri təqvalı
vahid müsəlman ümmətinə çevrildi. Belə ki, iqtidarda olduqları
illər ərzində elm, mədəniyyət, insaniyyət və svilizasiyanın ən
yüksək mərhələlərinə nail olaraq, fəth etdikləri ölkələrdə də
bunların yayılmasında böyük nailiyyətlər əldə etdilər. Həmin
dövrdə elm, mədəniyyət və tərəqqi artıq islam bayrağı altında
dalğalanırdı.Görkəmli fransız elm xadimi Durus bu haqda deyir:
«Müsəlmanların peyğəmbəri olan Məhəmməd, özünün səmavi
təlimlərini pərakəndə ərəb qəbilələri arasında asanlıqla yayaraq
onların vəhdət və birliyinə nail oldu. O, öz hakimiyyətini
İspaniyadan Hind yarmadasınadək yayaraq svilizasiya və tərəqqi
bayrağını bu ölkələrdə ucalda bildi. O böyük insan, Avropa
ölkələrindən fərqli olaraq, bir zaman Ərəbistan yarmadasında dərin
islahatlar apara bildi.
Orta əsrlərdə elm və mədəniyyətə yiyələnən yeganə millət var
idisə, o da cəhalət pərdəsini kənara çəkmiş və onu elm və
mədəniyyətlə əvəz etmiş ərəb milləti idi.»
(Sifvətul ürfan. Məhəmməd
Fərid Vəcdi-119).
Demək, ərəblər qazandıqları bütün zəfər və nailiyyətləri,
müqəddəs islam dinini qəbul etmək və səmavi bir kitab kimi
Qurana iman gətirmələri ilə əldə etmişlər. O, Quran ki, bütün
qanun nizamnamələri məntiq və əql əsasında qoyulmuşdur. Quran
özünəməxsus bəyanetmə üslubu ilə digər səmavi kitablardan fərqli
və müqayisəolunmaz dərəcədə üstündür. Bu halda biz bunu,
Quranın başqa bir möcüzəvi xüsusiyyətlərindən biri kimi qəbul edə
bilərik.
Dostları ilə paylaş: