MüƏLLİFDƏN


[peyğəmbərliyə] çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə31/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   27   28   29   30   31   32   33   34   ...   182
EL-BEYAN 1 Cİ CİLD

[peyğəmbərliyə] çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən 
olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da 
hidayətə 
qovuşdurduq. 
Biz 
yaxşı 
işlər 
görənləri 
belə 
mükafatlandırırıq. 
Zəkəriyyanı, İsanı, İlyası da hidayətə çatdırdıq. Onlar hamısı 
əməli-salehlərdən idi. Biz həmçinin İsmaili, Əl-Yəsəi, Yunusu və 
Lutu da hidayətə qovuşdurduq və onları [özləri ilə bir dövrdə 
yaşayan bütün] insanlardan üstün etdik.» ( Ənam 84-86). 
«Biz Davud və Süleymana elm [insanlar arasında mübahisələri 
həll edib, ədalətli hökm çıxartmaq, quşların dilini bilmək və s.] 
verdik. Onlar dedilər «Bizi öz mömin bəndələrinin çoxundan üstün 
tutan Allaha həmd olsun».» (Nəml-15). 


47 
«[Ya Peyğəmbər!] İsmaili, [İlyasın əmisi oğlu] Əl-Yəsəi və Zül 
Kifli də xatırla! Onların hamısı seçilmiş, ən yaxşı kimsələrdir.» 
(Sad-48). 
«Bunlar Adəmin və Nuhla gəmiyə mindirdiyimiz adamların 
nəslindən, İbrahimin, İsamilin [Yəqubun] nəslindən seçilib haqq 
yola 
yönəltdiyimiz 
və 
Allahın 
nemət 
bəxş 
etdiyi 
peyğəmbərlərdəndir. Onlar Rəhmanın [Allahın] ayələri özlərinə 
oxunduğu zaman ağlayaraq səcdəyə qapanardılar.» (Məryəm-58). 
QURANIN TÖVRAT VƏ İNCİLLƏ MÜQAYİSƏSİ 
Quranın təkallahlıq, ilahi sifətlər, Peyğəmbər (s)-ın əzəmət və 
şəxsiyyəti haqda irəli sürdüyü mülahizələri nəzərdən keçirdiniz. 
İndi isə Tövrat və İncilin bu haqda verdiyi məlumatları nəzərdən 
keçirməyinizi və sonra onu Quranla müqayisə etməyinizi tövsiyə 
edirik. 
Mətləbi daha da aydınlaşdırmaq üçün Əhdeyndə nəql olunmuş 
bir neçə rəvayəti siz əziz oxuculara təqdim edirik. 
1. Tövratda Adəmlə Həvvanın Cənnətdən çıxarılmaları haqda 
deyilir: 
«Allah-taala Adəmə Cənnətin bütün meyvələrindən yeməyə 
icazə vermişdi. Ona qadağan olan yalnız agahlıq, yəni xeyirlə-şəri 
tanıma ağacı idi. Allah, Adəmə vəhy edərək buyurdu: Ey Adəm! Bil 
ki, bu ağacın meyvəsindən yediyin gün öləcəksən. Sonra Adəmdən 
Həvvanı yaratdı və onlar hər ikisi lüt-üryan idilər. Çünki, yaxşı ilə 
pisin nə olduğunu dərk etməyirdilər. Onlar Cənnətdə şad və 
xürrəm yaşadıqları zaman, bir ilan onlara yaxınlaşıb qadağan 
olunmuş ağaca tərəf apardı və onları bu ağacın meyvəsindən 
yeməyə sövq etdi. Onları bu işə razı salmaq üçün dedi: Əgər bu 
ağacın meyvəsindən yeyərsinizsə, əbədi həyata qovuşacaqsınız. 
Allah sizi bu ağacın meyvəsindən yeməyi qadağan etməklə nəyin 
pis, nəyin də yaxşı olduğunu dərk etməməyinizi istəmişdir. 
Adəmlə Həvva ilanın söylədiklərinə inanıb qadağan olunmuş 
ağacın meyvəsindən yedilər və həmən an üryan olduqlarını hiss 
etdilər. Utanaraq övrətlərini örtdülər. Elə bu zaman Allah Cənnətdə 
gəzişirdi. Adəmlə Həvva Onu görüb özlərini gizlətmək istədilər. 


48 
Allah Adəmi səsləyərək harada olduğunu soruşdu. Adəm çarəsiz 
qalıb cavab verdi. Sənin səsini eşidib gizləndim. Çünki bir anda 
özümü üryan hiss etdim. Allah dedi: Üryan olduğunu necə başa 
düşdün? Yoxsa, sənə qadağan etdiyim meyvədənmi yemisən? Hər 
şey Allaha bəlli oldu. Artıq Adəm də bizim kimi oldu. O, da 
bundan belə yaxşı ilə pisi, gözəl ilə çirkinin nə olduğunu biləcəkdir. 
Belə getsə həyat ağacının meyvəsindən yeyəcək və bizim kimi əbədi 
yaşayacaqdır. Bu səbəbdən də Allah, Adəmi Cənnətdən qovub 
onunla həyat ağacı arasında böyük fasilə [məsafə] qoydu.» 
(Yaradılış 
səfəri. 2-3-cü fəsillər.) 
Yenə də Tövratda deyilir: «Şeytan, deyilən həmin ilandır. O 
Şeytan ki, bütün dünyanı zəlalətə və uçruma sövq edir.» 
(12-ci fəsil, 9-
cu bölüm). 
Bir anlıq diqqət yetirin, görün səmavi adlanan kitablarda elm və 
qüdrəti hər şeyi əhatə edən Allaha nə kimi yalan və iftiralar 
qoşulur. Acizlik, qorxu, yalançılıq və s. Belə ki, Allah agahlıq 
ağacını yalan olaraq Adəmə ölüm ağacı kimi tanıtdırmışdır. Sonra 
isə onun həyat ağacının meyvəsindən yeyərək əbədi yaşamasından 
qorxaraq, dünyaya hökmranlıq etməkdə onunla şərik olmasın deyə, 
Adəmi Cənnətdən qovur. Daha sonra Allahın cism olaraq cənnətdə 
gəzişməsinə işarə olunur. Ən başlıca isə, Allahın Adəm və 
Həvvanın tutduqları işdən xəbərsiz olduğuna, yəni məxluqatın 
gördükləri işlərdən agah olmadığına toxunulur. Bir halda ki, Zatı 
bütün eyb və nöqsanlardan münəzzəh olan bir varlığa, bu kimi sifət 
və xüsusiyyətləri aid etmək qeyri-mümkündür. 
2. Tövrat İbrahim (ə) ilə Nəmrudun əhvalatında deyir: «İbrahim 
zövcəsi Saranı Nəmrudun hüzurunda bacısı kimi qələmə verdi və 
Sara olduqca gözəl olduğu üçün Nəmrud onu əldən vermək 
istəmədi. Onu özünə arvad edib İbrahimə xeyli maddi yardım etdi. 
Artıq İbrahimin ixtiyarında xeyli mal-qara və saysız-hesabsız 
xəzinələr var idi. Nəmrud, Saranı İbrahimin bacısı yox, zövcəsi 
olduğunu başa düşdükdə İbrahimə dedi: Nə üçün həqiqəti gizlədib, 
Saranı əlindən almağıma razı oldun? Sonra Nəmrud, Saranı 
İbrahimə qaytardı.» 
(Tövrat, Yaradıcılıq səfəri, 12-ci fəsil).


49 
Buradan belə məlum olur ki, fitnə-fəsada və əxlaqsızlığa yol 
verən, İbrahim (ə)-ın özü olmuşdur. Çünki, o, Saranı zövcəsi 
olduğunu danmaqla Nəmrudun onu ələ keçirməsinə əlverişli imkan 
yaratmışdır. Adi insanlar bu işə yol vermədikləri bir halda, Allahın 
əziz peyğəmbəri belə bir pozğunluğa yol verə bilərdimi?! 
Əstəğfirüllah! Allaha pənah aparırıq bu kimi yalan və iftiralardan! 
3. Tövrat Lut (ə) və qızlarının əhvalatı haqda deyir: «Günlərin bir 
günündə Lutun böyük qızı bacısına deyir: Artıq atamız qocalıb 
əldən düşüb və yer üzündə bizimlə yaxınlıq edəcək kimsə 
qalmayıb, gəl atamızı məst edib onunla yaxınlıq edək. Beləliklə 
atamızın nəslini qoruyub saxlamış olarıq. Həmən günün gecəsi 
Lutu içirdirlər, böyük qızı onunla yaxınlıq edir. İkinci gün yenə də 
bu iş təkrar olur və bu dəfə kiçik qızı onunla yaxınlıq edir. Beləliklə 
hər iki bacı atasından hamilə olur. Onların hər birinin bir oğlu olur. 
Böyük bacının oğlu «Mu abin» sülaləsinin banisi «Mu ab», kiçik 
bacının oğlu isə «Bəni-əmum» sülaləsinin banisi «Bin-əma» adı ilə 
şöhrət tapır.»
(Tövrat, Yaradıcılıq səfəri, 19-ci fəsil).
Bu da Tövratda həzrət Lut və onun qızları haqda uydurulmuş 
növbəti təhqiramiz əfsanə. 
4. Tövratda deyilir: 
«İshaq özündən sonra peyğəmbərliyi oğlu İsuya vermək 
istəyirdi. Lakin Yəqub adlı başqa bir oğlu atasının korluğundan 
istifadə edib qardaşının paltarını geyinir və özünü İsu kimi 
tanıtdırır. İshaq təmtəraqlı məclis qurub oğlunun peyğəmbərliyə 
təyin olunduğunu qeyd edir və özü də məclisə qoyulan şərablardan 
bir qədər içir. Sonra oğlu üçün dua edib deyir: Sən bundan sonra 
qardaşlarının ağası və sərvərisən. Anan və övladlarım qarşında 
kiçilməli və ehtiram etməlidirlər. Allah lənət etsin, sənə lənət 
oxuyanlara! Allah yar olsun, səni sevib yar olanlara! 
İsu məclisə daxil olub, qardaşının peyğəmbərliyi ondan qəsb 
etdiyini başa düşür. Atasının yanına gəlib deyir: Atacan mənə də 
xeyir-dua et! İshaq deyir: Mən onu sənin və qardaşlarının üzərində 
rəhbər təyin etdim. Buğda və şərabla ona sərvət və qüdrət verdim. 
Oğul belə olduğu bir halda mən sənə nə edə bilərəm? İsu atasından 


50 
rədd cavabını eşidib uca səslə nalə etdi.» 
(Tövrat, Yaradıcılıq səfəri, 27-ci 
fəsil).
Qəribədir, peyğəmbərliyi başqa birisindən qəsb etmək olarmı? 
Həqiqətən Allah peyğəmbərlik məqamını hiylə və yalan işlətməklə 
birinin üzərindən götürüb başqa birisinin öhdəsinə qoya bilərmi? 
Görəsən doğrudan da Yəqub, hiylə ilə atası İshaqı aldatdığı kimi, 
Allahı da aldada bilmiş və O, da bu məqamı həqiqi sahibinə qaytara 
bilməmişdirmi? 
Bəlkə də bu əfsanəni uyduran şəxslərin özlərini şərab məst etmiş 
və belə bir çirkin iş tutmağa vadar etmişdir. 
Tövratda deyilir: 
«Yəhda, oğlu Əirin zövcəsi Samar ilə zina edir və ondan Faris və 
Zari adda iki oğlu olur.» 
(Tövrat - Yaradıcılıq səfəri, 38-ci fəsil).
Başqa bir tərəfdən isə Məttanın İncilində Yəsu Məsihin 
şəcərənaməsi geniş şəkildə verilir və orada həzrət Məsih, Süleyman 
və onun atası Davudun öz oğlunun arvadı ilə qeyri-qanuni cinsi 
əlaqədən dünyaya gələn Faresdən olmaları bildirilir.
Əstəğfirullah! Əgər peyğəmbərlər zinadan, özü də məhrəmlə 
edilən zinadan dünyaya gəlmiş olsalar, daha hansı müqəddəslikdən 
danışmaq olar?! 
Amma nədənsə Tövratı təlif və sonralar təhrif edən şəxslər Allah 
peyğəmbərlərinə iftira yaxmağı özlərinə adi peşə seçmişlər. 
6. Tövratda deyilir: 
«Davud, qabaqcıl sərkərdəsi Uryaya adlı imanlı bir şəxsin 
zövcəsi ilə zina edir. Uryayın zövcəsi bu yaxınlıqdan sonra hamilə 
olur. Davud rüsvay olacağından qorxub müxtəlif tədbirlərə əl atır. 
Bir gün o, Uryaya əmr edir ki, evə gedib öz zövcəsi ilə yaxınlıq 
etsin. Amma Uryay bundan imtina edərək deyir: Heç rəvadırmı ki, 
ağam Yuab və onun havadarları səhrada aclıqdan-susuzluqdan 
əziyyət çəksin, mən də gedim öz zövcəmlə yaxınlıq edim?! Yox! Heç 
vaxt! And olsun əziz canına, mən bu işə heç vaxt razı olmaram. 
Davud bunun da bir nəticə vermədiyini gördükdə, Uryayı 
yanında saxlayıb yedirdib içirir. Onu məst etdikdən sonra Yuaba 
belə bir məktub yazır. Uryayı ağır döyüşə göndər. Onu düşmənlə 
qarşı-qarşıya qoyun. Döyüşüb həlak olsun. 


51 
Yuab da Davudun göstərişinə əməl edir. Uryay döyüşdə həlak 
olduqdan sonra, Davuda bu haqda xəbər verir. Davud Uryayın 
zövcəsini öz evinə aparır və əzadarlıq günləri başa çatdıqdan sonra 
onunla rəsmi ailə qurur.» 
(Şemuel – kitab 2, 11-12-ci fəsillər).
Məttanın İncilində də deyilir ki, «Süleyman peyğəmbər və 
Davud (ə)-ın oğlu həmən qadından dünyaya gəlmişlər.» 
Azacıq da olsa, qeyrət hissi olan bir şəxsə bu işi aid etmək 
mümkün olmadığı bir halda, ismət və şəxsiyyətilə hamıdan 
fərqlənən Allah peyğəmbərlərinə belə bir çirkin və nalayiq işi aid 
etmək olarmı? 
Şəxsi rəylər əsasında yazılmış incillərdə başqa bir nöqsan nəzərə 
çarpır. O da həm Süleyman (ə)-ın, həm də həzrət Məsihin Davud 
(ə)-ın oğlu olmasıdır. Necə ki, Lukanın İncilində deyilir: «Məsih, 
atası Davudun taxtında oturardı...» Maraqlıdır, görəsən Davud (ə)-
ın oğlu, həzrət Məsih olumuşdur, ya Süleyman? Yoxsa, onlar iki 
doğma qardaş olmuşlar!? 
7. Tövratda deyilir: 
«Süleyman peyğəmbərin yeddi yüz azad, üç yüz də kəniz qadını 
var idi. Qadınlar onu bütlərə ibadət etməyə sövq edirdilər. 
Süleyman onların hiyləsinə uyub Sədunilərin pərəstiş etdikləri 
Əşturət və Əmunilərin pərəstiş etdikləri Məlkum bütünə ibadət 
etməyə başladı. Allah-taala onun bu xoşagəlməz işindən qəzəblənib 
deyir: İxtiyarında olan bu padşahlıq və səltənəti səndən geri alıb 
kölələrindən birinə verəcəyəm.» 
(Padşahlar - birinci kitab, 11-ci fəsil).
Yenə Tövratda deyilir: 
«Süleyman peyğəmbər Səydanilər pərəstiş etdikləri Əşturət, 
Muabilərin pərəstiş etdikləri Kəmuş və Əmunilərin pərəstiş 
etdikləri Məlkum bütləri üçün böyük və gözəl bütxanalar 
düzəltdirmişdir. Yuşanın padşahı bütxanaları nəcislə murdarlayıb 
bütləri sındırır.» 
(Padşahlar - ikinci kitab, 23-cü fəsil).
Müəllif: Əqli yolla peyğəmbərlərin məsum və günahsız olduqları 
sübuta yetsə də, bir anlıq onların məsum olmadıqlarını fərz edək. 
Bəs, bəşəriyyəti təkallahlığa dəvət edən ilahi peyğəmbərin bütlər 
üçün ibadətgah tikməsini necə, qəbul etmək olarmı? Bu haqda 


52 
yetgin nəticəyə gəlməyi əql və düşüncə sahiblərinin öz üzərinə 
qoyuruq!! 
8. Huşənin kitabında deyilir: «Allahın Huşəyə etdiyi ilk xitab bu 
olmuşdur: 
Get özün üçün zinakar qadın və zinazadə övladlar seç. Çünki, 
yaşadığın dünya zinakar Allah tərəfindən yaradılmışdır. Huşə, 
Bəyimin qızı Göhər ilə zina etdi və ondan iki oğlu və bir qızı oldu.» 
Yenə də həmən kitabda deyilir: «Allah Bəni-israili sevdiyi kimi, 
sən də ərli və zinakar qadını sev.» 
Öz insafınızla qəzavət edin, Allah bəşəriyyətə nümunə olaraq 
göndərmiş olduğu bir şəxsi zinakarlığa vadar edə bilərmi? 
Yazıçının təklif etdiyi mətləbin qəbahətini dərk etməməsinə 
təəccüb etməmək olar. Lakin insanda təəccüb doğuran ziyalı 
təbəqələrin tövrata səmavi kitab olaraq iman gətirmələri və bir çox 
hallarda mötəbər mənbə kimi ona istinad etmələridir!! 
Bəli! Təqlid dəyişilməz bir adətdir. İnsanın kor-koranə təqliddən 
yaxa qurtarması və özünü bütün asılılıq və tabeçilikdən azad etməsi 
olduqca çətin məsələdir. 
9. İncildə deyilir: 
«Günlərin bir günündə Məsih camaata nəsihətamiz xütbə 
oxuyurdu. Anası və qardaşları isə onu eşikdə gözləyirdilər. Orada 
olanlardan biri həzrət Məsihə müraciət edərək deyir: Anan və 
qardaşların səni eşikdə gözləyirlər. Onların sənə sözləri vardır. 
Məsih dedi: Anam kimdir, qardaşım kimdir? Sonra əli ilə 
şagirdlərinə işarə edərək dedi: Bunlar mənim anam və 
qardaşlarımdır. Mənim həqiqi anam və qardaşlarım o kəslərdir ki, 
göylərdə deyilənlərə qulaq asmış və ona iman gətirmiş olsunlar.» 
(Huşənin kitabı, 3-cü fəsil). 
Əziz oxucular! Bir anlıq sözlərdəki səxavətə diqqət yetirin, görün 
şagirdlərini hamıdan üstün tutan Məsih, doğma anasını özündən 
uzaqlaşdıraraq onun müqəddəsliyinə xələl gətirəcək ifadələr işlədir. 
Bir halda ki, o özü başqa bir yerdə şagirdləri haqda bu sözləri 
demişdir. «Onlar hələ də iman gətirməmişlər.» 
(Markos 4-cü fəsil).
«Onların qəlblərində xaş-xaş dənəsi qədər də iman yoxdur.» 
(Mətta 17-ci fəsil).


53 
Mətta, kitabının 26-cı fəslində həzrət Məsih (ə)-ın şagirdləri 
haqda bu sözləri deyir: «Yəhudilər Məsihə həmlə edəcəkləri gün 
şagirdlərindən onu qorumalarını istəmişdi. Amma onlardan heç biri 
Məsih (ə)-ın dediklərinə qulaq asmayır. Məsih (ə), yəhudilərin əlinə 
düşdüyü zaman onu tərk edən ilk şəxslər məhz şagirdləri oldu.» 
Bu, Məsih (ə)-ın şagirdləri haqda İncildə nəql olunmuş 
nümunələrdən biri idi. 
10. Yuhənnanın İncilində deyilir: 
«Günlərin bir günündə Məsih toy məclisində iştirak edir. Orada 
şərab qurtardıqda möcüzə yolu ilə altı kuzə şərab düzəldir.» 
Mətta, Məsih (ə)-ın şərab içməsi haqda yazır: «Məsih bəzən şərab 
içməkdə həddi aşardı.» 
Əstəğfirullah! Allaha pənah aparırıq müqəddəs peyğəmbərlərə 
vurulan böhtan və iftiralardan. O ki, qaldı şərabın haramlığına, istər 
tövratda, istərsə də incildə şərabın haram olması haqda kifayət 
qədər ayə və fəsillər vardır. 
Belə ki, tövratda Allah-taala Haruna etdiyi xitabələrin birində 
buyurur: 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin