MüƏLLİFDƏN


).  QURANDA ÜMUMİ NƏZARƏT QANUNLARI



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə40/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   36   37   38   39   40   41   42   43   ...   182
EL-BEYAN 1 Cİ CİLD

195). 
QURANDA ÜMUMİ NƏZARƏT QANUNLARI 
Quran yaxşı işlərə dəvət, pis işlərdən çəkindirməyi müəyyən 
şəxslərə deyil, «ümumi nəzarət qanunu» adı altında hamıya eyni 
səviyyədə vacib etmişdir. 
Ümumi şəkildə şamil olan belə bir qanun, ümumbəşəri bir inanc 
olan müqəddəs islam dininə əbədilik ruhu vermişdir. 
İslam, cəmiyyətin bütün üzvlərini və hər bir ailə üzvlərini bir-
birlərinin üzərində nəzarətçi və haqq-ədalətə sövq edən hidayətçi 
təyin etmişdir. Başqa sözlə desək, hər bir müsəlman yaşadığı 
cəmiyyətdə bir növ hüquq-mühafizə işçisi rolunu oynayır. O, 
cəmiyyətdə yaranmış fitnə-fəsadın, pozğunluğun qarşısını almalı və 
ictimai ədalətin bərqərar olunması üçün əlindən gələni 
əsirgəməməlidir. 
Diqqətli olun, cəmiyyətin maddi-mənəvi maraqlarını qoruya 
biləcək bundan böyük, qüdrətli və təsiredici ordu yaratmaq 
olarmı?! 
Yaşadığımız əsrdə ölkə və şəhərlərə nəzarət etmək üçün xüsusi 
təyinatlı polis və ordu hissələrindən istifadə olunur. Amma 
bununla belə, ictimai problemlərin, qanun pozğunluqlarının qarşısı 
tamamilə alınmır. Çünki, hər bir nəzarətçi orqan nə qədər güclü və 
təchiz olunmuş olsa da, daim cəmiyyətin arasında olmaq imkanına 
nail ola bilmir. Daha dəqiq desək, bu iş onlar üçün qeyri-
mümkündür. 


65 
Amma islam «yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmək» 
proqramını tərtib etməklə, ümumdünya müsəlmanlarından 
əzəmətli könüllü ordu yaratmışdır. Belə bir ordu, kimsə tərəfindən 
maliyələşdirilmədən hər zaman, hər yerdə üzərinə düşən 
məsuliyyəti lazımınca yerinə yetirir və ictimai sabitliyin bərqərar 
olunması üçün tam zəmanət verir. 
QURANDA BƏRABƏRLİK QANUNU VƏ ÜSTÜNLÜK 
MEYARI 
Quranın hər şeydən daha çox əhəmiyyət verdiyi məsələ, 
bərabərlik prinsipləridir. Belə bir prinsipin həyata keçməsilə sinfi, 
irqi ixtilaflar aradan qaldırılmış, birinin digərindən güc, var-dövlət 
və s. baxımdan üstün tutma tərz-təfəkkürünə bir dəfəlik son 
qoyulmuşdur. Üstünlük meyarı isə, Quran nöqteyi-nəzərindən elm 
və təqva qəbul olunmuşdur. Bu haqda Quran ayələrində deyilir: 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin