5. QURANDA TANINMAYAN QİTƏLƏR Quranın on dörd əsr bundan əvvəl açdığı sirlərdən biri də, yer
üzündə mövcud olan digər qitələrdir. Qaf surəsinin 17-ci ayəsində
bu haqda deyilir:
«İki məşriqin və iki məğribin Rəbbi [günəş və ayın yazda və qışda çıxıb batdığı yerlərin sahibi] Odur.» İki məşriq və iki məğrib deyildikdə nəyin nəzərdə tutulduğu, bir
çox müfəssirlərin nəzərini özünə cəlb etmişdir. Onlardan bəziləri
ayəni təfsir edərkən iki məşriq və məğribdən, bir məşriq və
məğribin ay, ikinci məşriq və məğribin günəş olduğunu izah
etmişlər. Başqa bir qismi isə məşriq və məğrib deyildikdə, yay və
qış nəzərdə tutulduğunu bildirmişlər.
Lakin bu məzmunda nazil olmuş digər ayələr yer üzündə
mövcud olan, hələ o zaman kəşf olunmamış qitələrə dəlalət edir.
Məsələn, Zuxruf surəsinin 38-ci ayəsində deyilir:
«Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasında məsafə qədər uzaqlıq olaydı.» Ayədən belə məlum olur ki, insanlar üçün ən uzaq məsafə şərqlə
qərb arasında olan məsafədir. Demək, iki məşriq və məğrib
deyildikdə, bunu ay və günəş və ya yayla qış kimi mənalandırmaq
olmaz. Çünki, onların arasında olan məsafə bir o qədər də uzaq
deyildir. Demək, məşriq və məğrib deyildikdə, şərq və qərb
tərəfindən əhatə edən qitələri nəzərdə tutmalıyıq. Belə ki, şərq
hesab etdiyimiz qitədə yaşayan əhali yer kürrəsinin ikinci yarısında
yaşadıqları üçün, bizim yaşadığımız qitəni artıq şərq deyil, qərb
hesab etməliyik. Göründüyü kimi Quran, on dörd əsr əvvəl qitələr,
dəniz səyyahları tərəfindən kəşf edilməzdən əvvəl bizə bu haqda
xəbər verir.
«Şərq də qərb də Allahındır» ayəsini misal olaraq deyə bilərik ki,
məşriq və məğrib kəlmələri tək halda işlənilən ayələrdən məqsəd,
şərq və qərb istiqamətlərini bəyan etməkdir. Təsniyə (ikilik)
«məşriqəyn» «məğribəyn» və cəm halında (məşriq, məğrib)
işlənilən ayələrdən isə, üfüq baxımından bir-birləri ilə fərqli olan
74
yer üzündəki bütün şəhərlərin şərq və qərb nahiyələrini nəzərdə
tutmalıyıq. Gələcək fəsillərdə bu mətləbə yenidən qayıdacağıq.