MüƏLLİFDƏN


«Hər şeydən [bütün meyvələrdən] müəyyən ölçüdə [lazım olan



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə46/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   42   43   44   45   46   47   48   49   ...   182
EL-BEYAN 1 Cİ CİLD

«Hər şeydən [bütün meyvələrdən] müəyyən ölçüdə [lazım olan 
qədər] yetişdirdik.» (Hicr-19). 
Ayədə bitkilər aləminin müəyyən ölçüdə yaradıldığına işarə 
olunmuşdur. 
Son zamanlar botanika alimlərinə məlum olmuşdur ki, təbiətdə 
mövcud olan bitkilərin hər biri özünəməxsus tərkibə malikdir. Belə 
ki, tərkib hissəsinin bir qismi başqa bir qismindən çoxluq və ya azlıq 
təşkil edərsə, onların xarici görünüşündə nəzərə çarpacaq fərq və 


71 
dəyişikliklər əmələ gəlir. Bitkilər aləminə hakim olan belə bir sabit 
qanun, əsrlər boyu dəyişmədən qalmış və qalmaqdadır. Və 
göründüyü kimi, yaradılış aləmində böyük əhəmiyyət kəsb etdiyi 
üçün Qurani-kərimdə dəfələrlə bu mətləbə işarə olunmuşdur. 
QURANDA CÜTLƏŞMƏ QANUNU 
Quran haqqında söhbət açan əsrarəngiz mövzulardan biri də, 
bitkilər aləminin külək vasitəsilə cütləşməsi və ya daha dəqiq desək, 
tozlanma prosesidir. 
Bu təbii prosesin nəticəsində ağaclar (bitkilər) tozlanır və yeni-
yeni bitkilərin göyərməsinə səbəb olur. Hicr surəsinin 22-ci 
ayəsində bu haqda deyilir: 
«Biz [buludla] yüksəlmiş [bitkilərə, ağaclara həyat verən, onları 
tozlandıran] külək göndərdik.» 
Keçmişdə müfəssirlər ayədəki «təlqih» kəlməsinin lüğəvi 
(yükləmək) mənasından istifadə edərək, ayəni belə təfsir etmişlər: 
«Buludları yükləyib hərəkətə gətirmək üçün küləyi göndərdik və ya 
yağışı buludların qatlarında yüklədik (yerləşdirdik) və onu küləklə 
hərəkətə gətirdik.» 
Lakin bu nəzəriyyə, ayənin mənası ilə bir o qədər də uyğun 
gəlmir. Çünki, əvvəla nəzərdə tutulan mövzu bir o qədər də 
əhəmiyyət kəsb etmir və Quranın şənindən olduqca aşağıdır. 
Sonra isə onlar buna diqqət yetirməli idilər ki, külək buludları 
yalnız hərəkətə gətirir və onların qatlarına heç bir şey yükləmir. 
Demək, ayə bəzi keçmiş müfəssirlərin dərk edə bilmədiyi və 
olduqca əhəmiyyətli elmi bir məsələyə dəvət edir. O da bundan 
ibarətdir ki, bitkilər aləmi də nəsil artımı üçün heyvanlar kimi 
cütləşmə prosesini keçməlidirlər. Və bu proses bitkilər aləmində 
əksər hallarda külək vasitəsilə həyata keçdiyi üçün tozlanma 
adlanır. Məsələn nar, portaxal, sənubər, ərik, pambıq və s. bitkilərin 
cütləşməsi yalnız tozlanma yolu ilə həyata keçir. Tumurcuqların 
içindəki kisəciklər yetişdikdən sonra açılır və küləklə ətrafa yayılan 
erkək toz dənələri onlara daxil olur və beləliklə tozlanma prosesi 
başa çatır. 


72 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin