6. QURANDA YERİN DAİRƏLİYİ Qurani-kərimdə bu haqda deyilir:
«Zəif, fəqir görünən o tayfanı [İsrail oğullarını] yer üzünün daimi xeyir-bərəkət verdiyimiz şərq və qərb tərəflərinə [Şam diyarına] varis etdik.» (Əraf-137). «O, göylərin, yerin və onların arasında olanların [bütün məxluqatın] Rəbbidir. Məşriqlərin [şərqin və qərbin] Rəbbi Odur.» (Saffat-5). «Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən qadirik.» (Məaric-40). Ayə günəşin müxtəlif yerlərdən qürub edib doğmasına dəlalət
etməklə yanaşı, yerin dairəvi olmasına da işarə edir.
Çünki, əgər yer dairəvi olarsa, günəş onun başqa bir hissəsindən
qürub etməlidir və belə olduqda şərq və qərbin müəyyən olunması
bir o qədər də zəhmət tələb etməyəcək. Yox əgər yerin dairəvi
olmadığını fərz edəriksə, şərq və qərbin dərk olunması bizim üçün
qeyri-mümkün olacaqdır. Lakin Qurtəbi və digər müfəssirlər
məşriq və məğribləri günəşin illik hərəkəti və il ərzində günlərin
dəyişilməsi ilə təfsir etmişdir. Bu isə ayənin zahiri mənası ilə
tamamilə ziddiyyət təşkil edir. Çünki, günəşin il ərzində müəyyən
şərq və qərbi olmur və belə olduqda o, heç bir əhəmiyyət də kəsb
etmir. Belə bir nəticəyə gəlirik ki, ayədə şərq və qərb deyildikdə,
yerin hərəkəti nəticəsində yaranmış cəhətlər nəzərdə tutulur.
YERİN DAİRƏVİLİYİNƏ DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR Şərq və qərb ayələrinin yerin dairəvi olduğuna dəlalət etdiyi
artıq bizə məlum oldu. İndi isə bu haqda nəql olunmuş hədis və
rəvayətləri nəzərdən keçirək.
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir:
«Günlərin bir günündə bir nəfər şəxslə səfərə çıxdım. O, hər gün məğrib namazını qaş qaraldıqdan, sübh namazını isə günəş qürub etməzdən əvvəl