MüƏLLİFDƏN


«İmam Sadiqin (ə) səhabələrindən biri ondan soruşur: Allah öz



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə57/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   53   54   55   56   57   58   59   60   ...   182
EL-BEYAN 1 Cİ CİLD

«İmam Sadiqin (ə) səhabələrindən biri ondan soruşur: Allah öz 
bəndələrini xoşagəlməz işlərə vadar edirmi? 
Buyurdu: Xeyr. 
Dedi: O, bütün işləri öz bəndələrinin öhdəsinə buraxıbdırmı? 
Buyurdu: Xeyr. 
Dedi: Elə isə, Allahla insanlar arasında olan bu bağlılığı mənə 
izah edin. 
İmam (ə) buyurdu: Allah-taala öz lütf və mərhəmətini öz 
bəndələrinin üzərindən bir an olsun belə, kəsmir və insanlar 
gördükləri işlərdə cəbr ilə təfviz arasında olan mərhələni qət 
edirlər.» 
(Üsuli-kafi. Tövhid, Cəbr və təfviz, əmrun bəynə əmreyn fəsli). 
İmam Sadiqdən (ə) nəql olunmuş başqa bir rəvayətdə deyilir: 
«Bu nə cəbrdir nə də təfviz, (ixtiyar) sadəcə olaraq onların arasında 
olan bir mərhələdir.» 
(Həmin mənbə). 
Yuxarıda qeyd olunan mətləblərdən belə bir nəticəyə gəlirik ki, 
Quran ayələri zahirdə cəbr və ixtiyara dəlalət etsə də, əslində heç 
bir ziddiyyət olmadan eyni məna və eyni məqsəd daşıyırlar. Bu 
ayələr (cəbr və ixtiyara dəlalət edən ayələr) bir-birini tamamlayır və 
təfsir edir. Belə ki, ayələrə istinad etməklə belə bir qənaətə gəlirik ki, 
insanın gördüyü işlər həm onun özündən, həm də Allahın istək və 
iradəsindən asılı olur. Bu növ əqidə tərzi Əhli-beytdən (ə) nəql 


89 
olunmuş hədislərdə dəfələrlə rast gəldiyimiz «əmrun beynə 
əmreyn» yoludur. 
QURANIN ECAZINDA ZİDDİYYƏT 
5-ci irad: 
Onlar deyirlər: Əgər insanların Quran kimi ikinci bir kitab təlif 
edə bilmədiklərini möcüzə hesab edəriksə, onda Eqleydsinin və 
Maçestinin kitablarını da möcüzə adlandırmalıyıq. Yəni, təkcə 
müəyyən bir kitabın oxşarının yazılmaması möcüzə hesab edilərsə, 
onda dünyada nə çox kitablar vardır ki, onların da bənzəri yoxdur. 
Cavab: 
Əvvəla, adları çəkilən bu iki kitabın oxşarının yazılması heç də 
çətin bir iş deyildir və kimsə bu kitabların bənzərinin 
hazırlanmasının qeyri-mümkünlüyünü ehtimal belə verməyib. 
Tarixə nəzər saldıqda da bu kitabların qarşısında kimsənin aciz 
qalmadığının şahidi oluruq. Çünki, son dövrün alimləri bu 
kitablardan dəfələrlə elmi və mükəmməl kitablar yazıb-yaratmışlar. 
Buraya əlavə mətləblər daxil edilmiş və nəzərə çarpan fəsillərdə 
müəyyən dəyişikliklər aparılmışdır. Bunu da qeyd edək ki, bir 
qədər əvvəl möcüzə haqda söhbət açdıqda möcüzənin şərtlərindən 
bir neçəsinə işarə etdik. Onlardan biri bu idi ki, möcüzə 
peyğəmbərlik iddiası edən şəxsin doğruluğunu sübuta yetirməli və 
onun iddiası ilə müvafiq olmalıdır. Və möcüzənin digər 
şərtlərindən biri də onun təbii qanunlardan xaric olmasıdır. Bu 
kitablarda isə bu xüsusiyyətlərin heç birini müşahidə etmirik. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin