MüƏLLİFDƏN


QURANIN ECAZI HAMI TƏRƏFİNDƏN DƏRK OLUNASI



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə53/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   49   50   51   52   53   54   55   56   ...   182
EL-BEYAN 1 Cİ CİLD

QURANIN ECAZI HAMI TƏRƏFİNDƏN DƏRK OLUNASI 
DEYİLDİR 
2-ci səhv: 
Onlar deyirlər ki, insanlar Quran kimi ikinci bir kitab gətirə 
bilməsələr də biz, heç bir fəsahətli kəlamı möcüzə adlandıra 
bilmərik. Çünki, fəsahət və bəlağət elmlərinə yiyələnmək hamıya 
deyil, yalnız bu sahədə istedad və bacarığı olan şəxslərə müyəssər 
olur. Bir halda ki, möcüzə göstərən şəxsləri təsdiq etmək, daha 
dəqiq desək, onlara iman gətirmək üçün, möcüzəni hamı dərk edib 
başa düşməlidir. 
Cavab: 
İrəli sürülən bu iddia da birinci iddia kimi olduqca zəif və 
əsassızdır. Çünki, onların təsəvvür etdikləri kimi möcüzəni tanımaq 
üçün lazım olan şərtlərdən biri də, heç də onun hamı tərəfindən 
dərk olunması deyildir. Əgər biz belə bir şərti qəbul edəriksə, onda 
peyğəmbərlər tərəfindən göstərilən möcüzələri möcüzə hesab 
etməməliyik. Çünki, möcüzələrdən hər biri bir və ya bir neçə 
baxımdan hamı üçün dərk olunası olmamışdır. 
Möcüzəni yalnız ona oxşar elmlərə yiyələnən şəxslər dərk etmiş 
və sonralar başqalarına da onlar tərəfindən mütəvatir və ardıcıllıqla 
nəql və sübut olunmuşdur. Quran isə, bir qədər əvvəl dediyimiz 
kimi, 
ilahi 
peyğəmbərlərin 
möcüzələrindən 
fərqli 
olaraq, 
özünəməxsus xüsusiyyətlərə malikdir. Belə ki, peyğəmbərlər 


81 
ehtiyac duyularkən xüsusi şəraitlərdə möcüzələr göstərmiş və 
zaman keçdikcə ya unudulmuş, ya da öz təsirini itirmişdir. Nə 
vaxta qədər ki, müsəlman ümməti və ərəb dilinin incəliklərinə 
yiyələnən şəxslər var, Quran əbədi möcüzə olaraq yaşayacaqdır. 
QURANLA MÜBARİZƏ APARMAQ MÜMKÜNDÜRMÜ? 
3-cü səhv: 
Onlar deyirlər ki, ərəb dilinə yiyələnən hər bir şəxs, Quranda 
istifadə olunan və ya onlara oxşar ifadələrdən istifadə etməklə 
Qurana oxşar ikinci bir kitabı asanlıqla tərtib edə bilər. 
Cavab: 
Bu mövzu ətrafında bəhs etməyə belə dəyməz. Çünki, bir şəxsin 
Quranda istifadə olunan ifadələrdən istifadə etməsi heç də o demək 
deyildir ki, o, Quran kimi ikinci bir kitabı tərtib etməyə qadir və 
bacarıqlıdır. 
İxtiyarında tikintiyə lazım olan bütün avadanlıqlar qoyulan Hər 
bir şəxs uca və gözəl saraylar tikə bilərmi? Əgər onların irəli 
sürdükləri bu iddia doğrudan da mümkün olsaydı, onda bütün 
ərəb dilli xalqlar ixtiyarlarında olan söz ehtiyatından istifadə edərək 
fəsahətli və bəlağətli xütbələr oxuyar və dinləyiciləri heyran 
qoyardılar. 
Sanki onlar da «Nizam» və onun ardıcılları kimi «Sərfə» 
nəzəriyyəsini irəli sürməklə irad tutmaq istəmişlər. Nizamçılar belə 
bir əqidəyə əsaslanırlar ki, Quran kimi ikinci bir kitab yazmaq 
qeyri-mümkündür və bunun səbəbi yazıçının acizliyində deyil, 
Allah-taalanın bu yolda çalışanları hədəflərinə çatmaqda nakam 
qoymasıdır. Amma bütün bunlar Quranın möcüzə olmasına əsla 
dəlalət etmir. Lakin onların irəli sürdükləri bu nəzəriyyəni iki əsaslı 
səbəbə görə qəbul etmək qeyri-mümkündür. 
1. Əgər «Sərfə» dedikdə, Allah-taalanın bütün insanlara Quran 
kimi ikinci bir kitab yazmaq bacarığı verə bildiyi halda, bunu heç 
kimə verməməsi nəzərdə tutulsa, tamamilə düz bir fikirdir. Lakin 
belə 
olduqda 
«Sərfə» 
nəzəriyyəsi 
təkcə 
Qurana 
deyil, 
peyğəmbərlərin bütün möcüzələrinə şamil olardı. 


82 
Yox əgər «Sərfə» nəzəriyyəsindən məqsəd, bəşəriyyətin Quran 
kimi ikinci bir kitab tərtib etməyə qadir olması, lakin Allah-taalanın 
bu işdə onlara maneçilik törətməsi olsa, belə bir fərziyyənin batil 
olduğu asanlıqla hamıya bəlli olar. Çünki, bir çoxları Quranla 
mübarizə meydanına çıxmış və bu yolda heç kim onların qarşısını 
maneə ilə almamışdır. Onlar bütün səy və cəhdlərindən istifadə 
etmiş, lakin son mərhələdə Quranın fəsahət və bəlağətinin 
qarşısında aciz olduqlarını etiraf etmişlər. 
2. Əgər Quranın ecazı «Sərfə» ilə bağlı olsaydı, yəni Allah-taala 
Quranı nazil etdikdən sonra insanları onunla mübarizə etməkdən 
məhrum etsəydi, onda heç olmasa Quran nazil olmazdan əvvəl 
yaşamış söz ustalarının əsərlərində Quranda istifadə olunan 
ifadələrlə qarşılaşardıq. Əgər belə bir şey olsaydı, Quran müxalifləri 
öz mübarizə üsullarında bundan səmərəli istifadə edər və onu öz 
davamçılarına irs qoyardılar. Belə bir ifadələrdən istifadə 
olunmadığı üçün məlum olur ki, Quranın ecazı yalnız onun özünə 
aiddir və onunla mübarizə aparmaq sadəcə olaraq bəşəriyyət üçün 
qeyri-mümkün bir işdir. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin