95
fəsahət və bəlağət elmlərinə dair olan məlumat səviyyəsinin hansı
dərəcədə olduğunu çatdırmaq istəmişdir.
Cavab:
Bir qədər sonra müəllifin Quranla mübarizə
tədbirində istifadə
etdiyi ifadələrə və onun zəif nöqtələrinə işarə edəcəyik. Biz
«Nəfəhətul ecaz» adlı kitabda bu haqda ətraflı söhbət açmışıq.
FATİHƏ SURƏSİ İLƏ MÜBARİZƏ
Bu xəyalpərəst insan elə güman edir ki, ağlına gəldiyi bu qısa
ifadələr Fatihə surəsindən qısa olmaqla yanaşı,
onun əhatə etdiyi
bütün mətləblərə də şamil olur:
«Şükr olsun bağışlayan Rəhmana [O Allah ki] varlıqların sahibi
və pərvərdigarıdır, [O Allah ki] mükafat verəndir. İbadət sənin
üçün, kömək də səndəndir. Bizi iman yoluna hidayət et!»
Dərin mənalı Quran ayələrini, heç bir məna kəsb etməyən qısa
ifadələrdən ayıra bilməyən yazıçıya təəccüb edirik?!
Yaxşı olardı ki, yazıçı hər şeydən əvvəl öz yazılarını ərəb
ədəbiyyatı ilə tanışlığı olan məsihi
alimlərinə təqdim edəydi və
özünü bu dərəcədə rüsvay etməyəydi.
O, bilməli idi ki, mübarizə məqsədilə hər hansı bir mətnə qarşı
istifadə etdiyi ifadələr məna və heca baxımından bir-birindən fərqli
və ziddiyyətli olmamalıdır.
Mübarizə dedikdə, heç də belə təsəvvür etmək lazım
deyil ki,
müxalif mövqe tutmuş şəxs mətndə istifadə olunmuş ifadələrin
yerini dəyişib onu bir qədər fərqli ifadələrlə bəyan etmiş olsun.
Əgər mübarizə bu qədər asan olsaydı, Peyğəmbərlə (s)
mübarizə
aparan Məkkə müşrikləri belə bir əlverişli üsuldan istifadə edər və
asanlıqla öz məqsədlərinə nail olardılar. Lakin onlar ədəbi mübarizə
üsulunun nə olduğunu çox gözəl dərk edir və bu səbəbdən də
Quranla mübarizə aparmağa cəsarət etmirdilər.
Onlardan bəziləri həqiqəti yəni, Quranın ilahi möcüzə olduğunu
dərk edib iman gətirdi. Qəlbləri daşdan da möhkəm olan inadkar və
cahil kəslər isə Quranı sehr və cadu adlandıraraq dedilər:
Dostları ilə paylaş: