MüƏLLİFDƏN


«Maliki yəvmiddin» – haqq-hesab gününün [qiyamət] gününün



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə63/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   59   60   61   62   63   64   65   66   ...   182
EL-BEYAN 1 Cİ CİLD

«Maliki yəvmiddin» – haqq-hesab gününün [qiyamət] gününün 
sahibinə» 
ayəsini 
« Əlməlikud-dəyyani – [O Allah ki] mükafat 
verəndir» 
ifadəsilə əvəz etməklə biz ayədən tam başqa bir məna 
əldə edir və nəzərdə tutulan hikmətli ifadələrdən uzaq düşmüş 
oluruq. Çünki, ayə Allahın qiyamət gününün sahibliyinə, müəllifin 


97 
uydurduğu ifadə isə Allahın [möminlərə] mükafat verəcəyinə 
dəlildir. Göründüyü kimi burada qiyamət gününə və orada 
insanların gördükləri işlərin müqabilində mükafat və ya cəzaya 
layiq görüləcəyinə dəlalət edən heç bir məna nəzərə çarpmır. 
Məlum olduğu kimi, qiyamət günü aləmə yalnız Allahın özü hakim 
olacaq və hamı Onun əmrinə itaət edəcəkdir. Kimi cənnətə, kimisi 
də cəhənnəmə daxil ediləcəkdir. Bu səbəbdən də Allah-taala bu 
ayədə «Malik» adlandırılmışdır. Lakin yuxarıda qeyd olunan 
ifadələrdə biz bu məna ilə də qarşılaşırıq. 
Bəli, «Əlməlikud-dəyyan» «Maliki yəvmiddin» ayəsinin verdiyi 
mənaların heç birini daşımır. Bu ifadələrdən yalnız bu nəticəyə 
gəlmək olar ki, Allah öz bəndələrini xeyirxah işlərinə görə 
mükafatlandırır və beləliklə onları səadət və kamala sövq etmiş 
olur. Bu isə ayənin batini mənaları ilə olduqca fərqli və hətta 
ziddiyyətlidir. 
4. 
«Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək 
diləyirik.» 
Yazıçı belə güman etmişdir ki, ibadət və kömək diləmək yalnız 
çarəsizlik üzündən edilməlidir. Bu səbəbdən də ayə həqiqəti bəyan 
etməklə yanaşı, iman sahiblərinə təlqin etmək istəyir ki, ibadi 
məsələlərindəki tövhid prinsiplərini və Allaha olan ehtiyac 
hisslərini hətta ibadətdə belə aşkar etsinlər. Burada ən başlıca 
məqsəd, möminlərin bu həqiqəti etiraf etmələridir ki, Allahdan 
başqa heç bir varlığa pərəstiş etməyib, yalnız Ondan kömək 
diləsinlər. 
Biz bunları üzdəniraq yazıçının uydurduğu «Ləkəl ibadətu və 
bikəl mustəan» – ibadət Sənin üçün və kömək də səndəndir 
ifadəsindən əldə edə bilərikmi? 
5. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin