96
Görəsən özünü bu dərəcədə rüsvay edən yazıçının bəlağət
elmindən heç bir məlumatı olmamışdırmı?
1. Axı necə demək olar ki,
«Şükr olsun bağışlayana (Rəhmana)»
kəlməsi, «
Şükr Allaha»
kəlməsi ilə məna və məfhum baxımından
eynidir.
Bir halda ki, «Allah» kəlməsi Allah-taalanın bütün
sifətlərinə şamil olan müqəddəs Zatın adı, «Rəhman» isə yalnız
onun sifətlərindən biridir.
Demək, «
Əlhəmdulillah – həmd olsun Allaha»
kəlməsindəki
şükürdən məqsəd, Allah adının bütün sifətlərə şamil olması,
«Şükr
Rəhmana – Əlhəmdu lirrəhman»
kəlməsində
edilən şükürdən
məqsəd isə, yalnız Allahın Rəhman sifətinə edilən şükürdür və
göründüyü kimi, burada artıq Allahın
digər sifətləri nəzərdə
tutulmur.
2.
«Aləmlərin Rəbbinə [bu dünyada hamıya] rəhimli, axirətdə isə
ancaq möminlərə mərhəmətli olana»
ayəsini
«Varlıqların
pərvərdigarı»
kimi naqis və münasib olmayan qısa bir ifadəylə
bəyan edir. Bu qısa ifadə isə hər iki
ayənin məna və məfhumunu
bütünlüklə aradan aparır. Çünki, hər iki ayə aləmlərin çoxluğuna,
Allahın hakimiyyət və rəhmətinin onların hamısına şamil olduğuna
dəlalət edir. Onun hakimiyyəti əzəli və əbədidir.
Bütün bunları
«varlıqların pərvərdigarı»
kimi qısa və mənasız bir
ifadədən əldə etmək olarmı?
Bir
halda ki, «kovn», lüğətdə baş vermək, qayıtmaq mənalarını
verir. Malik və başçı mənasını verən «Rəbb»
kəlməsini məsdər
halında işlənilən « Əkvan» kəlməsinə birləşdirmək isə qrammatik
qanunlarla əsla uyğun gəlmir.
Cümlə quruluşuna gəldikdə isə,
«xaliq» ifadəsindən istifadə edərək «xaliqul əkvan» – yəni
«varlıqların xaliqi» deyə bilərik. «Əkvan» kəlməsinə gəldikdə isə,
onu nə aləmlər mənasında
istifadə edə bilərik, nə də Allahın
varlıqlara şamil olan daimi rəhmətinə.
3.
Dostları ilə paylaş: