MüƏLLİFDƏN


 Quranın tərtib olunması ilə onun ecazı arasında olan



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə52/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   48   49   50   51   52   53   54   55   ...   182
EL-BEYAN 1 Cİ CİLD

8. Quranın tərtib olunması ilə onun ecazı arasında olan 
mütənasiblik; 
9. Quranın bəyan üsulu ilə şair və yazıçıların üsulları arasındakı 
fərqlər; 
10. Quranla mübarizə. 


79 
QURANDA ƏDƏBİ SƏHVLƏR 
Quran öz müxaliflərini daim mübarizə meydanına çağırmış və 
onlardan iddialarını sübuta yetirmək üçün öz ayələrinə bənzər heç 
olmasa kiçik bir nümunə gətirmələrini tələb etmişdir. Lakin, onlar 
həmişə olduğu kimi, buna qadir olmadıqlarını görüb bu işin 
qarşısında aciz olduqlarını etiraf etmişlər. 
Rüsvayedici 
məğlubiyyətə 
uğrayan 
müxaliflər 
yeni-yeni 
mübarizə yollarına əl atır və bu ağır məğlubiyyət ilə heç cür razılaşa 
bilmirdilər. Onların növbəti iradı, guya Quranda ədəbi səhvlərin 
mövcud olması idi. 
Təəssübkeş və inadkar insanların Qurana tutduqları və heç bir 
məntiqə əsaslanmayan ədəbi səhvlər haqqında: 
1-ci səhv; 
Onlar deyirlər ki, Quranda istifadə olunan bəzi cümlələr ərəb 
dilinin leksika, orfoqrafiya, fəsahət və bəlağət elmləri ilə tamamilə 
ziddiyyət təşkil edir. Onların irəli sürdükləri belə bir əsassız iddianı 
biz iki yolla batil edə bilərik. 
1. Quran, fəsahət və bəlağət incəliklərinin sirlərinə yiyələnmiş 
şair və ədiblərin yaşadıqları zaman və məkanda [Məkkədə] nazil 
olmuşdur. Əgər belə bir şeyə yol verilsəydi, dövrün söz ustaları 
tərəfindən diqqətlə araşdırılar və ən əlverişli mübarizə üsullarından 
birinə çevrilərdi. Beləliklə onlar qarşılaşdıqları maneəni birdəfəlik 
dəf edə bilərdilər. Digər tərəfdən isə, biz bunu tarixi kitablarda və 
ya heç olmasa müxaliflər tərəfindən nəql olunmuş «rəvayətlərdə» 
görərdik. Lakin istər dost, istərsə də düşmənlər arasında belə bir 
cərəyanın baş verdiyini müşahidə etmirik. 
2. Quran nazil olarkən hələ ərəb dilinin qarammatikası bir elm 
kimi formalaşmamışdı və o dövrün məşhur ədib və şairləri 
tərəfindən qarammatik təhlillər aparılmırdı. Bu sahədə yalnız 
Quran nazil olub qurtardıqdan sonra araşdırma və təhqiqatlar 
aparmağa ehtiyac duyuldu. Beləliklə, ərəb dilinin qarammatik 
qanunları tərtib olundu və burada Quran ən başlıca meyar 
götürüldü. 


80 
Demək, Quranla tətbiq olunmayan qarammatik qanunlar 
nöqsanlı və etibarsız hesab olunur. 
Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, Quranda istifadə 
olunan «ziddiyyətli ifadələri» yalnız o zaman fərz etmək olardı ki, 
o, bütün Quran qariləri tərəfindən təsdiq olunmuş olsun. Yox əgər 
ixtilaf onlardan birinin qiraətində müşahidə olunarsa, bunu 
ümumilikdə deyil, yalnız onun özünün batil qiraətə yiyələndiyini 
deyə bilərik. Və kimlərinsə yanlış qiraəti Quranın böyüklüyünə heç 
bir xələl gətirə bilməz. Çünki bütün mötəbər qiraətlərə, 
Peyğəmbərdən (s) nəql olunmuş mütəvatir hədislərdə işarə 
olunmuşdur. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin