67
zamanda siyasət, ictimai əlaqələr, iqtisadiyyat, evlənmə və s.
məsələlərə də toxunaraq bəşəriyyətə ədalətli üsul və qanunlar təklif
edir.
Bütün bunlar bəşəriyyətin ixtiyarına qoyulmuş ən kamil, nöqsan
və çatışmamazlıqlara yol verilməyən ilahi qanunlar silsiləsidir.
Demək, insanlar belə bir qanunlar
silsiləsini tərtib etməkdə,
sadəcə olaraq acizdir. Xüsusilə yarımvəhşi və cahil bir cəmiyyətdə
bunun həyata keçməsi qeyri-mümkündür.
Bir anlığa nəzəri elmlər haqda yazılmış əsərlərə nəzər salaq. Bu
sahədə bir çox alimlər minlərlə məqalə və əsərlər yazıb-yaratmışlar.
Amma çox keçmədən onların hər birində nəzərə çarpacaq dərəcədə
nöqsan və çatışmamazlıqlar müşahidə olunmuşdur. Çünki, nəzəri
elmlər ətrafında nə qədər araşdırmalar aparılarsa,
bir o qədər
çatışmamazlıq və boşluqlarla qarşılaşmaq olar. Həqiqət, bəhs və
araşdırmaların səmərəsidir.
İstər keçmiş nəsillərdən gəlib çatmış həll olunmayan elmi əsərlər,
istərsə də keçmişdə yazılmış fəlsəfi kitablar, sonrakı
nəsillər
tərəfindən oxunub nəql edilmişdir. Belə ki, bir çox hallarda, keçmiş
alimlərə müxtəlif dəlillər yolu ilə sabit olmuş böyük əhəmiyyət kəsb
edən məsələlər, sonralar daha ətraflı araşdırılmışdır. Amma yüz
illərin
keçməsinə baxmayaraq, Quran ayələri ətrafında yüzlərlə
təhqiqatlar aparılmış lakin, ilahi qanunlara kiçicik də olsa nöqsan və
iradlar tutulmamışdır. Əgər bu barədə nə isə yazılmışsa da, çox
keçmədən tutarlı dəlillərlə batil olunmuşdur. Bu barədə gələcək
fəsillərdə ətraflı səhbət açacağıq.
Dostları ilə paylaş: