35
və beləliklə də, başda cadugarlar olmaqla, yəhudilərin böyük bir
hissəsi Musa (ə)-a iman gətirir. Çünki, onlar sehr və cadunun nə
olduğunu bilir və Musa (ə)-ın möcüzəsini isə ilahi qeyb tərəfindən
olduğunu da yaxşıca dərk edirdilər.
İsa (ə)-ın zamanında da biz həmən həqiqətin bir daha şahidi
oluruq. Yunan tibbi yunanların
müstəmləkəsi olan Suriya və
Fələstin ərazilərində özünün son inkişaf mərhələsinə çatdığı bir
vaxtda Allah-taala, İsa (ə)-ı məhz burada peyğəmbərliyə seçir,
möcüzə yolu ilə ağır xəstələri və ölüləri diriltməyi onun ixtiyarına
qoyur. Musa (ə)-ın dövründə olduğu kimi, Yunan təbibləri də İsa
(ə)-ın möcüzəsinin qarşısında diz çöküb onun göstərdiyi
möcüzələrin ilahi qeybdən qaynaqlandığını dərk edir və ona iman
gətirirlər.
Bir anlığa qayıdaq Ərəbistan yarmadasının cahiliyyət dövrünə.
Onların ictimai həyat tərzini nəzərdən keçirdikdə baxıb görürük ki,
cahil ərəblərin məharətlə yiyələndikləri və fəxr edəcəkləri yeganə
şey vardırsa, o da onların şer sənətində əldə etdikləri fəsahət və
bəlağətdir. Müxtəlif qəbilələrin söz ustadları
şəhərin mərkəzində
şer məclisləri qurur və orada özlərinin ən gözəl şerlərini
oxuyurdular. Burada oxunan şerlər adətən özünütərif və ya
başqalarını tənqid-təhqir xarakterini daşıyırdı. Şairlərin sayı artıqda
onlar mərkəzi bazarlarda toplanır və öz istedadlarını fəxrlə nümayiş
etdirirdilər. Şairlər arasında münsiflər heyəti seçilir və ilin ən gözəl
şeri elə oradaca elan olunurdu.
Şairlər çoxaldıqca oxunan qəsidələrin sayı da çoxalır və onlardan
ən yaxşısını seçmək daha da çətinləşirdi. Belə ki, münsiflər heyəti
yeddi ən gözəl qəsidəni seçib onları Kəbənin divarlarından asmaq
qərarına gəlir. Şerlər qızıl su ilə yazılır və camaat arasında «qızıl
şerlər» və ya «muəlliqati səbə» [yeddi asılmış şer] adlanırdı.
Münsiflər heyətinə Nabicə Zibyani rəhbərlik edirdi. O, həcc ziyarəti
zamanı Məkkənin Ukkaz bazarına gələr və yeni yazılmış şerləri
oxuyardı. Ehtiram əlaməti olaraq Zibyani üçün qırmızı çadır
qururlar və şairlər növbə ilə onun görüşünə gəlib yeni qəsidələrini
ona təqdim edirdilər. O, da şerləri diqqətlə dinləyir və ən gözəl şer
36
ustalarına fəxri mükafatlar təqdim edirdi.
(Şuəraul Nəsraniyyə, 2/640.
Beyrut çapı
).
Şer və ədəbiyyatın inkişaf etdiyi belə bir dövrdə həzrət
Məhəmməd (s) Allah tərəfindən peyğəmbərliyə seçilir və qiyamətə
qədər qüvvədə olacaq müqəddəs Quranı ona vəhy edir.
Şöhrəti
bütün Ərəbistan yarmadısana yayılmış şer ustaları Quran ayələrini
oxuyaraq onun fəsahətinə məftun olurdular. Nəhayət onlar da
Quranın bəşər yaradıcılığı olmadığını və Allah tərəfindən həzrət
Məhəmmədə (s) vəhy olaraq nazil edildiyini dərk etdilər.
İbni Sukəytdən nəql olunmuş hədisdə bu həqiqət bir daha
açıqlanır. Hədisdə deyilir:
«İmam Rza (ə)-ın yanına gəlib ondan soruşdum ki, nə üçün
Allah-taala möcüzə olaraq Musa (ə)-a əsa və parlaq əli, İsa (ə)-a
tibbi, Məhəmməd (s)-a isə ecazkar kəlamları bəxş etmişdir?
İmam Rza (ə) buyurdu: Allah-taala Musa (ə)-ı peyğəmbərliyə
təyin etdiyi zaman sehr və cadugarlıq geniş yayılaraq hamı
tərəfindən rəğbətlə qarşılanırdı. Musa (ə)
da məhz bu üslubdan
istifadə edərək Allahın izni ilə kimsənin bacarmadığı möcüzə
göstərir və bu yolla həm öz peyğəmbərliyini sübuta yetirir, həm də
cadugarların sehrlərini bütünlüklə batil edirdi.
İsa (ə)-ın zamanında isə bir çox ağır xəstəliklər yarandığından bu
sahədə mütəxəssislərə böyük ehtiyac hissi duyulurdu. Belə bir
şəraitdə Yunanıstanda və onun müstəmləkələrində görkəmli
təbiblər meydana gəldi, tibb elmi get-gedə əsil gəlir mənbəyinə
çevrilməyə və bir çoxları tərəfindən sui-istifadə edilməyə başladı.
Tibb elmi öz inkişaf mərhələsini keçdiyi belə bir şəraitdə, İsa (ə)-a
bu elmə oxşar möcüzə verilir. O, ağır xəstələri, anadangəlmə kor və
karları sağaldır, hətta bəzi hallarda Allahın izni ilə ölüləri də
dirildirdi.
Beləliklə, həm onun peyğəmbərliyi, həm də Allahın
insanlar üzərindəki höccəti tamamlanmış olurdu.
Həzrət Məhəmməd (s)-ın dövründə isə, şer və ədəbiyyat özünün
son inkişaf mərhələsinə çatmışdı. Belə bir şəraitdə Məhəmməd (s)
peyğəmbərliyə təyin olunaraq, vəhy yolu ilə Quran ayələrini şer,
qəsidə və yüksək sənətkarlıqla söylənilmiş söz vurğunu olan cahil
ərəblərə tilavət etməyə başlayır. Beləliklə, həm onun peyğəmbərliyi
37
sübuta yetirilir, həm də Allahın insanlar üzərindəki höccəti
tamamlanmış olur.
(Üsuli-kafi, 1-ci cild. Əql və cəhalət fəsli, 20-ci hədis).
Diqqət yetirmək lazımdır ki, Peyğəmbər (s)-ın Qurandan başqa
«şəqqul qəmər», kərtənkələni danışdırması, daşların onun
qarşısında Allahı zikr etməsi və s. möcüzələri olmuşdur. Amma
Quran bir neçə səbəbə görə bütün
bu möcüzələrdən daha çox
əhəmiyyət kəsb edir.
1. Yaradılış və bir çox elmlərin sirlərindən agah olmayan ərəblər
bu kimi möcüzələrə şəkk və tərəddüdlə yanaşa bilsəydilər də, şer
sənətindən kifayət qədər məlumatları olduqları üçün Quranın
fəsahətini heç cür inkar edə bilmirdilər. Çünki, onların özləri bu
elmlərə yiyələnmiş və bir çox dəyərli əsərlər yarada bilmişdilər.
Amma necə olursa-olsun özlərini Quranın qarşısında tamamilə aciz
hesab edirdilər.
2. Peyğəmbər (s)-ın göstərdiyi bəzi möcüzələr müəyyən zaman,
məkan və şərait çərçivəsində idi və məhz bu səbəbdən də onlar
müvəqqəti olmalı, zaman keçdikcə bir tarixi hadisəyə çevrilməli və
ağızdan-ağıza nəql olunmalıydı. Quran isə əbədi möcüzə olaraq
Məhəmməd (s)-a nazil olmuş və qiyamətə qədər qüvvədə
qalacaqdır.
Biz növbəti fəsillərdə bəzi şəxslər tərəfindən tərəddüd ilə
yanaşılan, Peyğəmbər (s)-ın digər möcüzələrinə işarə edəcəyik.
Dostları ilə paylaş: