76
həzrət də vəfat etdikdən sonra
şiələrin əksəriyyəti o
həzrətin oğlu imam Musa Kazim (ə)-ı yeddinci imam kimi
qəbul etdilər. Az bir dəstə isə altıncı imamın sağlığında
onun vəfat edən oğlu İsmaili imam hesab etdilər. Bunlar
da əksəriyyət təşkil edən şiələrdən ayrılaraq ismailiyyə
adı ilə məşhurlaşdılar. Bəziləri də o həzrətin Əbdullah
adlı oğluna, digərləri isə onun Məhəmməd adlı başqa bir
oğlunun imamətinə inandılar; digər bir qrup isə imamətin
o həzrətdə sona çatdığını güman edərək onu axırıncı
imam hesab etdilər.
İmam Musa Kazim (ə)-ın
şəhadətindən sonra şiələrin
əksəriyyəti imam Riza (ə)-ı səkkizinci imam hesab etdilər;
qeyd olunduğu kimi, bəziləri də imamətin yeddinci
imamda başa çatdığına əqidə bəsləyərək, vaqifiyyə adı ilə
məşhurlaş-dılar.
Artıq səkkizinci imamdan on ikinci imama qədər
nəzərə çarpacaq
parçalanma baş vermədi; baş versə də,
bir neçə gündən sonra öz-özünə məhv olub aradan getdi.
Misal üçün, onuncu imamın oğlu Cəfər, öz qardaşı Həsən
Əskərinin vəfatından sonra imamət iddiası etdi; bir neçə
nəfər ona inandı, lakin bir neçə gündən sonra onlar da
onun ətrafından dağıldılar və Cəfər də öz iddiasından əl
çəkdi. Qeyd etmək lazımdır ki,
görkəmli şiə şəxsiyyətləri
arasında kəlami və fiqhi məsələlər barəsində yaranan
ixtilafları da məzhəbi parçalanma hesab etmək olmaz.
Şiəlikdən ayrılan və əksəriyyət qarşısında dayanan bu
firqələr az bir müddət ərzində aradan getdilər; bunlardan
yalnız zeydiyyə və ismailiyyə firqələri qaldı. Hal-hazırda
da onlardan bir dəstəsi Yəməndə,
Hindistanda, Livanda
və başqa yerlərdə yaşayırlar. Buna görə də əksəriyyət
77
təşkil edən on iki imamçı şiələrlə yanaşı, bu iki firqəni də
araşdıracağıq.
Dostları ilə paylaş: