Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
327
məsafədən “danışa” bilirlər. Məsələn, təbil səsi ilə qonşuya
məlumat vermək mümkün olduğu kimi, ətraf kəndlərlə də
əlaqə yaradılır. Elə bu cəhətinə görə də onu
“təbil-telefon”
adlandırırlar. Təbilin səsi 10 kilometr məsafəyə qədər ça-
tır. Səyyahların qeydlərinə görə, həmin məsafəni bir günə
ancaq qət etmək olur. Çünki o yerlər qalın meşələrlə örtül-
müş sıldırım qayalar və uçurumlardan ibarətdir.
“Təbil-telefon” çox müxtəlifdir. Bunlar forma və istifa-
də məqsədinə görə bir-birindən fərqlənir. Zahiri cəhətinə,
həcminə görə təbil iki cürdür: a)
kiçik təbil; b) nəhəng təbil.
Təbillər istifadə məqsədinə görə də iki formada olur:
a)
müharibə təbili; b) danışıq təbili.
Ən çox istifadə olunan “danışıq” təbilidir. Bu təbil fil
gönündən çəkilir. Həcmi çox nəhəngdir, ona görə də xüsu-
si ayaqlar üzərində qoyulur.
Təbili hər adam çala bilmir. Bu məqsədlə xüsusi təlim
keçilir, təbil çalanlar hazırlanır. Bu təbil çalanlar müəyyən-
ləşdirilmiş bütün işarə və siqnalları mənimsədikdən sonra
fikri lazımınca ifadə edə bilirlər.
Təbilin səsi adi, alçaq və yüksək tonda olur. Bu ton-
lar müəyyən məna ilə bağlıdır. Belə ki, uca səs vasitəsilə
adamlar toya dəvət olunur, yaxud düşmənin yaxınlaşması
haqqında xəbər verilir və s.
Bəzi xalqlarda bu vasitə geniş yayılmaqla bərabər, həm
də çox təkmilləşmişdir. Onlarda “xüsusi danışıq” “ümumi
danışıq”dan asanlıqla fərqlənir. Buna görə də kənd sakinləri
təbilin səsini eşidən kimi onun bir şəxsə, yaxud hamıya aid
olduğunu bilirlər. Bununla bərabər, deyilənə görə, iki şəxs
bir-biri ilə danışanda öz xüsusi siqnallarından istifadə edir.
Alimlərin tədqiqatları göstərir ki, təbil “danışığının”
özünə aid üsulu vardır. Bu üsulun tələbinə görə, fikir bir-
dən-birə ifadə olunmur. Bunun üçün əvvəlcə xüsusi ritmlə
diqqəti
cəlb edən çağırış siqnalı verilir. Məsələn:
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
328
Alçaq tonla:
“Eşidin, eşidin, eşidin...
Sonra yüksək tonla:
– Eşidin, eşidin, eşidin!
– Eşidin, sizə etibarlı dostunuz, sizin təbil çalanınız xəbər
verir... Sizin etibarlı təbilçalan şəhərdə yanğın görür...”
1
Göründüyü kimi, təbil səsi alçaqdan başlayıb, nəzər-
ləri cəlb etdikdən sonra əsas fikri ifadə edir.
Afrikada təbil “dili” vasitəsilə
hər cür məlumat və
xəbəri xalqa çatdırmaq olur. Məsələn, həyəcan siqnalı və
məişət xəbərləri verilir, müxtəlif məqsədlərlə xalqa müra-
ciət edilir, son xəbərlər ifadə olunur, sakinlər alver etməyə
çağırılır və s.
Təbil ünsiyyətindəki işarələrin mənası
qabaqcadan
səsli dilə istinadan müəyyən edilir. Demək, bu ünsiyyətin
varlığı səsli dillə möhkəm bağlıdır. Buna görə də təbil ün-
siyyəti səsli dil olmadan yarana və inkişaf edə bilməz.
Dostları ilə paylaş: