Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


IX FƏSİL ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə128/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   124   125   126   127   128   129   130   131   ...   175
1 Multikulturalizmə giriş 2019

IX FƏSİL
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN 
QORUNMASI VƏ MULTİKULTURALİZM 
SİYASƏTİNİN ÖLÇÜLMƏSİ. 
MİQRANT İNTEQRASİYA SİYASƏTİ İNDEKSİ 
(MİPEX)
Birinci fəslin əvvəlində qeyd olunduğu kimi, multikulturalizm siyasəti 
cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə 
dövlətin apardığı konkret siyasəti xarakterizə edir. Bu siyasətin əsasında isə 
cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur. 
Bu baxımdan bu və ya digər dövlətin multikulturalizm siyasəti sahəsindəki 
uğurlu fəaliyyətinin əsas göstəricisi cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin 
qorunmasıdır. Bəs etnik-mədəni müxtəlifliyin qorunmasının, ümumiyyətlə
multikulturalizm siyasətinin səmərəliliyi özünü hansı göstəricilərdə, 
indikatorlarda büruzə verir? Multikulturalizm siyasətinin səmərəliliyini necə 
ölçmək olar? Məsələn, məlum olduğu kimi, dünya ölkələrinin iqtisadi inkişaf 
səviyyəsi ənənəvi olaraq ümumdaxili məhsulun (ÜDM) ümumi həcmi və onun 
adambaşına düşən payı ilə ölçülür. Bu göstəricilərin əsasında Dünya Bankı bütün 
ölkələri iqtisadi inkişaflarına görə 4 qrupa bölür: yüksək, yuxarı-orta, aşağı-
orta və aşağı gəlirli ölkələr. Ölkələrin iqtisadi inkişaf səviyyəsinin ölçülməsinə 
bənzər ölkədəki etnik-mədəni müxtəlifliyin qorunmasının səviyyəsinin, 
multikulturalizm siyasətinin səmərəliliyinin ölçülməsinin yolu varmı? Burada 
hansı indikatorlardan istifadə olunur? Bu indikatorlar necə ölçülür?
Ölkədə etnik-mədəni müxtəlifliyin qorunmasının və multikulturalizm 
siyasətinin səmərəliliyi dedikdə, burada titul xalqla bir cəmiyyətdə yaşayan 3 
əsas azlıq qrupunun vəziyyəti nəzərdə tutulur:
1. Azlıqda olan yerli xalqlar (avtoxton xalqlar);
2. Tarixin müxtəlif mərhələlərində ölkəyə gəlib burada məskunlaşmış 
milli azlıqlar (alloxton xalqlar);


ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN QORUNMASI VƏ 
MULTİKULTURALİZM SİYASƏTİNİN ÖLÇÜLMƏSİ
311
3. Müasir dövdə siyasi, hərbi, iqtisadi, sosial və digər səbəblərdən ölkəyə 
pənah gətirmiş miqrantlar.
Qeyd olunan azlıq qruplarının cəmiyyətdəki vəziyyəti dedikdə, onların 
hər biri üçün ayrıca yaşadıqları cəmiyyətə inteqrasiya olmalarına kömək edəcək 
şərtlərin dövlət tərəfindən həll edilməsi nəzərdə tutulur. Azlıq qruplarının 
yaşadıqları cəmiyyətə inteqrasiya olmasının şərtlərinin ödənilməsi eyni zamanda 
ölkədə etnik-mədəni müxtəlifliyin qorunmasının və multikulturalizm siyasətinin 
səmərəliliyinin indikatorlarıdır. 
Əlbəttə, hər bir azlıq qrupunun bu və ya digər ölkədə olma və ya ölkəyə 
gəlmə tarixləri, onların siyasi, iqtisadi, sosial, mədəni tələbatları bir-birindən 
fərqli olduğuna görə onların yaşadıqları cəmiyyətə inteqrasiya olma məsələləri, 
şərtləri bir-birindən fərqlənir. Başqa sözlə desək, sözügedən 3 azlıq qrupunun 
hər birinin yaşadığı cəmiyyətə inteqrasiya olmasının şərtləri arasında müəyyən 
fərqlər vardır. Buna görə də hər bir azlıq qrupuna münasibətdə multikulturalizm 
siyasətinin səmərəliliyini göstərən indikatorlar müəyyən edilmişdir. Onları 
nəzərdən keçirək. 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin