9.1. Azlıqda olan yerli xalqlar üzrə
multikulturalizm siyasəti indeksi
Kanadanın Kvins universitetinin tədqiqatçıları
azlıqda olan yerli xalqlar
(avtoxton azlıqlar) üzrə multikulturalizm siyasətinin səmərəliliyini müəyyən
etmək məqsədilə 9 indikator tərtib etmişlər:
1. Torpaq hüququnun tanınması;
Bu indikator adından göründüyü kimi, yerli xalqların ən mühüm
hüquqlarından biri olan torpaq hüququnun tanınmasını nəzərdə tutur. Torpaq
hüququ yerli xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Çünki o, yerli xalqların
bilavasitə statusunu, yəni onların müəyyən ölkədə avtoxton xalq olduqlarını
təsdiq edir.
2. Özünüidarəetmə hüququnun tanınması;
Ölkə qanunvericiliyində yerli xalqların özünüidarəetmə hüququnun
tanınması da onların statusunu təsdiqləyən bir göstəricidir. Hökumət tərəfindən
yerli xalqlara aid məsələlərin həll olunmasında (məsələn, yerli xalqların
MULTİKULTURALİZMƏ GİRİŞ
312
dillərinin, etnik-mədəni dəyərlərinin qorunması) onların təkliflərinin nəzərə
alınması multikulturalizm siyasətinin səmərəliliyini göstərən bir faktdır.
3. Dövlətin vaxtilə yerli xalqlarla bağladığı müqavilələri tanıması və/ və
ya yeni müqavilələr imzalaması;
Böyük Britaniya, Fransa, İspaniya və digər Avropa ölkələrindən olan
kolonistlər Amerikada, Afrikada, Avstraliyada, Asiyada torpaqları zəbt edərkən
həmin torpaqlarda yaşayan yerli tayfalarla müqavilələr bağlayaraq onları
öz tərəflərinə çəkmiş və torpaqlarında öz dövlətlərini yaratmağa müvəffəq
olmuşlar. İmzalanan müqavilələrdə yaşadıqları torpaqların bir hissəsini
kolonistlərə verdiklərinin müqabilində bu tayfaların təhlükəsizliklərinə təminat
verilir, suverenliklərinə hörmətlə yanaşılır, tayfalar üçün ayrılmış ərazilərdə
onların dinc yaşamaları üçün şəraitin yaradılmasına dair kolonistlər tərəfindən
öhdəliklər götürülürdü. Məsələn, 1871-ci ilədək ABŞ höküməti hind tayfaları
ilə 400-dək bu məzmunlu müqavilə imzalamışdır. İlk müqaviləni ABŞ hökuməti
Delavare hind tayfası ilə imzalamışdır. Lakin kolonistlərin yaratdıqları yeni
dövlətlər möhkəmləndikcə belə müqavilələrin bağlanması dayandırılmış,
bağlanan müqavilələrin əksəriyyəti isə hökumət tərəfindən pozulurdu.
Beləliklə, bu indikator yerli xalqların yaşadıqları cəmiyyətə inteqrasiya
olmalarının mühüm bir şərti kimi onların maraqlarını özündə əks etdirən
keçmişdə imzalanmış müqavilələrin tanınmasını və / və ya eyni məzmunlu yeni
müqavilələrin imzalanmasının vacibliyini göstərir.
4. Dil, ovçuluq/balıqçılıq, din sahəsində mədəni hüquqların tanınması;
Qeyd olunan indikator yerli xalqların etnik-mədəni dəyərlərinin
qorunmasına aiddir. Dərsliyin VII fəsilin II yarımfəsilində biz belə bir nəticəyə
gəldik ki, ictimai inkişafda mədəniyyətin aparıcı rol oynaması müasir dövrdə
etnik-mədəni müxtəlifliyin və onun əsasını təşkil edən etnik-mədəni dəyərlərin
qorunmasının vacibliyini göstərir. Buna görə də yerli xalqların etnik-mədəni
dəyərlərinin qorunması hər bir dövlətin multikulturalizm siyasətinin səmərəli
olmasının mühüm bir göstəricisidir.
5. Adət hüququnun tanınması;
Söhbət yerli xalqların adət-ənənələrinin dövlət tərəfindən tanınmasından
gedir. Yuxarıda qeyd etdiyimiz kimi, etnik-mədəni dəyərlərin qorunması
multikulturalizm siyasətinin mühüm bir göstəricisidir.
6. Yerli xalqların mərkəzi hakimiyyətdə təmsil olunmaları;
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN QORUNMASI VƏ
MULTİKULTURALİZM SİYASƏTİNİN ÖLÇÜLMƏSİ
313
Demokratik ölkələrin qanunvericiliyi yerli xalqların mərkəzi hakimiyyətdə
təmsil olunmalarını təmin etməlidir. Bundan başqa hakimiyyət dairələri yerli
xalqlara aid məsələlərdə, xususilə onların etnik-mədəni dəyərlərinin qorunması
ilə bağlı olan məsələlərdə, onlarla məsləhətləşməlidir.
7. Konstitusional və ya qanunvericilik səviyyəsində yerli xalqların fərqli
statusunun tanınması;
Bu indikatora əsasən, ölkə Konstitusiyası yaxud qanunvericiliyi
yerli
xalqların fərqli statusunu təsdiq etməlidir.
8. Yerli xalqlara dair mövcud beynəlxalq sənədlərin müdafiə olunması və
ratifikasiyası;
Yerli xalqların hüquqlarının müdafiəsinə loyal münasibət bəsləyən hər
bir ölkə onların müdafiəsi ilə bağlı olan beynəlxalq sənədləri müdafiə edir. Bu
sənədlərdən ən vacibi kimi BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq
Əmək Təşkilatı tərəfindən 1989-cu ildə qəbul olunmuş “Yerli və köçəri xalqların
Konvensiya” hesab olunur.
9. Təsdiqedici akt;
Bəzi Qərb ölkələrində yerli xalqların müxtəlif sahələrdə (təhsil, məşğulluq)
təmsilçiliklərini təmin etmək məqsədilə dövlət tərəfindən onlara bəzi imtiyazlar
təqdim olunur. Məsələn, işə qəbul olunduqda, ali məktəblərə götürüldükdə
yerli xalqların nümayəndələrinə üstünlük verilir. Hökumətin bu aktı
pozitiv
diskriminasiya
adlanır. Bu cür imtiyazlar yerli xalqların maddi vəziyyətinin
yaxşılaşmasına, onların cəmiyyətə inteqrasiya olmalarına kömək edir.
Kanadanın Kvins universitetinin tədqiqatçıları tərtib etdikləri bu 9
indikator vasitəsilə 1980-ci, 2000-ci və 2010-cu illərdə Avstraliya, Kanada,
Danimarka, Finlandiya, Yaponiya, Yeni Zellandiya, Norveç, İsveç və ABŞ-
da multikulturalizm siyasətinin səmərəliliyini bu demokratik inkişaf etmiş
ölkələrdə yaşayan və azlıqda olan yerli xalqlarının timsalında ölçmüşlər. Bu
ölkələrdə yaşayan və azlıqda olan yerli xalqlar üzrə multikulturalizm siyasətinin
səmərəliliyi aşağıdakı 3 rəqəm vasitəsilə göstərilmişdir:
1-indikatorun yüksək səviyyədə olması,
0,5 -indikatorun orta səviyyədə olması,
0 - indikatorun aşağı səviyyədə olması və ya yoxluğu.
Aparılan tədqiqatın nəticələri
Cədvəl 1-də
əks olunmuşdur.
MULTİKULTURALİZMƏ GİRİŞ
314
Dostları ilə paylaş: |