9.2. Alloxton azlıqlar üzrə multikulturalizm
siyasəti indeksi
Kanadanın Kvins universitetinin tədqiqatçıları
tarixin müxtəlif
mərhələlərində ölkəyə köçüb burada məskunlaşmış milli azlıqlar (alloxton
azlıqlar)
üzrə multikulturalizm siyasətinin səmərəliliyini müəyyən etmək
məqsədilə aşağıdakı 6 indikatoru tərtib etmişlər:
1. Federal və ya federala bənzər ərazi muxtariyyəti;
Bu indikator ölkə daxilində milli azlıqlara muxtariyyətin verilməsini
nəzərdə tutur. Milli azlıqların kompakt yaşadıqları ərazidə mərkəzi hakimiyyətin
subyekti olan muxtariyyət yaranır.
2. Bölgə və ya bütün ölkə miqyasında rəsmi dil statusu;
Qeyd olunan indikator milli azlıqların dillərinə bölgə və ya bütün ölkə
miqyasında rəsmi dil statusunun verilməsini göstərir.
3. Milli azlıqların mərkəzi hakimiyyətdə və ya konstitusiya məhkəmələrində
təmsilçiliyin təmin edilməsi;
Bu indikator milli azlıqların mərkəzi hakimiyyətdə və ya konstitusiya
məhkəmələrində təmsilçiliklərinin təmin edilməsini nəzərdə tutur. Qeyd olunan
təmsilçilik qanunvericilikdə nəzərdə tutulmalıdır. Bu məqsədlə, məsələn, milli
azlığın bir neçə nümayəndəsi üçün yer ayrıla bilər, və yaxud seçki məntəqələri
elə formalaşdırıla bilər ki, orada milli azlıqların nümayəndələri çoxlu səs toplaya
bilsinlər.
4. Milli azlıqlarının dillərində təhsilin və medianın dövlət tərəfindən
maliyyələşdirilməsi;
Qeyd olunan indikator, adından göründüyü kimi, dövlətin milli azlıqların
dillərində olan təhsilə və mediaya maliyyə yardımının edilməsi ilə bağlıdır.
Milli azlıqların dillərində təhsilin, televiziya-radio verilişlərinin təşkil olunması,
qəzet və jurnalların dərc olunması onların mədəniyyətinin tərkib hissəsi olan ana
dillərinin qorunmasına kömək edir. Buna görə də bu məsələnin həll olunması
multikulturalizm siyasətinin səmərəliliyini göstərən mühüm bir indikatordur.
5. Konstitusiya və ya parlament səviyyəsində “çoxmillətliliyin” təsdiq
olunması;
Bu indikator vasitəsilə ölkənin Konstitusiyasında və və ya onun
MULTİKULTURALİZMƏ GİRİŞ
316
parlamenti tərəfindən qəbul olunmuş digər normativ-hüquqi sənədlərdə ölkənin
çoxmədəniyyətliliyi, yəni onun ərazisində iki və ya daha çox millətin olduğu
təsdiqlənir.
6. Milli azlıqların beynəlxalq arenaya çıxmaları;
Bu indikator milli azlıqların müvafiq beynəlxalq təşkilatlarda təmsil
olunmalarını, onların icmalarının adından beynəlxalq tədbirlərdə iştirak
etmələrini, danışıqlar aparmalarını, festivallarda, idman yarışlarında iştirak
etmələrini nəzərdə tutur.
Kvins universitetinin tədqiqatçıları tərtib etdikləri bu 6 indikator vasitəsilə
1980-ci, 2000-ci və 2010-cu illər üçün Belçika, Kanada, Finlandiya, Fransa,
Yunanıstan, İtaliya, Yaponiya, İspaniya, İsveçrə, Böyük Britaniya və ABŞ-da
multikulturalizm siyasətinin səmərəliliyini tarixin müxtəlif mərhələlərində bu
demokratik inkişaf etmiş ölkələrə köçərək burada məskunlaşmış milli azlıqların
(alloxton azlıqlar) timsalında ölçmüşlər. Əvvəlki tədqiqatda olduğu kimi, milli
azlıqlar (alloxton azlıqlar) üzrə sözügedən ölkələrin multikulturalizm siyasətinin
səmərəliliyi 3 rəqəm vasitəsilə göstərilmişdir:
1- indikatorun yüksək səviyyədə olması,
0,5 -indikatorun orta səviyyədə olması,
0 - indikatorun aşağı səviyyədə olması və ya yoxluğu.
Aparılan tədqiqatın nəticələri
Cədvəl 2-də
əks olunmuşdur.
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN QORUNMASI VƏ
MULTİKULTURALİZM SİYASƏTİNİN ÖLÇÜLMƏSİ
317
Dostları ilə paylaş: |