Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


Cədvəl 3. İmmiqrant azlıqlar üzrə multikulturalizm siyasəti indeksi (hər bir



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə133/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   129   130   131   132   133   134   135   136   ...   175
1 Multikulturalizmə giriş 2019

Cədvəl 3. İmmiqrant azlıqlar üzrə multikulturalizm siyasəti indeksi (hər bir 
indikator üçün ballar, 1980-ci, 2000-ci, 2010-cu illər)
1
 
 
M
ult
ik
ult
ur
ali
zm
 
siyas
ə
tin
in
 t
ə
sd
iq
 
ol
unm
as
ı
 
T
əd
ri
s p
ro
qra
m
ı
 
M
ed
ia
 
Geyim
 
for
m
al
ar
ın
da

az
ad
 olm
al
ar
 
İk
ili
 v
ə
t
ən
daş
lıq
 
Et
ni

qr
up
la


m
ali
yy
ə
l
əş
di
ri
lm
ə
si 
Bil
in
qu
al
 t
ə
hsi

İm
m
iq
ran
tla
ra 
ün
van
lan
m
ış 

z
əşt


 
Üm
um
i b
al
 
1980
 
2000
 2010
 1980
 2000
 2010
 1980
 2000
 2010
 1980
 
2000
 
2010
 
1980
 
2000
 
2010
 
1980
 2000
 2010
 
1980
 
2000
 
2010
 
1980
 
2000
 
2010
 
1980
 
2000
 
2010
 
A
vst
ra
liya 
 









0.









0.









A
vst
ri
ya 
 





0.





















1.

Bel
çi
ka
 





0.



0.








0.



0.

0.





3
5.

Ka
na
da
 









0.









0.

0.

0.





7.

7.

D
an
im
ar
ka 
 



















0.






0.


Fin
lan
di
ya 
 







0.


















1.


Fr
an
sa 
 

























2
2
A
lm
an
iya 
 


0.









0.


0.






0.

0.





2
2.

Yu
nan
ıst
an
 
 





0.



0.













0.

0.

0.

0.

0.

2.

İr
lan
di
ya 
 








0.



0.





0.

0.



0.





1.

3
İt
al
iya
 




0.





















1.


Yap
on
iya
 



























H
ol
lan
di
ya 
 








0.



0.



0.

0.

0.

0.







2.

5.

2
Y
eni
 
Zel
la
ndi
ya

0.


0.

0.

0.






0.

0.

0.






0.







2.


5.

N
orv
eç 
 





0.






0.












0.



3.

Por
tu
qali
ya 
 

0.

0.


0.

0.



0.

















2
3.

İsp
an
iya
 


0.



0.



0.









0.






0.



3.

İs
veç 
 
























3


Is
veçr
ə





























yük
 
Bri
ta
ni
ya






0.
















0.

0.


2.

5.

5.

A
m
eri
ka
 
Bi
rl
əş
mi
ş 
Şta
tla

 
 



0.

0.

0.

0.

0.

0.

0.




0.

0.




0.

0.

0.




3
3
3
1 Tolley Erin “Multiculturalism Policy İndex: İmmigrant Minority Policies”, 2011 School of Policy Studies, 
Queen’s University at Kingston, Canada, https://www.queensu.ca/mcp/sites/webpublish.queensu.ca.mcpwww/
files/files/immigrantminorities/evidence/ImmigrantMinoritiesApr12.pdf 


MULTİKULTURALİZMƏ GİRİŞ
320
qismən də olsa multikulturalizmlə bağlı olan mövzuları məktəb proqramlarına 
daxil etmişdir. Fransa, Danimarka, Almaniya, İrlandiya, Yaponiya, Hollandiya 
isə bu sahədə heç bir iş görməmişdir.
Bu sahədə də ölkəmizin böyük nailiyyətlərinin olduğunu qeyd etmək 
olduqca vacibdir. Belə ki, hazırda ölkəmizin ali məktəblərində “Multikulturalizmə 
giriş” (bakalavr səviyyəsi üçün) və “Azərbaycan multikulturalizmi” (magistr 
səviyyəsi üçün) tədris olunur.
Üçüncü indikator etnik təmsilçiliyin/həssaslığın dövlət mediasının və ya 
medianın lisenziyalaşdırmasının mandatına daxil edilməsinə aiddir.
Bu indikatora uyğun olaraq, kütləvi informasiya vasitələrinin (KİV) 
qarşısında bir öhdəlik kimi ölkədə milli azlıqların təmsilçiliyini təmin etmək 
vəzifəsi durur. Bu vəzifənin tələblərinə uyğun olaraq KİV-lər milli azlıqların 
etnik-mədəni dəyərlərinin qorunması istiqamətində müəyyən məlumat yayır, 
verilişlər hazırlayır, onların dillərində qəzet və jurnal nəşr edir. KİV-də etnik 
məsələnin həssaslığının nəzərə alınmasına xüsusi fikir verilir. Erin Tolleyin 
təqdim etdiyi cədvəldən göründüyü kimi, 21 ölkə arasında Avstraliya, Kanada, 
İsvec, Yeni Zellandiya və Böyük Britaniya öndədir. Digər dövlətlərin KİV-
lərinin lisenziyalaşdırmasının şərti kimi etnik təmsilçiliyin təmin olunması tələb 
olunmur.
Dördüncü indikator qanunla və ya məhkəmənin qərarı ilə qəbul olunmuş 
geyim formalarından azadolmaların tətbiq edilməsini göstərir

Bu tələbə uyğun olaraq, miqrantlar təhsil aldıqları, xidmət çəkdikləri və 
işlədikləri yerlərdə qəbul olunmuş geyim formasının əvəzinə rəhbərliyin icazəsi 
ilə öz dini adət-ənənələrinə uyğun paltar geyinə bilərlər. Tolleyin tədqiqatına 
əsasən, 21 ölkədən yalnız Avstraliya, Kanada və Böyük Britaniya miqrantların 
geyimlərinə loyal münasibət bəsləyir. Məsələn, Böyük Britaniyada siqxlərə 
tikinti meydançalarında, motosikl sürdükdə qoruyucu şlem əvəzinə onların 
ənənəvi papaqları olan türban (çalma) qoymağa icazə verilir. Əksər ölkələrdə 
isə, xüsusilə son dövrdə, bu məsələ ilə bağlı hökumət tərəfindən heç bir loyallıq 
göstərilmir. 
Beşinci indikator ikili vətəndaşlığa icazə verilməsi ilə bağlıdır.
Məlum olduğu kimi, ikili vətəndaşlıq əcnəbilərə köçdükləri ölkədə hətta 
vətəndaşlıq statusu aldıqdan sonra da əvvəlki vətəndaşlıqlarının saxlanılmasına 
icazə verir. 


ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN QORUNMASI VƏ 
MULTİKULTURALİZM SİYASƏTİNİN ÖLÇÜLMƏSİ
321
Tolleyin tədqiqatında əvvəlki indikatorlarla müqayisədə ikili vətəndaşlığa 
icazə verilməsi indikatoru üzrə ölkələrin sayı bir qədər çoxdur. Cədvəldən 
göründüyü kimi, bu ölkələrin sırasında Avstraliya, Kanada, Belçika, Fransa, 
İrlandiya, İtaliya, Portuqaliya, Hollandiya və Böyük Britaniya vardır. Bununla 
yanaşı qeyd etmək lazımdır ki, Avstiya, Danimarka, Yaponiya, Norveç və 
İspaniyada ikili vətəndaşlığa icazə verilmir.
Altıncı indikator immiqrantlardan ibarət olan etnik qrupların təşkilatlarının 
və ya fəaliyyətlərinin dövlət tərəfindən maliyyələşdirilməsini göstərir.
İmmiqrantlardan ibarət olan etnik qrupların nümayəndələrinin 
yaşadıqları cəmiyyətə inteqrasiya olmalarına kömək etmək məqsədilə onların 
bu istiqamətdəki fəaliyyətləri dövlət tərəfindən maliyyələşdirilir. Maliyyəşmə 
əsasən immiqrantlardan ibarət olan etnik azlıqların təşkilatları tərəfindən irəli 
sürülmüş layihələr vasitəsilə həyata keçirilir. Layihələr immiqrantlardan ibarət 
olan etnik azlıqların cəmiyyətin müxtəlif sahələrində fəal iştirak etmələrinə, 
onların etnik-mədəni dəyərlərinin qorunmasına yönəlmişdir.
Tolleyin tədqiqatına əsasən, 1980-ci, 2000-ci və 2010-cu illərdə dövlət 
tərəfindən maliyyə yardımı ən çox Avstraliya, Kanada və İsveçdə yaşayan 
immiqrantlardan ibarət olan etnik azlıqların nümayəndələrinə ayrılmışdır. 
Maliyyələşmənin qismən aparıldığı ölkələr sırasında Tolley Belçika, Fransa, 
Yeni Zellandiya, Almaniya və Norveçi göstərir. Avstiya, Danimarka, Yunanıstan, 
İtaliya, Yaponiya və İsveçrədə immiqrantlardan ibarət olan etnik azlıqların 
nümayəndələrinə dövlət tərəfindən heç bir maliyyə yardımı ayrılmamışdır.
Etnik qrupların təşkilatlarının və ya fəaliyyətlərinin dövlət tərəfindən 
maliyyələşdirilməsi məsələsi Azərbaycanda da yaxşı təşkil olunmuşdur. Hazırda 
ölkədə milli azlıqların məsələləri ilə məşğul olan 50-dək QHT, milli mədəniyyət 
mərkəzləri, ictimai birliklər və cəmiyyətlər fəaliyyət göstərir. Bu qurumlar 
2007-ci ildən fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti yanında 
Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müvafiq qrant layihələri 
ilə müraciət edərək maliyyə yardımı alırlar. Şuraya təqdim olunan layihələr 
nəticə etibarı ilə etnik azlıqların cəmiyyətə inteqrasiyasına səbəb olur.
Yeddinci indikator bilinqual və ya ana dilində təhsilin dövlət tərəfindən 
maliyyələşdirilməsi ilə bağlıdır.
Bu indikator ölkədə titul xalqla yanaşı etnik azlıqların dillərində də təhsilin 
dövlət tərəfindən maliyyələşdirilməsini nəzərdə tutur.


MULTİKULTURALİZMƏ GİRİŞ
322
Tolleyin təqdim etdiyi cədvəldən göründüyü kimi, 1980-ci, 2000-ci və 
2010-cu illərdə bu məsələnin həyata keçirilməsi ilə bağlı ən ideal vəziyyət 
İsveç və Avstraliyada idi. Qənaətbəxş vəziyyət Avstriya, İspaniya, Belçika və 
Finlandiyada müşahidə olunurdu. Qeyd olunan illər ərzində Fransa, Danimarka, 
Yunanıstan, İtaliya, Yaponiya, Böyük Britaniya və İsveçrədə isə bilinqual və ya 
ana dilində təhsilin maliyyələşdirilməsinə dövlət heç bir köməklik göstərmirdi. 
Qeyd edək ki, Azərbaycanda dövlət tərəfindən etnik azlıqların dillərində 
tədrisin təşkil olunması sahəsində mühüm işlər görülür. Hazırda Azərbaycanda 
tədris rus dilində olan 300-dən çox, gürcü dilində 10 ümumtəhsil məktəbi 
vardır. Bundan başqa, Azərbaycanın bir neçə ümumtəhsil məktəblərində ləzgi, 
talış, ivrit, avar, saxur, udi, kürd, xınalıq dilləri tədris olunur. Təsdiq olunmuş 
tədris planına görə, bu dillərin hər birinin tədrisinə həftədə ən azı 2 saat vaxt 
ayrılır. Ləzgi dili I-IX, ivrit dili I-XI, digər dillər isə I-IV siniflərdə tədris olunur. 
Ümumilikdə ölkə üzrə 382 ümumtəhsil məktəbində milli azlıqlara mənsub 
37123 şagird öz ana dilini öyrənir. Bütün xərclər dövlət tərəfindən ödənilir. 
Tolleyin cədvəlində sonuncu indikator kimi əlverişsiz vəziyyətdə olan 
immiqrantlara dövlət tərəfindən ünvanlanmış güzəştlərin olması göstərilir.
Söhbət çətin maddi durumda olan immiqrantlara müxtəlif sahələrdə 
güzəştlərin edilməsindən gedir. Hökumət ölkəyə gəlmiş miqrantların maddi 
vəziyyətini yaxşılaşdırmaq üçün onları işlə təmin edir, işsizlərə müavinat təyin 
edir, onlar üçün pulsuz dil kursları təşkil edir, onları təhsil haqqından azad edir 
və digər imtiyazlı sosial proqramlar həyata keçirir. Hökumətin immiqrantlara 
ünvanlanmış imtiyazları öz mahiyyətinə görə yuxarıda qeyd etdiyimiz 
pozitiv 
diskriminasiyanın
bir təzahürüdür. Bu imtiyazlar immiqrantların cəmiyyətə 
inteqrasiya olmalarında olduqca müsbət rol oynayır. 
Tolleyin tədqiqatının nəticələrinə görə, immiqrantlara bu cür güzəştlərin 
edilməsi ən çox ABŞ-da, sonra isə Avstraliya və Kanadada müşahidə olunur. 
Bir neçə ölkədə isə bu sahədə az miqdarda müəyyən işlər görülür. Lakin 21 
ölkənin əksəriyyətində hökumət tərəfindən immiqrantlara onların durumunun 
yaxşılaşdırılması məqsədilə imtiyaz təklif olunmur.
Cədvəl 3-dən göründüyü kimi, Erin Tolleyin tədqiqatının nəticələrinə 
əsasən, 2010-cu ildə dünyanın 21 inkişaf etmiş ölkəsində immiqrant azlıqlar 
üçün multikulturalizm siyasəti Avstraliya, Kanada və İsveçdə daha səmərəli 
şəkildə həyata keçirilirdi. Belə ki, bu ölkələr 2010-cu ildə immiqrant azlıqlar 


ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN QORUNMASI VƏ 
MULTİKULTURALİZM SİYASƏTİNİN ÖLÇÜLMƏSİ
323
üçün multikulturalizm siyasəti yuxarıda qeyd olunan 8 indikator üzrə 8 mümkün 
baldan Avstraliya 8, Kanada 7.5, İsveç isə 7 bal əldə etmişdir. 21 inkişaf etmiş 
ölkələr sırasında multikulturalizm siyasəti Yaponiyada və Danimarkada (8/0) 
yox dərəcəsində idi. İsveçrə və İtaliyada da bu siyasət aşağı səviyyədə idi: 8 
mümkün baldan cəmi 1 bal.
* * *
Beləliklə, yerli (avtoxton) və gəlmə (alloxton) xalqlardan ibarət milli 
azlıqların, eləcə də immiqrantların bu və ya digər ölkədəki vəziyyəti etnik-mədəni 
müxtəlifliyin qorunmasının və multikulturalizm siyasətinin səmərəliliyinin 
əsas göstəricisidir. Dövlətin multikulturalizm siyasətinin səmərəliliyi bu üç 
qrupa daxil olan insanların sosial və iqtisadi tələbatlarının ödənilməsi, etnik-
mədəni dəyərlərinin qorunması ilə ölçülür. Bu isə öz növbəsində yuxarıda təhlil 
etdiyimiz hər bir azlıq qrupuna daxil olan indikatorlar vasitəsilə müəyyən edilir. 
Azlıq qruplarının cəmiyyətdəki vəziyyətini göstərən indikatorlar nəticə 
etibarı ilə multikulturalizm siyasətinin səmərəliliyini göstərir. Hər bir azlıq 
qrupunun bu və ya digər ölkədə olma və ya ölkəyə gəlmə tarixləri, onların 
siyasi, iqtisadi, sosial və mədəni tələbatları bir-birindən fərqli olduğuna görə 
onların yaşadıqları cəmiyyətə inteqrasiya olma məsələləri, şərtləri bir-birindən 
fərqlənir. Başqa sözlə desək, sözügedən 3 azlıq qrupunun hər birinin yaşadığı 
cəmiyyətə inteqrasiya olmasının şərtləri arasında müəyyən fərqlər vardır. Bu 
fərqlər indikatorlar arasındakı müxtəlifliklərdə öz əksini tapır. 
Bununla belə qeyd olunan indikatorlar arasında oxşarlar da var. Məsələn, 
azlıqda olan yerli xalqlara aid 
“Təsdiqedici akt”
indikatoru ilə immiqrant azlıqlara 
aid 
“Dövlət tərəfindən əlverişsiz vəziyyətdə olan immiqrantlara ünvanlanmış 
güzəştlər”
indikatoru hər iki qrupa daxil olan azlıqların nümayəndələrinə dövlət 
tərəfindən müəyyən güzəşt və imtiyazların verilməsini əks etdirir. Hökumət 
tərəfindən azlıq qruplarına edilən güzəşt və imtiyazlar 
pozitiv diskriminasiyanın
bir təzahürüdür. Bundan başqa azlıqda olan yerli xalqlara aid 
“Yerli xalqların 
mərkəzi hakimiyyətdə təmsil olunmaları”
indikatoru ilə milli azlıqlara aid “
Milli 
azlıqların mərkəzi hakimiyyətdə və ya konstitusiya məhkəmələrində təmsilçiliyin 
təmin edilməsi
” arasında da oxşarlıq vardır. Belə ki, hər iki indikator qeyd olunan 
azlıq qruplarının hökumətdə təmsilçiliklərinin artırılmasını göstərir.


MULTİKULTURALİZMƏ GİRİŞ
324
Dövlətin multikulturalizm siyasətinin səmərəliliyinin ölçülməsində 
kanadalı tədqiqatçılar tərəfindən tərtib olunmuş indikatorların mühüm 
əhəmiyyət kəsb etdiyini göstərməklə yanaşı yaddan çıxarmaq lazım deyil ki, 
bu indikatorların hər birini mexaniki şəkildə dünyanın istənilən ölkəsinə tətbiq 
etmək düzgün deyil. Belə ki, ölkələrin tarixi inkişafı, onların siyasi, sosial-
iqtisadi və mədəni inkişaflarındakı müxtəliflik ölkələrin multikulturalizm 
siyasətinin səmərəliliyinin ölçülməsində sözügedən indikatorların hər birinin 
tətbiq olunmasının düzgün olmadığını, hətta zərərli olduğunu göstərir. 
Yuxarıda qeyd etdiyimiz kimi, kanadalı tədqiqatçılar multikulturalizm 
siyasətinin səmərəliliyinin indikatorlarını Avropa İttifaqının bir neçə üzv 
dövlətləri, Yaponiya, Avstraliya, Yeni Zellandiya, ABŞ, Kanada, Norveç və 
İsveçrəyə tətbiq etmişlər. Məlum olduğu kimi, bu ölkələrin hamısı uzun illər 
demokratik inkişaf yolu keçmiş, iqtisadi cəhətdən zəngin olmaqla yanaşı xeyli 
vaxtdır ki, müstəqil dövlətlərdir. Ölkələr arasındakı müxtəliflikləri nəzərə 
almadan multikulturalizm siyasətinin səmərəliliyini ölçən indikatorları hər bir 
ölkəyə tətbiq edərkən yanlış nəticə əldə oluna bilər. Buna görə də qeyd olunan 
indikatorları tətbiq edərkən ölkələrin tarixi inkişaf xüsusiyyətlərini nəzərə almaq 
vacibdir. Deyilənləri əyani şəkildə bir misalda göstərək. Məsələn, götürək milli 
azlıqlara aid
 “B
ölgə və ya bütün ölkə miqyasında rəsmi dil statusunu”. Qeyd 
etdiyimiz kimi, bu indikator milli azlıqların dillərinə bölgə və ya bütün ölkə 
miqyasında rəsmi dil statusunun verilməsini göstərir. Lakin bu indikatordan irəli 
gələn tələb bir çox ölkələrin, xüsusilə müstəqilliklərini yenicə əldə etmiş ölkələrin 
ərazi bütövlüklərinə, müstəqilliklərinə ciddi təhdiddir. Belə ki, milli azlıqların 
dillərinə rəsmi dil statusunun verilməsi son nəticə etibarı ilə separatçılığın baş 
qaldırmasına səbəb olacaqdır. Bununla belə nəzərə alsaq ki, multikulturalizm 
siyasətinin əsas məqsədlərindən biri milli azlıqların etnik-mədəni dəyərlərinin, o 
cümlədən dillərinin qorunmasıdır, hökumət tərəfindən milli azlıqların dillərinin 
qorunması istiqamətində sistemli şəkildə müəyyən işlər həyata keçirilməlidir. 
Belə işlərdən milli azlıqların dillərində KİV-in olmasını, ana dilinin tədrisinin 
təşkil olunmasını göstərmək olar. Buna görə də qeyd olunan indikatoru bir qədər 
dəyişdirib milli azlıqların dillərində KİV-in olması və onların ana dillərinin 
tədrisinin təşkil olunması kimi təqdim etmək məqsədəuyğundur. 


ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN QORUNMASI VƏ 
MULTİKULTURALİZM SİYASƏTİNİN ÖLÇÜLMƏSİ
325

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin