MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
345
İtaliya (5 mln), Fransa (4,6 mln) və İspaniyadır (4,4 mln). İmmiqrantlar daha çox
Hindistan, Pakistan, Türkiyə, Mərakeş, Əlcəzair, Tunis, Çin və s. ölkələrdəndir.
“Avrobarometr” adlı təşkilatın apardığı rəy sorğusuna əsasən, Avropada
ən çox mənsubu olan din 72 faizlə Xristianlıqdır. Onlardan 45 faizi katolik, 11
faizi protestant, 10 faizi pravoslav və 6 faizi digər dinlərdir. Avropada yaşayan
24 faiz əhali isə heç bir dinə sitayiş etmir.
Üzv ölkələrin dilləri ilə yanaşı, Avropada
yaşayan bəzi avtoxton olan
milli azlıqların (basqlar, katalonlar və b.) dilləri rəsmi status daşıyır. Əlbəttə
Aİ-nin milli azlıqların hüquqlarının qorunması ilə bağlı müvafiq hüquqi bazaları
mövcuddur. İmmiqrantların dilləri də avroməkanın dil zənginliyinə öz töhfəsini
verir. Onlar arasında ən çox danışılan dillər rus, türk, ərəb, kürd, hind/urdu, Çin
dilidir.
Müasir dövrdə Avropada etnik-mədəni müxtəlifliyin idarə edilməsi
-
ni şərtləndirən əsas amil immiqrantlardır. Belə ki, bir sıra Avropa ölkələri
immiqrantlarla bağlı sərt assimilyasiya siyasəti həyata keçirir.
Buna ən bariz
nümunə kimi, Fransanı göstərə bilərik. 2019-cu ilin statistikasına görə, Qər
-
bi Avropada daha çox immiqrant qəbul edən bu ölkənin əhalisi 65 milyondan
çoxdur. Qeyd olunmalıdır ki, Fransa Konstitusiyası etnik mənsubiyyətlə bağlı
sorğu və statistikanın aparılmasını qadağan edir. Buna səbəb sözügedən ölkədə
sərt assimilyasiya siyasətinin aparılmasıdır. Aparılan hesablamalara əsasən, bu
ölkəyə immiqrantların böyük əksəriyyətini keçmişdə Fransanın müstəmləkəsi
olan ölkələrdən gələnlər təşkil edir. 2012-ci ilin statistikasına görə, bu ölkədə
yaşayan immiqrantların faiz nisbəti ilə bölgüsü belə idi: avropalı immiqrant
-
lar (əsasən, İspaniya, Portuqaliya, İtaliya) 46 faiz; Şimali Afrikadan (əsasən,
Əlcəzair, Mərakeş və Tunis) gələn immiqrantlar təxminən 30 faiz;
Asiya
ölkələrindən (əsasən, Çin və Türkiyə) 14 faiz; Amerika və Braziliyadan gəlmələr
isə 10 faiz. Mənzərəyə baxdıqda məlum olur ki, Fransa dil, din, irq, adət-ənənə
və etnik-mədəni müxtəliflik baxımından zəngin ölkədir. Aparılan assimilyasi
-
ya siyasəti nəticəsində bu müxtəliflik tədricən əriməyə başlayıb. İmmiqrantlara
qarşı münasibətdə Fransa siyasəti özünü iki istiqamətdə göstərdi. Fransız hö
-
kumətinin sərt miqrasiya siyasətindən (assimilyasiya) biri də ondan ibarət idi
ki, ölkəyə gələn bütün miqrantlar Fransa vətəndaşlığını qəbul etməlidir. Yəni,
ikili vətəndaşlığa icazə verilmir. Bundan əlavə, işlə təmin olunmaq, sosial xid
-
mətlərdən istifadə etmək, bir sözlə, onlara yaxşı şəraitin qurulması üçün digər
MULTİKULTURALİZMƏ GİRİŞ
346
məhdudiyyət isə fransız dili tələbinin qoyulması idi. Adətən belə hesab olunur
ki, liberal dövlətlərdə, xüsusilə Fransa nümunəsində etiqad azadlığı dil seçimi
azadlığı kimi sərt reaksiya ilə qarşılanmır.
Bir çox immiqrant qəbul edən liberal ölkələr dini müxtəlifliklə bağlı
məsələdə orta mövqe tutmağa üstünlük verir. Bunun iki səbəbi var: birincisi,
dünyəvi dövlət nöqteyi-nəzərindən yanaşdıqda dövlət dinin işinə qarışmır və
bu məsələdə neytral mövqe tutur; ikinci səbəb isə ondan ibarətdir ki, kiməsə
dil ilə bağlı tələb qoymaq mümkündür. Yəni insan bir neçə dildə danışa bilər.
Ancaq dini baxımdan bu mümkün deyil. Bir sözlə, immiqrant qəbul edən Qərb
dövlətləri dini plüralizmlə bağlı daha yumşaq siyasət aparmağa üstünlük verir.
Qərbi Avropada etnik-mədəni müxtəlifliyin tənzimlənməsi sahəsində nü
-
munəvi siyasət yürüdən ölkələrə misal kimi isə İsveç və Hollandiyanı göstərmək
olar. Məsələn, İsveç 1975-ci ildə multikulturalizm siyasətinin rəsmi olaraq dövlət
siyasəti elan etdi. İsveç multikulturalizminin üç sütun təməli var: “Bərabərlik”,
“Seçim azadlığı” və “Əməkdaşlıq”. Bu siyasətin ana özəyi olan “Seçim aza
-
dlığı” sözügedən ölkə tərəfindən aparılan “İmmiqrant və Azlıq Siyasəti” ilə bağlı
qəbul etdiyi qərarlar nəticəsində İsveç Konstitusiyasında öz əksini tapıb. İsveç
Konstitusiyasına görə, dövlət etnik, dil və dini azlıqların hüququnu qoruyur və
onların mədəni kimliyinin güclənməsi üçün inteqrasiyanı dəstəkləyir. Sayı 1000
nəfərdən çox olan miqrant qruplar “etnik azlıq” statusuna malikdir. Onlar üçün
doğma dillərində təhsil almaq, TV və radio stansiyaları təsis etmək üçün hər
cür şərait yaradılır, öz dillərində müxtəlif qəzet və jurnalların nəşrinə dövlət
tərəfindən dəstək göstərilir.
Etnik-mədəni müxtəlifliyin tənzimlənməsində aparılan
uğurlu siyasət
nümunələrindən bir də Hollandiyadır. İsveçdən təxminən 10 il sonra Hollandi
-
ya etnik və mədəni müxtəlifliyin idarə olunması ilə bağlı dövlət siyasətini elan
etdi. Multikulturalizm siyasəti çərçivəsində aparılan etnik azlıqlarla bağlı siyasət
ölkədə yaşayan immiqrant azlıqların hüquqlarının tam təmin olunması, onların
cəmiyyətə inteqrasiyası və s. kimi sahələri əhatə edir. Bu siyasətə görə ölkədə
rəsmi şəkildə 8 müxtəlif etnik qrup müəyyən olunub. Onlar əsasən Türkiyə,
Mərakeş, Tunis, Surinamdan gələn miqrantlar, qaçqınlar və qaraçılardır. Qrupa
Çin və Pakistanın adı salınmayıb. Hollandiya hökuməti qrupda təmsil olunan
etnik azlıqlarla bağlı qeyd edir ki, holland cəmiyyətində qeyri-bərabər sosial işti
-
rakçılığı olanlar bu qrupda yer alıb. Etnik azlıq kimi təsnifləndirilən immiqrant
-
MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
347
ların dini təhsil müəssisələri və onların mətbu orqanları dövlət tərəfindən maa
-
liyyələşdirilir. Əlbəttə, etnik azlıqlarla bağlı qrupun müəyyənləşdirilməsi siyasi
sığınacaq axtaran insanlar üçün yuxarıda qeyd olunan imtiyazlardan yararlan
-
mağı məhdudlaşdırır. Holland multikulturalizminin İsveçdə aparılan multikul
-
turalizm siyasətindən fərqi ondan ibarətdir ki, Hollandiya məcburi inteqrasiya
siyasəti həyata keçirir. Belə olan halda multikulturalizm siyasət kimi yox, sosial
fakt kimi görünməyə başlayır. Yəni, multikulturalizm milli kimlik seçimi olur.
Holland hökumətinin 1998-ci ildə qəbul etdiyi “Gəlmələrin Mədəni İnteqrasiyası
haqqında” Qanun təkcə immiqrantların deyil, eyni zamanda əlverişsiz vəziyyətdə
olan insanların da cəmiyyətin sosial-iqtisadi fəaliyyətində iştirakını təmin edir.
Həmçinin həmin qanun qeyri-üzv ölkələrdən gələn miqrantlar üçün 600 saatlıq
dil tədrisi siniflərinin təşkil olunmasının təmin edilməsini tənzimləyir.
Etnik-mədəni müxtəlifliyin idarəedilməsində fərqli siyasətin aparılması
nəticəsində gəlmələrin həmin ölkələrə münasibəti də eyni deyil.
Fransada
aparılan sərt assimilyasiya siyasəti immiqrantları özlərini yadelli kimi hiss et
-
məyə, onlarda yerli mədəniyyətə qarşı immunitetini gücləndirməyə, eyni za
-
manda ksenofobiya, islamofobiya, irqi və dini ayrı-seçkilik meyillərinin güclən
-
məsinə rəvac verir. Lakin İsveç və Hollandiyada immiqrantların hüquqlarının
tam təmin edilməsi və cəmiyyətə inteqrasiya olunmaları nəticəsində onların
ümumi sosial, iqtisadi və siyasi inkişafa öz töhfələrinin verilməsi üçün əlverişli
şərait yaradır.
Dostları ilə paylaş: