Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə144/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   140   141   142   143   144   145   146   147   ...   175
1 Multikulturalizmə giriş 2019

xristian mədəni irsinə malik olan ölkələrin iqtisadi inkişaf və demokratik siyasət 
istiqamətində perspektivləri qeyri-müəyyəndir. Müsəlman respublikalarında isə 
bu perspektivlər qaranlıqdır.
Bu əsərdə Hantinqton müsəlman respublikalarında 
demokratiyanın inkişaf perspektivlərini də ayrıca olaraq qaranlıq hesab edir.
Hantinqtonun İslam sivilizasiyasına, onun əsasını təşkil edən İslam dininə 
münasibəti mahiyyət etibarı ilə qərəzlidir. Hantinqton İslam sivilizasiyasını, onun 
dəyərlərini və tarixi nailiyyətlərini dərindən dərk etmədən İslamı demokratiyaya 
zidd olan, sosial-iqtisadi geriləməyə səbəb olan, miqrant böhranına şərait 
yaradan din kimi, müsəlmanları isə münaqişəyə, terrorizmə meylli insanlar kimi 
təqdim edir. Sözsüz ki, Hantinqtonun anti-islam, islamofob baxışları ideoloji 
xarakter daşıyır. Bu baxışlar Qərb ölkələrinin siyasi və dini dairələrinin müəyyən 
nümayəndələrinin maraqlarını əks etdirir.
Tarixi hadisələrin sonrakı gedişatı, daha konkret desək, 11 sentyabr 2001-ci 
il hadisələri, radikal islamçılar tərəfindən dünyanın bir sıra ölkələrində törədilən 
terror aktları, son dövrdə isə Yaxın Şərq və Afrika ölkələrində baş verən hərbi 
münaqişələr nəticəsində bu ölkələrdən Avropa İttifaqı ölkələrinə qaçqınların 
kütləvi şəkildə gəlmələri Hantinqtonun anti-islam, islamofob baxışlarının 
geniş yayılması üçün əlverişli şərait yaratmış, Qərb ölkələrində islamofobiya 
meyllərini daha da gücləndirmişdir. 
Müasir dövrdə Qərb ölkələrində islamofobiya meyllərinin güclənməsini 


MULTİKULTURALİZMƏ GİRİŞ
352
təsdiqləyən bir neçə fakta baxaq. Baş qərargahı İsveçrədə yerləşən, frankofon 
ölkələrdə islamofobiyaya və irqçiliyə qarşı mübarizə aparan “Racism 
İslamophobia Watch” təşkilatı apardığı müşahidələrin əsasında 2013-cü ilin 
oktyabr ayından bəri hər ay üçün hesabat hazırlayır. Hesabatda Fransa, Belçika 
və İsveçrədə islamofobiyanın yayılmasına dair faktlar ictimaiyyətin diqqətinə 
təqdim olunur. Belə faktlar sırasında gecə vaxtı məscidlərin divarlarına yazılmış 
müsəlmanları təhqir edən şüarlar və irqçi svastikalar, sosial şəbəkələrdə 
müsəlmanların əleyhinə yayılan nifrət dolu nitqlər, məscidlərin ətrafına 
qoyulmuş kəsilmiş donuz başları, hicablı qadınların təhqirə məruz qalmaları, 
məscidlərə ekstremist qruplar tərəfindən edilən hücumlar və s. vardır. 
“Racism İslamophobia Watch”
təşkilatının yaydığı məlumata görə, Fransa 
və İsveçrə kimi ölkələrdə müsəlmanlar öz ibadətlərini icra etmələrində müəyyən 
qadağalarla üzləşirlər. Hicablı qadınlar təqibə məruz qalırlar. Müsəlmanlar 
ibadət etmək üçün münasib yer tapa bilmirlər. Onlar hətta öz vəsaitləri 
hesabına məscid tikdirə bilmirlər. “Racism İslamophobia Watch” təşkilatının 
hesabatında Səudiyyə Ərəbistanından olan bir iş adamına ona məxsus olan 
binada ibadət mərkəzinin açılmasına Nitsa şəhərinin merinin icazə vermədiyi 
haqqında məlumat verilir. Bu təşkilatın başqa bir məlumatında isə Mantes-la-
Ville şəhərinin yeni təyin olunmuş meri bu şəhərdə Cənubi Mantes Müsəlman 
Assosiasiyasına ibadət evini tikdirməyə icazə vermir. Bu Assosiasiyanın başçısı 
öz islamofob baxışları ilə tanınan Marin Le Penin rəhbərlik etdiyi “Milli cəbhə” 
siyasi partiyasının üzvü olan merin bu hərəkətini müsəlmanlara qarşı ayrı-seçkilik 
kimi qiymətləndirmişdir. Ultra sağçı partiya olan “Milli cəbhə” partiyası bütün 
Avropada öz islamofob təbliğatı və fəaliyyəti ilə seçilir. Məsələn, bu partiyanın 
nümayəndəsi 15 oktyabr 2014-cü il tarixində Ramazan bayramı zamanı İslamın 
ünvanına təhqiredici sözlər işlətmişdir.
Son dövrdə Avropa İttifaqı ölkələrində islamofobiya dözümsüzlüyün, 
ksenofobiyanın və ayrı-seçkiliyin digər formaları kimi təkcə radikal sağçı 
qrupların arasında deyil, adi insanlar arasında da yayılmaqdadır. Bunun əsas 
göstəricilərindən biri bu ölkələrdə ultra sağçı partiyalara verilən səslərin 
artmasıdır. Nəticədə bu partiyaların Avropa İttifaqı ölkələrinin siyasi sistemində 
mövqeləri möhkəmlənir. Məsələn, 2014-cü ildə keçirilən Avropa Parlamentinə 
seçkilər zamanı Fransa tarixində ilk dəfə olaraq Marin Le Penin rəhbərlik etdiyi 
“Milli cəbhə” partiyası ən çox səs toplayan partiya oldu. Avropa Parlamentinə 


MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ 
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
353
əvvəlki, yəni 2009-cü il seçkiləri ilə müqayisədə 2014-cü ildə bu partiyaya 4 
dəfə çox seçici səs vermişdir. Nəticədə Fransadan Avropa Parlamentinə seçilmiş 
74 deputatın təxminən üçdə biri “Milli cəbhə” partiyasının üzvü idi. “Milli 
cəbhə” partiyasının Fransa cəmiyyətində artan populyarlığının məntiqi nəticəsi 
kimi onun lideri 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin