Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


Qərb ölkələrində dözümsüzlüyün, ksenofobiyanın və



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə142/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   138   139   140   141   142   143   144   145   ...   175
1 Multikulturalizmə giriş 2019

10.3. Qərb ölkələrində dözümsüzlüyün, ksenofobiyanın və 
ayrıseçkiliyin geniş yayılmış formaları
10.3.1.İslamofobiya
Müasir dövrdə etnik–mədəni müxtəlifliyin tənzimlənməsi sahəsində Qərb 
ölkələrinin üzləşdiyi əsas problemlərdən biri islamofobiyanın bu ölkələrdə baş 
qaldırmasıdır. İslamofobiya dözümsüzlüyün, ksenofobiyanın və ayrıseçkiliyin 
geniş yayılmış formalarından biridir. Qərb ölkələrində islamofobiyanın yayılması 
orada multikulturalizmin iflasa uğramasının əsas göstəricilərindən biridir. 


MULTİKULTURALİZMƏ GİRİŞ
348
İslamofobiya məfhumu iki sözün birləşməsindən formalaşmışdır- İslam 
və fobiya (qorxu). Bu məfhumun etimologiyasına uyğun olaraq islamofobiya 
İslam dininə, müsəlmanlara, müsəlman dövlətlərinə və ümumiyyətlə bu dinlə 
bağlı olan hər bir sosial hadisəyə münasibətdə qorxuya və qorxudan irəli gələn, 
onun məntiqi nəticəsi olan nifrətə, o cümlədən ayrı-seçkiliyə, təqibə əsaslanır. 
Kembric lüğətində islamofobiyaya verilən tərifdə İslama və müsəlmanlara 
münasibətdə olan nifrət və ya qorxu haqlı olaraq əsassız hesab olunur, Meriam 
Vebster lüğətində isə - irrasional. Doğrudan da islamofobiyanın İslam dininə 
və müsəlmanlara münasibətdə təqdim etdiyi qorxu və nifrət əsassız, məntiqsiz, 
həmçinin ədalətsizdir. Buna görə də, yuxarıda qeyd etdiyimiz kimi, islamofobiya 
dözümsüzlüyün, ksenofobiyanın və ayrıseçkiliyin geniş yayılmış formalarından 
biridir. O, müsəlmanlara qarşı dözümsüzlüyü və ayrı-seçkiliyi təbliğ edir. Hətta 
bəzi tədqiqatçılar haqlı olaraq islamofobiyanı irqçiliyin konkret bir forması 
hesab edirlər. Məsələn, britaniyalı sosioloq Tariq Modud 
“7/7-dən sonra 
multikulturalizmin bərpa edilməsi”
adlı məqaləsində bununla bağlı yazır: 
“İrqçiliyin bir neçə forması vardır. Onun mədəni formaları xəyali yaxud real 
mədəni cəhətlərə əsaslanır. Müasir dövrdə mədəni irqçiliyin ən mühüm forması 
bəzən islamofobiya adlandırılan anti-müsəlman irqçiliyidir”. 
İslamofobiya məfhumu ədəbiyyata 1970-ci illərdə daxil olsa da, yalnız 
80-ci və xüsusilə də 90-cı illərdə bu termin geniş şəkildə istifadə edilməyə 
başladı. 1997-ci ildə Britaniyada fəaliyyət göstərən “Runnymede Trust” tədqiqat 
mərkəzinin 
“İslamofobiya: hamımız üçün problem”
adlı hesabatının nəşr edilməsi 
bu terminin mənasını geniş ictimaiyyətin nəzərinə çatdırdı. Sözügedən hesabatda 
islamofobiya müsəlmanlara münasibətdə əsassız qorxu və nifrətlə səciyyələnən 
və onlara qarşı ayrı-seçkiliyi təbliğ edən baxış və ya dünyagörüşü kimi təqdim 
olunurdu. “Əl-Qaidə” terror təşkilatının üzvləri tərəfindən 11 sentyabr 2001-
ci il tarixində ABŞ-da törədilən terror aktlarından sonra islamofobiya termini 
Qərb ölkələrində daha çox işlədilməyə başladı. Radikal İslamın fəaliyyətinin 
genişlənməsi, ondan irəli gələn təhlükələrin artması islamofobiya termininin 
istər elmi-populyar ədəbiyyatda, istər siyasətçilərin çıxışlarında geniş istifadə 
edilməsinə səbəb oldu. 
İslamofobiyanın əsasını təşkil edən İslam dininə və müsəlmanlara qarşı 
qorxu və nifrət özü-özlüyündə mənfi reaksiyalardır. Çünki bu qorxu və nifrət, 
yuxarıda qeyd olunduğu kimi, əsassız və ədalətsizdir. Bu reaksiyalar isə subyektiv 


MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ 
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
349
və qərəzli xarakter daşıyaraq həqiqəti əks etmir. Bu reaksiyaların hər birinin 
özünəməxsus təzahür formaları vardır. Məsələn, İslam dininə münasibətdə qorxu 
bu dinin inkişafa, yeniliyə qarşı olan, digər dinlərə münasibətdə dözümsüzlüyü 
təbliğ edən, elmə, təhsilə, incəsənətə qarşı olan bir dini sistem kimi təqdim 
olunmasında özünü büruzə verir. Müsəlmanlara münasibətdə isə qorxu onların 
yaşadıqları cəmiyyətə inteqrasiya olunmaq istəməyən, qeyri-müsəlmanlara 
münasibətdə aqqressiv, terrorçuluğa meyli bir icma kimi təqdim olunmasında 
özünü göstərir. 
Yuxarıda qeyd olunduğu kimi, islamofobiya bir məfhum kimi ədəbiyyata 
ötən əsrin 70-ci- illərində daxil olmuşdur. Lakin İslam dininə, müsəlmanlara 
münasibətdə qorxu və nifrəti ifadə edən bir sosial hadisə kimi islamofobiyanın 
meydana gəlməsinin tarixi daha qədim dövrlərə gedib çıxır. Başqa sözlə desək, 
islamofobiya məfhumunun yaranmasının dərin və qədim tarixi və ideoloji 
kökləri vardır. 
İslamofobiya İslam dininin yüksək mənəvi dəyərlərə malik olan bir din 
kimi dünyada geniş yayılmasından, müsəlmanların sayının sürətlə atrmasından 
narahat olan müəyyən qrup insanlar tərəfindən süni şəkildə irəli sürülmüşdür. 
Orta əsrlər dövründə müşahidə olunan səlib yürüşləri islamofobiyanın ilk təzahür 
formalarından idi. Məlum olduğu kimi, orta əsrlər dövründə müsəlman aləmi 
elm, texnologiya, iqtisadiyyat, mədəniyyət və cəmiyyətin inkişafının bütün 
sahələrində böyük nailiyyətlər əldə edərək xristian aləmini geridə qoymuşdur. 
Xristian ölkələrinin dövlət və dini başçıları müsəlman aləminin bu nailiyyətlərini 
qısqanclıqla və özlərinə münasibətdə təhlükə kimi qəbul edərək onlara qarşı 
səlib yürüşləri təşkil etmişlər. İslamın xristian dininə qarşı, müsəlmanların isə 
xristianların düşmənləri olması fikrini yaymaqla Avropa kilsə rəhbərləri yerli 
əhalini müsəlmanlara qarşı səlib yürüşlərinə çağırırdılar. 
İslamofobiyanın tarixinin növbəti mərhələsi İntibah dövründən sonra
xüsusilə Yeni dövrdə özünü büruzə verdi. Bu mərhələdə əvvəlki mərhələdən 
fərqli olaraq islamofobiyanın yayılması müsəlman ölkələrinin dünyada 
mövqelərinin zəifləməsi şəraitində baş verirdi. Avropa dövlətlərinin elmi-
texnoloji, təhsil, iqtisadi və hərbi sahələrdə irəliləməsi, müsəlman aləmində isə 
bu sahələrdə geriliyin artması İslama qarşı yeni hücumların başlanması üçün 
əlverişli şərait yaratdı. Uzun dövr ərzində yüksək inkişaf mərhələsinə çatmış, 
elmin inkişafında böyük nailiyyətlər əldə etmiş müsəlman aləmi tədricən 


MULTİKULTURALİZMƏ GİRİŞ
350
tənəzzülə uğrayırdı. Bəzi Avropa yazıçıları, elm xadimləri müsəlman aləminin 
bu geriliyini İslamla əlaqələndirərək İslamı tənqid edirdi. Məsələn, XIX əsrdə 
yaşamış fransız şərqşünası 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin