Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


Müasir dövrdə multikulturalizm və tolerantlığa dair



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə162/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   158   159   160   161   162   163   164   165   ...   175
1 Multikulturalizmə giriş 2019

10.5. Müasir dövrdə multikulturalizm və tolerantlığa dair 
beynəlxalq sənədlər
VIII fəsildə qeyd olunduğu kimi, multikulturalizm siyasətini aparan 
dövlət milli azlıqların hüquq və azadlıqlarının qorunması sahəsində beynəlxalq 
təşkilatlarla əməkdaşlıq edir, bu məsələ ilə bağlı beynəlxalq təşkilatlar 
tərəfindən qəbul olunmuş sənədlərə öz münasibətini bildirir. Müasir dövrdə 
multikulturalizm və tolerantlığa dair BMT, Avropa Şurası, ATƏT və digər 
təşkilatlar tərəfindən çoxsaylı sənədlər qəbul olunmuşdur. 
BMT Baş Assambleyasının 10 dekabr 1948-ci ildə qəbul etdiyi 
“Ümumdünya İnsan Hüquqları Bəyannaməsi” multikulturalizm və tolerantlıqla 
birbaşa əlaqəsi olmasa da, bu mühüm məsələ ilə qəbul olunan ilk beynəlxalq 
sənədlərdən biridir. Belə ki, bu Bəyannamə yalnız əsas insan hüquq və 
azadlıqlarının deyil, həm də multikulturalizm və tolerantlıq prinsiplərinin 
rüşeymini təşkil edir. Elə buna görə də, multikulturalizm və tolerantlıqla bağlı 
digər beynəlxalq sənədlər Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 
genişləndirilmiş forması və ya ətraflı şərhi kimi də qəbul edilir. Bəyannamədə 
bütün sahələr üzrə insanların hüquq bərabərliyi bəyan edilir və burada din, 
əqidə azadlığı ilə bağlı ayrıca maddə öz əksini tapır. Daha konkret desək, 
Bəyannamənin 18-ci maddəsində qeyd edilir ki, 
“Hər bir şəxs fikir, vicdan və 
din azadlığı hüququna malikdir; bu hüquqa öz dinini və etiqadını dəyişmək 
azadlığı və öz dininə və inanclarına uyğun təhsil, dua və dini və ritual ayinlər 
zamanı təklikdə və ya başqaları ilə birlikdə, aşkar və ya fərdi şəkildə etiqad 
etmək azadlığı daxildir.”
Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən sonra bir sıra beynəlxalq 
təşkilatlarda, xüsusilə BMT-də insan haqlarının müxtəlif aspektlərinə, o 
cümlədən milli azlıqların hüquq və azadlıqlarının qorunmasına dair bir neçə 
sənəd qəbul edilmişdir. Belə sənədlərdən Avropa Şurası tərəfindən 4 noyabr 
1950-ci ildə qəbul olunmuş 
“İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi 


MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ 
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
395
Konvensiyasını”,
BMT-nın Baş Assambleyası tərəfindən 21 dekabr 1965-ci ildə 
qəbul olunmuş 
“İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 
Beynəlxalq Konvensiyanı”,
BMT-nın Baş Assambleyası tərəfindən 25 noyabr 
1981-ci ildə qəbul olunmuş 
“Dinə, yaxud əqidəyə görə dözümsüzlük və ayrı-
seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Bəyannaməni
”, Avropa 
Şurasının Nazirlər Komitəsinin 5 noyabr 1992-ci il tarixində 478-ci iclasında 
konvensiya qismində qəbul olunmuş 
“Regional və ya Azlıqların Dilləri üzrə 
Avropa Xartiyasını”,
BMT-nın Baş Assambleyası tərəfindən 18 dekabr 1992-
ci ildə qəbul olunmuş 
“Milli yaxud etnik, dini və dil azlıqlarına mənsub 
şəxslərin hüquqları haqqında Bəyannaməni”
, BMT-nin Baş Assambleyası 
tərəfindən 20 dekabr 1993-cü ildə qəbul olunmuş 
“Dini dözümsüzlüyün bütün 
formalarının ləğv edilməsi haqqında Qətnaməni”,
Avropa Şurası tərəfindən 1 
fevral 1995-ci ildə qəbul olunmuş
 “Milli azlıqların müdafiəsi haqqında Çərçivə 
Konvensiyasını”
, UNESKO tərəfindən 16 noyabr 1995-ci ildə qəbul olunmuş 
“Tolerantlıq prinsipləri haqqında Bəyannaməni”
, 2 noyabr 2001-ci ildə 
qəbul olunmuş 
“Mədəni müxtəliflik haqqında ümumdünya Bəyannaməsini”,
20 oktyabr 2005-ci ildə qəbul olunmuş 
“Mədəni özünüifadə müxtəlifliyinin 
qorunması və təşviqi haqqında
Konvensiyanı
” göstərmək olar.
BMT-nın Baş Assambleyası tərəfindən 21 dekabr 1965-ci ildə qəbul 
olunmuş 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin