4.1.1.4. Dini ayin və mərasimlər
Zərdüştiliyin ayin və mərasimləri “atar” kultu (kult - fövqəltəbii qüvvələrə
inamla bağlı keçirilən ayin, mərasim və rituallar. – Red.) ilə sıx bağlıdır. “Atar”
Avesta dilində “od” deməkdir. “Avesta”ya görə, müqəddəs od Ahura Mazdanı
təcəssüm etdirir, onun təzahürü və rəmzi sayılır. “Yasna”da müqəddəs odun
ünvanına təriflər söylənərək onun faydalarından bəhs olunur. Zərdüştilikdə
MULTİKULTURALİZMƏ GİRİŞ
146
oda pərəstiş geniş yayıldığı üçün bu din başqaları tərəfindən atəşpərəstlik də
adlandırılır. Lakin zərdüştilər atəşpərəstlik məfhumunu özlərinə təhqir sayaraq
bildirirlər ki, onlar oda sitayiş etmir, Ahura Mazdanın təcəssümü olduğu üçün bu
təbiət ünsürünə sadəcə ehtiram göstərirlər.
Qeyd etmək lazımdır ki, Zərdüştilikdə təkcə od deyil, ümumiyyətlə, işıq
mənbəyi Ahura Mazdanın fiziki dünyada təcəssümü hesab edilir. Bu anlamda
Zərdüştilikdə günəş işığına od qədər ehtiram göstərilir. Ona görə də zərdüştilər
dini ayinlərini icra edərkən üzlərini günəş işığına və ya oda tərəf çevirirlər.
Həmçinin Zərdüştilikdə od paklığın rəmzi sayılır. Oda ehtiram göstərən
zərdüştilər onun ətrafında dini ayinlərini yerinə yetirməklə kifayətlənmirlər.
Onlar müqəddəs alovun xüsusi məbədlərdə (od məbədləri) qorunaraq
saxlanılmasına, onun pak qalmasına böyük diqqət yetirirlər. Bu məbədlər
fars dilində hərfi mənada “odun evi” anlamına gələn “atəşgədə”lər adlanır.
Zərdüştilər atəşgədələrə daxil olarkən müəyyən qaydalara riayət edirlər. Belə
ki, bu məbədlərə gələnlər, ilk növbədə, su ilə paklanmalıdırlar. Odur ki, od
məbədləri təmiz su qaynağının olduğu yerlərdə ucaldılır. Od məbədlərinə daxil
olan dindarlar ağ paltar geyinməli, kişilər başlarına xüsusi ağ papaq qoymalı,
qadınlar başlarını örtməlidir. Zərdüştilər hesab edirlər ki, insan nəfəsi müqəddəs
alovun paklığına ziyan vura bilər. Nəticədə isə onların ibadəti pozula bilər.
Müqəddəs odu murdarlamamaq üçün onlar ağız və burunlarını bağlayırlar.
Bu səbəbdən başqa dinlərin mənsubları zərdüştilərin məbədlərinə və ya dini
ayinlərinə buraxılmır.
Zərdüştilər dini ayinlərini od məbədləri ilə yanaşı, evlərdə də yerinə
yetirirlər. Onlar istər evdə, istər məbədlərdə olsun, gündə beş dəfə “gah”lar
(fars dilində “gah” sözü “vaxt” deməkdir – Red.) adlı dualar oxumalıdırlar.
Həmin dualar həm fərdi, həm də kollektiv şəkildə edilə bilər. Bununla yanaşı,
Zərdüştilikdə “yasna” adlı dini ayinə böyük əhəmiyyət verilir. Bu ayin ən azı
iki ruhani tərəfindən sübh tezdən günəş çıxan vaxtı xüsusi məkanda icra olunur.
Müqəddəs odun ətrafında həyata keçirilən “yasna” ayini vaxtı acılıqotunun
(efedra) şirəsi, süd və suyun qarışığından xüsusi içki hazırlanır. “Parahaoma”
və ya “parahom” adlanan bu içkinin yarısı müqəddəs odun üzərinə tökülür,
yarısı isə dini ayinin iştirakçılarına içmək üçün verilir. Zərdüştilikdə parahaoma
ölümsüzlüyü təcəssüm etdirir. Bu dinin mənsubları inanırlar ki, Saoşyant
(zərdüştiliyə görə, dünyanın sonuna yaxın xeyrin şər üzərində qələbə qazanması
147
MİLLİ DİNLƏR
məqsədilə yer üzünə gələcək xilaskar. – Red.) axirətdə əməli-salehlərə
parahaomanı içirdəcək, beləliklə onlar ölümsüzlüyü əldə edəcəklər.
“Sedre-puşi” (farsca hərfi mənada “köynək geyinmək” deməkdir) ayi-
ni də zərdüştiliyin mühüm dini mərasimlərindən biridir. Bu ayin zərdüştiliyə
qəbul olunmağı təcəssüm etdirir və mobed
tərəfindən yerinə yetirilir. Adətən
zərdüştiliyə 15 yaşına çatmış şəxslər qəbul olunur. Ayin zamanı onlar
“müqəddəs” köynək (“sedre”) geyinir, “koşti” (fars dilində “gəmi” deməkdir –
Red.) adlanan kəmər taxır, Ahura Mazdanın yoluna və Zərdüştün qanunlarına
sadiq qalacaqları ilə bağlı and içirlər.
Gördüyümüz kimi, Zərdüştilikdə dini ayin və mərasimlərə olduqca böyük
önəm verilir. Bu dinin dəfn mərasimi xüsusən diqqət çəkir, çünki Zərdüştilikdə
ölüləri torpağa tapşırmaq doğru sayılmır. Zərdüştilərin inancına görə, od, torpaq
və su kimi təbiət ünsürləri pak və müqəddəs olduqları üçün onları meyitlə
murdarlamaq günahdır. Buna görə də zərdüştilər cəsədləri uca qayaların başına
və ya “daxma” (fars dilində “sərdabə” deməkdir – Red.) adlanan xüsusi qüllələrin
üstünə qoyurlar ki, qurd-quşa yem olsun.
Zərdüştilərin ayin və mərasimlərdən bəhs edərkən, onların dini
bayramlarını da qeyd etmək lazımdır. Zərdüştilikdə dini bayramlar böyük və
kiçik olmaqla iki hissəyə ayrılır. Böyük bayramlar “gahanbar”lar (fars dilində
“saxlanma vaxtı” deməkdir – Red.) adlanır. “Gahanbar”lara altı əsas bayram
daxildir. Bu bayramlar əsasən müxtəlif fəsillərdəki məhsul yığımına həsr
olunmuşdur. Onların içində isə ən əsası Novruz bayramı sayılır. Zərdüştilər
bu bayramı “Gahanbar Fərvərdin”
də adlandırırlar. Onlar Novruzu yaz gecə-
gündüzün bərabərliyi günündə əfsanəvi Cəmşid hökmdarın və müqəddəs odun
şərəfinə keçirirlər. Həmçinin Zərdüştilikdə Novruz bayramı xeyrin şər üzərində
qələbəsini, yenidən dirilməni təcəssüm etdirir.
Zərdüştilikdə altı böyük bayramla yanaşı, “caşn”lar adlı çoxsaylı kiçik
dini bayramlar da vardır. “Caşn” sözü Avesta dilində “pərəstiş” mənasına gələn
“yasna” kəlməsindən törəmişdir. Bu bayramlar mahiyyətcə böyük bayramların
davamı sayılır.
MULTİKULTURALİZMƏ GİRİŞ
148
Dostları ilə paylaş: |