Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə63/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   59   60   61   62   63   64   65   66   ...   175
1 Multikulturalizmə giriş 2019

4.1.1.2. Dini təlimin əsasları
Zərdüştilik yarandığı coğrafi arealda çoxallahlılıq hökm sürürdü. Lakin 
bu dinin banisi Ahura Mazdanı yeganə yaradıcı tanrı elan etməklə çoxallahlılığı 
rədd etdi, bununla da Yaxın və Orta Şərqdə yaşayan bir çox xalqların dini həyatına 
yenilik gətirdi. Lakin Alman dinşünası Annemari Şimmelin (1922-2003) qeyd 
etdiyi kimi, bu din formalaşarkən daha əvvəlki inanclardan təsirlənmiş və onları 
sistemləşdirmişdir.
Zərdüştün təlimi bu üç əsas prinsipə əsaslanır: xeyirxah fikir, xeyirxah söz 
və xeyirxah əməl. Tədqiqatçıların əksər hissəsi zərdüştiliyi dualist din sayırlar. 
Dini anlamda dualizm (latınca “ikili” mənasına gəlir.- Red.) – canlı və cansız 


143
MİLLİ DİNLƏR 
aləmin iki fövqəltəbii qüvvə, yaxud iki tanrı tərəfindən yaradıldığına, yaxud 
idarə olunduğuna inanmaq deməkdir. Lakin bir sıra alimlər zərdüştiliyi dualist 
deyil, monoteist və ya təkallahlı din hesab edirlər. Onların fikrincə, dualizm 
zərdüştiliyə sonradan keçmişdir. Bu nəzəriyyənin tərəfdarları öz mülahizələrini 
əsaslandırmaq məqsədilə “Avesta”nın “Qat”lar hissəsindən dəlillər gətirirlər. 
Zərdüştilər inanırlar ki, sonsuz nur içində olan xeyir tanrısı Ahura Mazda 
hər şeyin fövqündə dayanır. Onun varlığının başlanğıcı və sonu yoxdur. O, hər 
şeyi biləndir, bütün canlı və cansız aləmin yaradıcısı, dünyanın idarəçisi və 
hakimi-mütləqidir. Həmçinin Ahura Mazda işığın, saflığın və bütün həqiqətlərin 
tanrısıdır, hər bir yaxşılıq ondan gəlir. Ondan törəyən altı ilahi qüvvə və ya xeyir 
tanrıları isə kainatda harmoniyanın qorunmasında Ahura Mazdaya köməklik 
edirlər. Ahura Mazdanın özü də daxil olmaqla bu ruhani varlıqlar “ameşa 
spenta” (Avesta dilində “ölməz müqəddəslər” deməkdir- Red.) adlanır. “Ameşa 
spenta”ya bunlar daxildir: 1. 
Ahura Mazda
– Xaliq, hər şeyin yaradıcısı; 
2. 
Vohu-Mana
– mal-qaranın himayəçisi və xeyirxahlığın tanrısı; 
3. 
Aşa-Vahişta
– odun himayəçisi və həqiqətin tanrısı; 
4. 
Hşatra-Varya
– metalın himayəçisi və ilahi padşahlığın tanrısı; 
5. 
Spenta-Armati
– mömin həyatın tanrısı və torpağın himayəçisi; 
6. 
Xaurvatat
– bütövlüyün tanrısı və suyun himayəçisi; 
7. 
Amertat
– ölümsüzlüyün tanrısı və bitki aləminin himayəçisi. 
Zərdüştiliyə görə, 
Ahura Mazdanın
rəqibi 
Anqra-Manyu
və ya 
Ahra-
Manyu
(Avesta dilində “şər ruh” deməkdir; qısaldılmış şəkildə - Əhrimən- Red.) 
adlı şər tanrıdır. Xeyir tanrısından fərqli olaraq, o, nəyisə xəlq etmək iqtidarında 
deyildir, yəni yaradıcı qüvvədən məhrumdur. Buna baxmayaraq, Ahura Mazdanın 
xəlq etdiyi pak və yaxşı olan hər şeyə Anqra-Manyu şər toxumları səpir, dağıdıcı 
və zərərverici qüvvə kimi çıxış edir. Ona görə də Zərdüştilikdə Anqra-Manyu 
bütün bəla və fəlakətlərin mənbəyi, şər qüvvələrin simvolu hesab olunur. Onun 
hər cür əxlaqsızlığı və eyibi təcəssüm etdirən “dev”lər (fars dilində “əcinnə” 
mənasına gəlir- Red.) adlı köməkçiləri vardır. Anqra-Manyudan törəyən bu şər 
ruhlar xeyir tanrısının yaratdığı pak və təmiz olan hər şeyə, o cümlədən bəşər 
övladına zərər yetirməyə çalışırlar.
Gördüyümüz kimi, Zərdüştilik etiqadının əsasında xeyir və şər arasında 
mübarizə ideyası dayanır. Zərdüştilər inanırlar ki, dünyanın sonunadək davam 
edəcək bu mübarizə xeyrin şər üzərində qələbəsi ilə bitəcəkdir. Onlar inanırlar 


MULTİKULTURALİZMƏ GİRİŞ
144
ki, bütün insanlar axirətdə hesaba çəkiləcək, yaxşı əməlləri pis əməllərindən çox 
olanlar cənnətə, günahkarlar isə cəhənnəmə düşəcəklər. Zərdüştilikdə cənnət 
“vahista ahu” (Avesta dilində “ən yaxşı mövcudiyyət” deməkdir), cəhənnəm isə 
“duzahu” (Avesta dilində “ən pis mövcudiyyət” mənasına gəlir) adlanır. 
Qeyd edək ki, zərdüştiliyin axirət inancında 
“Çinvat”
körpüsü anlayışı 
da mövcuddur. “Çinvat” Avesta dilində “külək körpüsü” anlamına gəlir. 
Zərdüştilərin inancına əsasən, “Çinvat” körpüsü dirilər və ölülər dünyasını 
ayıran əfsanəvi çay üzərində qurulub. Axirətdə xeyirxah insanların ruhları bu 
körpüdən asanlıqla keçərək cənnətə daxil olacaqlar. Günahkar bəndələrin ruhları 
isə “Çinvat”dan keçə bilməyəcək və cəhənnəmə düşəcəklər. 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin