Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə152/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   148   149   150   151   152   153   154   155   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Əkinlərə qulluq. 
Səpin arat olunmuş sahədə aparılmayıbsa, şırımla səpsuvar aparılır. Dəmyə 
zonalarda yüngül qranulometrik tərkibli torpaqlarda səpindən sonra vərdənələmə aparılır. Səpindən 
sonra torpaqla toxum arasında yaxşı əlaqə yaratmaq və bitkinin nəmliklə yaxşı təmin olunması üçün 
səpinlə eyni müddətdə və onun arxasınca halqalı-mahmızlı tapanlarla tapdalanma aparılır. 
Qarğıdalının çıxışına qədər sahədə alaq otlarının cücərtiləri və ya qaysaq əmələ gələrsə tarla 
malalanır. 2-3 yarpaq fazasına qədər sahəyə 1-2 dəfə mala çəkilir. Bu həm qaysağı dağıdır və həm 
də alaq otlarının cücərtilərini məhv edir.
Cərgələr göründükdən sonra 10 sm enində müdafiə zolağı saxlanılmaqla 10-12 sm 
dərinliyində birinci kultivasiya çəkilir. Sonrakı kultivasiyalar tarlanın alaqlanma dərəcəsindən və 
qaysaqdan asılı olaraq 2-3 dəfə 6-10 gündən bir aparılır. İkinci becərmə 8-10 sm, üçüncü isə 5-6 sm 
dərinlikdə aparılır.
Alaq otlarına qarşı 
simazin, atrazin və aqelon
herbisidlərindən istifadə edilir.
Suvarılan bölgələrdə bitkilər şırımla və ya süni yağış yağdırma üsulu ilə suvarılır. Tarla 
rütubət tutumu 70-80%-də saxlanılır. Birinci suvarma hektara 700-900 m

normada 3-4 yarpaq 
fazasında, 2-ci süpürgələməyə 10-12 gün qalmış 800-1000 m
3
, 3-cü süpürgə çiçəkləməyə 
başladıqda, 4-cü qıcanın saçaqları qurumağa başladıqda, 5-ci süd yetişkənlik fazasında aparılır. 
Çıxış zamanı və çıxışdan 5-7 gün sonra 16%-li qamma izomerin mineral yağ emulsiüası ilə 
hektara (ГХЦГ) 1,5 kq, yaxud 80%-li xlorofosla 1,5 kq çiləmə aparılır. Tırtıllar əmələ gəldikdə 7%-
li dənəvərləşdirilmiş xlorofosla hektara 20-40 kq, və yaxud əvvəlki kimi 1,5 kq çiləmə aparılır. 
Tırtıllar (
İsveç milçəyi
) kütləvi əmələ gəldikdən 7-10 gün sonra çiləmə yenidən təkrar olunur. 
Çiləməni iki dəfədən artıq aparmaq olmaz. 
Qarğıdalı əkinlərində əsasən qovuqlu sürmə, tozlu sürmə və fuzarioz kimi xəstəliklərə çox 
rast gəlinir. Qovuqlu sürmə gövdədə, qıcada və yarpaqda olur. Demək olar ki, bütün orqanları 
zədələyir. Sporlar yetişdikdə qovaq partlayır və sporlar sahəyə səpələnir ki, bu yolla xəstəlik sağlam 
bitkilərə keçir. Bunun üçün səpinqabağı toxumu qranozanla dərmanlamaq və tarlada xəstəliyə 
tutulmuş bitkilər rast gəldikdə onları çıxdaş etmək lazımdır. Davamlı sort və hibridlərdən istifadə 
etmək, kövşən qalıqlarını xırdalayaraq dərin şum altına çevirmək kimi mübarizə tədbirləri zəruridir.
Tozlu sürmə əsasən bitkidə süpürgələri və qıcaları xarab edir (erkəkcik çiçəklərini zədələyir), 
xəstəlik toxumla yayılır, məhsuldarlıq 30-40% aşağı düşür. Ona görə də növbəli əkində bitkini 
düzgün növbələndirmək, səpini optimal müddətdə keçirmək, toxumu qranozanla dərmanlamaq və 
bitkini eyni tarlada bir ildən artıq saxlamamaq əsas şərtlərdəndir.
Kök və gövdə çürüməsi müxtəlif xəstəlik törədən orqanizmlər tərəfindən törənə bilər. 
Mübarizə tədbiri kimi növbəli əkində bitkini düzgün növbələndirmək, kövşən qalıqlarını diqqətlə 
torpağa çevirmək və toxumu dərmanlamaq lazımdır.
Qıcaların fuzarioz və bakterioz xəstəliyinə tutulması toxumların səpin keyfiyyətini aşağı salır. 
Mübarizə tədbiri kimi yığımın vaxtında aparılması, xəstə qıcaların çıxdaş edilməsi, qarğıdalının kök 
və gövdə çürüməsi, zərərvericilərlə mübarizə aparılması və toxumların dərmanlanması mühüm 
şərtlərdəndir.
Azərbaycanda qarğıdalı bitkisi əsasən pambıq sovkası, məftil qurdu, mayböcəyi, danadişi və 
s. tərəfindən zədələnir. Pambıq sovkasının tırtılları qarğıdalı bitkisinin körpə saçaqlarını və qıcanın 
sütül toxumlarını yeyir. Sovkaya qarşı mübarizə məqsədi ilə qıca çiçəkləməyə başladıqda hektara 
15-20 kq TMTD preparatı çiləmək lazımdır. Məftil qurdu, may böcəyi sürfələri qarğıdalı 
gövdəsinin torpaqaltı hissəsini gəmirir, bitki cücərməyə başladıqda ona çox ziyan vurur. Mübarizə 
məqsədi ilə səpin zamanı toxumlar dərmanlanır və bitkilər yüksək aqrotexniki qaydada becərilir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin