Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə155/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   151   152   153   154   155   156   157   158   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Botaniki təsviri. 
Çəltik - 
Oryza
cinsinə aiddir, bioloji və fizioloji xüsusiyyətləri ilə bütün 
taxıllardan fərqlənir. Çəltiyin 50 növü vardır. Mədəni növü 
Oryza sativa
adlanır ki, o da üç 
yarımnövə bölünür:
Hind
qrupu (
indica
) dənləri uzun və 
nazikdir, uzunluğunun eninə nisbəti 3,5:1 
nisbəti kimidir.
Çin-yapon
qrupu (
sino-japanica
) dənləri 
qısa və enlidir uzunluğunun eninə nisbəti 2:1 
nisbəti kimidir. 
Yava
qrupu (
javanica
) dənləri qısa və 
enlidir əsasən İndoneziyada becərilir. 
Dərlərinin iriliyinə görə adi çəltik iki 
yerə ayrılır:
1. İri dənli çəltik - 
oryza sativa
communus - 
dənlərinin uzunluğu 5-7 mm.
2. Xırda dənli - 
oryza sativa
brevis 

dənlərinin uzunluğu 4 mm-ə qədərdir. 
Çəltik birillik bitkidir, kök sistemi 
saçaqlıdır, əsas kök kütləsi torpağın 25 sm 
dərinliyinə işləyir. Su bitkisi sayılmır, kökü, 
gövdəsi və yarpaqlarında inkişaf etmiş hava 
daşıyan (
aereanxim
) toxumalar vardır. Ona 
görə də oksigenlə zəngin (bol) təmin olunur. 
Bir bitkidə çoxsaylı, 300-ə qədər kökləri, 
ancaq az bir miqdarda isə kök telləri də olur. 
Bəzən aşağı gövdə buğumunda su təbəqəsinin 
dərin qatında bitkinin qidalanmasında iştirak 
edən kök əmələ gəlir.
Gövdəsi küləş olmaqla 60-100 sm 
hündürlüyündə buğum və buğumaralarından 
(7-8 ədəd) ibarətdir. Gövdəsinin hündürlüyü 
80-120 sm-dir, güclü kollanan və çox vaxt
budaqlanandır. Orta hesabla bir bitkidə 3-5 məhsuldar gövdə əmələ gəlir.
Yarpaqları uzun, ensiz, adətən tüklü və sort əlaməti olaraq yaşıl, cəhrayı, qırmızı, hətta qara 
rəngli və ensizdir. Yarpaqların kənarı iti-mişar kimidir. Yarpağın uzunluğu 30-35 sm, eni 1,5-2 sm-
dir. 
Çəltiyin çiçək qrupu süpürgədir. Hər süpürgədə orta hsabla 50-300 sünbülcük əmələ gəlir. 
Əsas oxun üzərində yan budaqlar, onların da nəhayətində təkçiçəkli sünbülcüklər yerləşir. 
Süpürgədə çoxlu miqdarda budaqcıqlar olmaqla uzunluğu 20-30 sm-ə çatır. Çiçək pulcuqları enli, 
Şəkil 11. Çəltik: 1,2 – bitki 
kollanmanın 
başlanğıcı və süd yetişkənlik fazasında; 3 – 
sünbülcük; 4 – dişicik; 5 – havadaşıyan toxuma 
(aeranxima); 6 – süpürgə, sünbülcük və dən:
6 – birçiçəkli; 6a – ikiçiçəkli, 7 – Hind 
çəltiyinin süpürgəsi, sünbülcük və dəni. 


157 
qabırğalı formada olub, dənə yapışır. Sünbülcük birçiçəklidir və digər taxıllardan fərqli olaraq hər 
çiçəyində 6 erkəkcik 1 dişicik olur. Öz-özünü tozlayan bitkidir.
Dəni pərdəlidir, döyüm zamanı sünbülcük və çiçək pulcuqları ilə birlikdə bütöv 
sünbülcüklərlə yığılır. 1000 ədəd dənin kütləsi 27-40 qramdır. Dənin kütləsinin 2-5%-ni rüşeym, 
17-22%-i nazik pərdə (qabıq) təşkil edir. Əlverişsiz şəraitdə pərdəlilik 35%- çata bilər. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin